2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Əksliklərin vəhdəti və mübarizəsi qanunu (Dialektik



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə81/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   78   79   80   81   82   83   84   85   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

 
2-Əksliklərin vəhdəti və mübarizəsi qanunu (Dialektik 
ziddiyətlər qanunu) 
 
Bu qanun indiyə qədər mövcud olan fəlsəfi ədəbiyyatda “əksliklərin vəhdəti və mübarizəsi” 
qanunu kimi verilmişdir. Bu, ən ümumi qanundur. Əgər bu qanun və onun haqqında biliklərin 
formalaşması məsələsini nəzərdən keçirsək, mütləq tarixə müraciət etməliyik. Hələ qədim 
zamanlardan insanlar belə bir cəhətə fikir verirdilər ki, bizi əhatə edən son dərəcə çoxcəhətli 
aləmdə əks xassələr, qüvvələr və meyllər aydın görünür və xüsusilə mühüm rol oynayırlar. Həm 
də müşahidə edilmişdi ki, əks başlanğıclar nəinki yanyana– mövcuddur, həmçinin bunlar qarşılıqlı 
surətdə bir– birilə bağlıdır. Eyni bir predmetdə, yaxud hadisədə meydana gəlir, bu və ya digər 
şeyin, yaxud bu və ya digər prosesin müxtəlif cəhətlərini təşkil edirlər. 
 
Ziddiyyətlər özləri də dəyişilir, hərəkətdə olurlar. Onların qarşılıqlı təsiri həm özlərini, həm 
də ümumi sistemdə olan dəyişikliklərə təsir edən maddələr mübadiləsi, enerji və informasiya ilə 
əlaqədardır. Aparıcı ziddiyyətlərin kəmiyyətcə və keyfiyyətcə üstünlüyü sistemin hərəkət və 
inkişafına istiqamət verir. Bu üstünlük əvvəl gizli, potensial, sonra isə aktual olur. Ziddiyyətlərin 
intensivliyi, kəskinliyi, və yetkiniliyi də dəyişir. Bu ziddiyyətlərin özünün inkişafının mərhələliyi 
problemi də kifayət qədər olmamışdır. Əslinə qalanda ziddiyyətlərin inkişafında aşağıdakı 
mərhələləri, yaxud vəziyyətləri ayırmaq lazımdır
: harmoniya, disharmoniya və münaqişə.
Ümumdialektik ziddiyyətlər də növlərə bölünür. Bünlar daxili və xarici ziddiyyətlər, 
antaqonist və qeyri-antoqonist ziddiyyətlər, konstruktiv və destruktiv ziddiyyətlər və s. 
Daxili 
ziddiyyətlər
müəyyən predmetin bir-birinə əks tərəflərinin qarşılıqlı təsiri, mübarizəsidir. 
Xarici 
ziddiyyətlər
isə müəyyən predmetin onu əhatə edən mühitlə, bu mühitdəki predmetlərlə ziddiyyətli 
münasibətləridir. İnkişaf həm daxili və həm də xarici ziddiyyətlərlə müəyyən olunur. 
Antoqonist 


88 
ziddiyyətlər 
sosial qüvvələr (sosial quruplar, siniflər) arasında olan ziddiyyətlərdir. 
Qeyri-
antoqonist ziddiyyətlər
fərdlərlə, sosial qruplar və ölkələr arasında olan ziddiyyətlərdir. Onların 
başlıca mənafeləri bir– birinə uyğun gəldiyindən aralarında olan ziddiyyətlər də qeyri– antoqonist 
olur. Əsas ziddiyyət inkişafda başlıca, aparıcı rol oynayır və bütün başqa ziddiyyətlərə təsir 
göstərir.
Dialektikanın nəzərdən keçirilən üç qanununun inkişafı üç müxtəlif tərəfdən xarakterizə edir. 
Dialektik ziddiyyətlər qanunu inkişafın mənbəyi, impulsudur. Kəmiyyətin keyfiyyətə keçməsi qanu-
nu yeni keyfiyyətlərin yaranması mexanizmidir; dialektik sintez qanunu mütərəqqi istiqamətlənmiş 
dəyişikliklərin xarakter və formasını ifadə edir.
Birinci qanun inkişaf niyə baş verir sualına, ikinci 
qanun isə inkişaf necə baş verir sualına cavab verir. Üçüncü qanun– irəliyə doğru inkişafın 
xarakteri necədir sualına cavab verir.
Dialektikanın bu üç qanununun qarşılıqlı təsiri nəticəsində 
dialektik keçid və əlaqələrin vahid sistemi yaranır. Həmin sistemin hər bir elementi öz xüsusi 
funksiyasını yerinə yetirir, bununla da məcmu hərəkəti ilə bütün gerçəkliyi əhatə edir. 
Ümumiyyələ, inkişaf qanunları kompleksində mərkəzi yeri dialektik ziddiyyətlər qanunu tutur. 
Bu qanun ümumi hərəkət və inkişafın səbəblərini, mənbələrini, hərəkətverici qüvvələrini 
müəyyən edir. Əksliklərin vəhdəti və mübarizəsi qanunun mahiyyətini, inkişaf prosesində rolunu 
və fəaliyyət mexanizmini dərindən anlamaq üçün “eyniyyət”, “fərqlilik”, “ziddiyyət”, “əkslik”, 
“münaqişə” və s. anlayışlarının mahiyyətini bilmək, onları fərqləndirmək zəruridir.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə