2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Ölçü. Yeni keyfiyyətə keçid.-



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə79/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   75   76   77   78   79   80   81   82   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Ölçü. Yeni keyfiyyətə keçid.-
Keyfiyyət və kəmiyyət bir-birinə əks olan, eyni zamanda bir-biri ilə 
ayrılmaz bağlı olan predmetlərin xarakterini ifadə edir. Onların bu əlaqəsi fəlsəfədə 
ölçü 
anlayışı 
ilə ifadə olunur.
 
Ölçü
keyfiyyət və kəmiyyətin dialektik vəhdətidir və ya kəmiyyət dəyişikliklərinin elə 
intervalıdır (arasıdır) ki, bu həddə predmetin keyfiyyət müəyyənliyi saxlanılır. 
Məsələn, bitki 
və canlı orqanizmlər öz həyat fəaliyyətlərini yalnız müəyyən temperatur həddində saxlayır. Biz 
hamımız bilirik ki, insan orqanizminin özünü yaxşı hiss etməsi üçün lazım olan bədən 
temperaturunun dəyişilməsinin diapazonu çox da böyük deyildir. Müxtəlif şeylərin aqreqat 
vəziyyəti, temperatur ölçüsü mövcuddur. Praktikada ölçü haqqında biliklər geniş istifadə olunur. 
Məsələn, su maye halında 0 - 100° C qədər temperaturda mövcuddur; 0 dərəcədən aşağı olanda 
buza çevrilir, 100 °C isə qaynama başlayır. Maye halında civə üçün ölçü - 39°dən +357 °qədərdir, 
-39°civə bərkiyir, +357° isə qaynamağa başlayır. Aqreqat vəziyyətinin ölçüsünü bilmək me-
talurgiyada da vacibdir. Xüsusi ilə civə alınması prosesi buna əsaslanır. Civəni saxlayan filizi 500 
- 550°C qızdırarkən civə sublimə edilir (bərk maddənin buxara çevrilməsi) və sonra 
kondensatorlarda tutulur. Kondensatorda temperatur təqribən 20° (kondensator – buxarı sıxışdıran 
aparat) 
Burada biz kəmiyyət dəyişmələrinin keyfiyyətə keçməsinə yaxınlaşdıq. Təbiətdə və 
cəmiyyətdə, hadisə və proseslərdə kəmiyyətin keyfiyyətə keçməsini şərh etməzdən əvvəl, kəmiy-
yət və keyfiyyət anlayışlarını təhlil etmək lazımdır. 
Müəyyən bir hadisənin xüsusiyyətini təşkil 
edən və onu başqa hadisələrdən fərqləndirən mühüm cəhətlər və ya əlamətlər məcmusuna şeyin 
və ya hadisənin keyfiyyəti deyilir.
Kəmiyyət anlayışı da hər bir şeyin, hadisənin və ya prosesin 
mühüm cəhətlərindən birini əks etdirən ən ümumi kateqoriyadır
. Kəmiyyət də şeyin müəyyənliyi 
kimi çıxış edir, lakin keyfiyyətdən fərqli olaraq, kəmiyyət şeyi onun xassələrinin inkişaf dərəcəsi 
cəhətdən: böyüklüyü, həcmi, miqdarı, hərəkətinin surəti, rənginin intensivliyi və s. cəhətdən 
göstərir.


86 
Keyfiyyətcə fərqli materialları və proseslərin kəmiyyət xarakteristikaları texnikada xüsusilə 
böyük əhəmiyyətə malikdir. Müasir istehsalda bunlarsız irəli getmək qeyri–mümkündür. Məsələ 
burasındadır ki, son illərin fəlsəfi ədəbiyyatlarda fenomenoloji səviyyədə keyfiyyətə predmetlərin 
vacib və zəruri xassələr sistemi kimi tərif verilmişdir. 
Xassə isə predmet və hadisənin ancaq 
konkret bir cəhətini, bir xüsusiyyətini ifadə edir.
Kəmiyyət və ya keyfiyyət cəhətlərinin birtərəfli 
olaraq qabarıq göstərilməsi metafiziki yanaşmanın əlamətidir. Metafizika kəmiyyətlə keyfiyyət 
arasında daxilən zəruri olan əlaqəni görmür.
Kəmiyyət dəyişmələrinin yığılıb çoxalması halına şeylərin bir keyfiyyət halından başqa, yeni 
keyfiyyət halına keçməsi inkişafında sıçrayışdır. 
Sıçrayış şeyin kəmiyyət dəyişmələrinin 
tədriciliyində fasilə əmələ gəlməsidir, yeni keyfiyyət halına keçməsidir, inkişafda qəti dönüş və 
əsaslı dəyişiklik baş verməsi deməkdir. 
Məsələn, insanın əmələ gəlməsi üzvi aləmin inkişafında 
sıçrayış, əsaslı dönüş olmuşdur. 
Kəmiyyət münasibətlərinin keyfiyyətə keçməsi qanunu
kəmiyyət və keyfiyyət dəyişiliklərinin 
qarşılıqlı əlaqəsini ifadə edir. Başqa sözlə desək, qanunun məğzi ondan ibarətdir ki, predmetdə 
daimi baş verən tədrici kəmiyyət dəyişilikləri ancaq müəyyən vaxt əsas xüsusiyyətlərini itirməyən, 
ölçü həddinə çatdıqda keyfiyyət dəyişikliyinə keçir. 
Kəmiyyət dəyişilməsinin keyfiyyətə keçməsi qanunu dünyanı mürəkkəb, çox keyfiyyətli, 
özündə elementar hissəcikləri, atomları, molekulları, kristal, dağ suxurlarını, planetləri, planet 
sistemini, qalaktikanı, metaqalaktikanı .... birləşdirən kimi anlamağa istiqamətləndirir. Bütün onlar 
sadəcə olaraq ölçüsü, kütləsi və digər kəmiyyət xarakteri ilə deyil, həm də keyfiyyətlərinə görə bir 
– birindən fərqlənir. Başqa sözlə desək, qanun dünyanın çox keyfiyyətliyini və onun “şeylərin” 
müxtəlif kəmiyyət xarakteri ilə sıx bağlılığını açır. Bu qanun gerçəkliyin ən ümumi, obyektiv 
qanunlarından biridir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur. 
Lakin onlar arasında əsaslı fərqlər də vardır. Əgər kəmiyyət dəyişiklikləri azalma və artmaya, 
kiçilmə və böyüməyə səbəb olur, müəyyən ölçü daxilində yeni keyfiyyət halı doğurmursa, cismin 
keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət halının əmələ gəlməsi ilə nəticələnir. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə