2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


*  1-Fəlsəfə, onun predmeti və cəmiyyət həyatında yeri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə2/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   2   3   4   5   6   7   8   9   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)


1-Fəlsəfə, onun predmeti və cəmiyyət həyatında yeri 
Fəlsəfə - nəzəri dünyagörüşüdür. Fəlsəfi dünyagörüşü dünyaya və orada insanın yerinə dair, 
insanın gerçəkliyə, təfəkkürün varlığa münasibətinə dair ən ümumi nəzəri baxışlar sistemidir. 
Fəlsəfi dünyagörüşü ümumi dünyagörüşdən gerçəkliyə yanaşma üsulu ilə, inlellektual 
problematikası ilə fərqlənir, daha çox sistemli, nəzəri səciyyə daşıyır. Fəlsəfi dünyagörüşü - 
idealist və ya materialist meylli olmasından asılı olmayaraq həmişə insana, onun dünyaya 
münasibətinə əsaslanır. İnsan - fəlsəfi dünyagörüşün məhək daşıdır. Dünya və insan, insanın 
dünyaya münasibəti, insanın özünün mahiyyəti, insan və mənəviyyat, insan və ədalət, insan və 
xeyirxahlıq, insan və bəşəri dəyərlər, insan və gözəllik, ictimai tərəqqi, insan və i.a. fəlsəfi 
dünyagörüşün əzəli və əbədi problemləridir. Elə bu mənada deyirlər ki, ən mütərəqqi fəlsəfə - 
insan fəlsəfəsidir, insan azadlığı da bu fəlsəfənin əsas amalıdır. 
 
Fəlsəfənin bir elm kimi əsas xüsusiyyətlərindən birini onun ictimai-tarixi xarakter daşıması 
təşkil edir. Digər ictimai şüur formaları kimi fəlsəfi şüur da tarixən dəyişkən ictimai varlığın 
təsirindən formalaşır və tarixi proseslə şərtlənir. Fəlsəfənin ictimai-tarixi səciyyə daşıması da onun 
mövcud olduğu ictimai şəraiti əks etdirməsindən ibarətdir. 
Fəlsəfə öz mahiyyəti etibarilə həm mədəniyyətin bütün sahələri ilə çulğaşmış, həm də onun 
tərəqqisinin meyarlarından birinə çevrilmişdir. Fəlsəfə mədəniyyət hadisəsi olmaqla, həm də onun 
«inkişafının göstəricisidir». «İncəsənət fəlsəfəsi», «əxlaq fəlsəfəsi», «din fəlsəfəsi», «texnika 
fəlsəfəsi», «təbiət fəlsəfəsi», «tarix fəlsəfəsi», «siyasət fəlsəfəsi», «hüquq fəlsəfəsi», «həyat 
fəlsəfəsi» və i.a. anlayış və istiqamətlərlə fəlsəfə mədəniyyətlə qovuşur, mədəniyyətin bütün 
aspekt və çalarlarını əhatə edir, onun nəzəri-metodoloji əsaslarını verir, maddi və mənəvi 
mədəniyyət amili kimi çıxış edir. Fəlsəfənin predmetində duran problemlərdən biri də fəlsəfənin 
elmiliyi məsələsi, elmlə fəlsəfənin qarşılıqlı münasibəti, onların oxşar və fərqli cəhətlərinin 
müəyyənləşdirilməsidir. Fəlsəfə və elm arasında oxşarlıq ondadır ki:
a) hər ikisi obyektiv gerçəklik qanunauyğunluqlarının insan şüurunda bu və ya başqa 
dərəcədə dolğun in`ikasıdır;
b) hər ikisi sivilizasiyanın ən böyük nailiyyətidir;
v) hər ikisi gerçəkliyin dərk edilməsi üçün insana qüdrətli silah verir;
q) hər ikisi ictimai funksiyanı yerinə yetirərək cəmiyyətin maddi yə mənəvi dəyərlərinin 
inkişaf etdirilməsi amili kimi çıxış edır və i.a. 
Fəlsəfə ilə elm arasında müəyyən fərqlər də vardır:
a) əgər fəlsəfə öz mahiyyəti etibarilə insana ümumiləşmiş dünyagörüşü verirsə, müxtəlif elm 
sahələri insana konkret bilik verir;



b) xüsusi qanunları öyrənən konkret elmlərdən (fizika, kimya, biologiya və s.) fərqli olaraq 
fəlsəfə təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunlarını öyrənir;
c) fəlsəfə, ən geniş mənada bütün dünyagörüşü növlərinin özəyini, nüvəsini təşkil etdiyi 
halda, ayrı-ayrı konkret elmlər dünyanın təbii-elmi mənzərəsini müəyyən edən konkret materiallar 
verir;
ç) fəlsəfə və elm ictimai şüurun spesifık forması olmaq etibarilə də bir-birindən fərqlənirlər;
d) ictimai funksiyaları etibarilə də fəlsəfə ilə elm arasında fərqlər vardır: fəlsəfə cəmiyyətdə 
elmə nisbətən daha səfərbəredici və sosial fəallaşdırıcı rol oynayır, fəlsəfə cəmiyyətdə qarşıya 
çıxan vəzifələrin düzgün həlli yollarını tapmağa imkan verir;
e) konkret bir elm sahəsində işləyən mütəxəssis konkret hadisələri müəyyən edərkən dünya 
haqqında ümumi təsəvvürlərə, dünyanın quruluşu, ümumi mənzərəsi və onun ən ümumi inkişaf 
qanunauyğunluqları haqqında prinsip və baxışlara ehtiyac duyur. Bu ehtiyacı məhz fəlsəfə ilə 
ödəyir və i.a.
Deməli, elmin ümumi dünyagörüşü, metodoloji və nəzəri-idrakı əsaslandırılması 
məsələlərini fəlsəfə öyrənir, təhlil edir. Elm fəlsəfəyə yiyələnməklə metodologiyaya və 
dünyagörüşünə sahib olur. 
 
Qeyd etdiyimiz kimi, fəlsəfi dünyagörüşü sistemində «dünya-insan münasibətləri» 
aparıcıdır.Bu məsələ hər bir konkret fəlsəfi problemin ümumi əsasını təşkil edir. Fəlsəfənin 
predmetini aşağıdakı kimi ifadə etmək olar.
 
Fəlsəfə 
“dünya-insan” münasibətlərinin ən ümumi tərəfləri, prinsipləri və 
qanunauyğunluqları haqqında elmdir.
Maddi ilə mənəvinin, materiya ilə şüurun münasibəti məsələsi fəlsəfədə həmişə əsas yer 
tutur. Buna münasibətdə isə, fəlsəfə tarixində iki istiqamət(materializm və idealizm) mövcuddur. 
Fəlsəfə mövcudatın əsası, varlıq, materiya, şüur və s. kimi ən ümumi anlayışlar haqqında 
nəzəri müddəalarını işləyib hazırlayarkən özünün ontolojı funksiyasını (ontologiya - yunanca 
«ontos» (mövcudluq) və "loqos" (təlim) mənası yerinə yetirir. İnsan fəaliyyəti haqqında təlim ilə 
fəlsəfə özünün praksioloji («praktikos» - yunanca fəaliyyət deməkdir), bəşəri sərvətlər (dəyərlər) 
haqqında ideyaları ilə isə aksioloji («aksios» - yunanca dəyər, sərvət deməkdir) fünksiyasını 
həyata keçirir. Məhz bunlar da göstərir ki, dünyagörüşün rasional-nəzəri forması olan fəlsəfənin 
qədim dövrdən indiyədək ən başlıca vəzifəsi ən ümumi ideya və təsəvvürləri, ən ümumi qanun və 
kateqoriyaları işləyib hazırlamaqdan ibarət olmuşdur. 
Dünyagörüşü sistemində fəlsəfə həm də şəxsiyyətlə təbiət və cəmiyyət hadisələri arasında 
əlaqə və münasibətləri, insan təcrübəsinin bütün formalarını tənzim edərək inteqrativ funksiyanı 
da ifadə edir. Ayrı-ayrı elmlərin nailiyyətlərini əlaqələndirib onlardan düzgün elmi-fəlsəfi 
dünyagörüşü nəticələri çıxarmağa imkan verir. Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək, 
qarşılıqlı zənginləşmə əsasında fəlsəfə şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik, hüquqi 
və s. əsaslarını hazırlamaqla cəmiyyətdə maddi və mənəvinin qarşılıqlı münasibətinin rol və 
əhəmiyyətini müəyyən edir. 
Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və gələcək insan fəaliyyətini 
elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə - bəşəri dəyərlərə istinad 
edir və özü də bu dəyərlərin başlıca nümunələrindən biridir. Fəlsəfə heç də təkcə keçmişə və indiyə 
deyil, həm də gələcək haqqında mükəmməl ideya və prinsiplər müəyyən etməyə - qabaqgörənliyə 
imkan verir. Qabaqgörənlik baxımından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial-siyasi hadisələrin 
inkişaf ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini tapmaq, aydın elmi 



mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və boyük həyati təcrübə əsasında hadisələri 
qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir.
Fəlsəifənin tənqidi funksiyası da vardır. Belə ki, o bütün əvvəlki mədəni irsi, mifoloji, dini 
təsəvvürləri, tarixi-fəlsəfi təlimləri tənqidi təhlil edib, yaradıcı qiymətləndirməyə, mürəkkəb 
fəlsəfi problemlərin müasir həllini verməyə çalışmışdır.
Bu baxımdan, istər fəlsəfə tarixindən, istərsə də müasir elmi-tədqiqat ədəbiyyatlarında 
fəlsəfənin müxtəlif tərifləri verilir. Onların hamısında, xüsusilə XIX-XX əsrlər dövründə fəlsəfəyə 
varlıq və idrakın ən ümumi qanunauyğunluqları, insanın dünyaya münasibətlərinin ən ümumi 
prinsipləri haqqında elm kimi tərif verilmişdir. 
Fəlsəfə elmlər sistemində mühüm yer tutur. Fəlsəfə və digər elmlər bir kök üzərində 
yüklənmiş, sonralar şaxələnmişdir. 17-18-ci əsrlər də elmin ayrı-ayrı sahələrinin formalaşması və 
onların fəlsəfə adlanan ümumi bilikdən ayrılması kimi formalaşması prosesi bəşər mədəniyyəti 
tarixində mühüm hadisə idi. Həmin vaxtdan etibarən fəlsəfə nəzəri-elmi biliyin xüsusi forması 
kimi inkişaf etməyə başlayır. Fəlsəfənin bir elm kimi qərarlaşması İ. Kantın adı ilə bağlıdır. 
Elmləri adətən beş böyük qrupa bölürlər: fəlsəfi elmlərə, hümanitar elmlər, təbiətşunaslıq, dəqiq 
və texniki elmlər. Elmlərin belə təsnifatında fəlsəfə mərkəzdə durur. Bu o deməkdirki, fəlsəfə 
bütün elmləri bir-biri ilə əlaqələndirən vəsilə rolunu oynayır. 
Elmlər sistemində fəlsəfənin başlıca vəzifəsi ondan ibarətdir ki, o, bir çox elm sahələrinin 
nailiyətlərini ümumiləşdirərək, təbiəti, cəmiyyəti, insanı öyrənən elmlərin bir növ inteqrasiya 
vasitəsi kimi çıxış edir.
Öz növbəsində fəlsəfə digər elmlərə çox borcludur. Fəlsəfə məhz elmə arxalandıqda subut 
üçün tutarlı dəlillər tapır. Lakin insan həyatının əsas pirinsiplərini izah etmək üçün fəlsəfənin təkcə 
elmə müraciət etməsi kifayət deyildir. Burada inamı, əqidəni, paxıllığı, saflıqı və vicdanı hər 
şeydən üstün tutan dinin, gözəlliyi, eşqi və məhəbbəti vəsf edən, zövqü oxşayan incəsənətin 
nailiyyətlərindən bəhrələnmək də olduqca faydalıdır. Tarixin təcrübəsi göstərirki, fəlsəfə bəşər 
biliklərinin dəyərli məcmusuna arxalandığı zaman əhəmiyyətli olur. Fəlsəfə və elm tarix boyu bir-
birindən faydalanıblar. Müasir elmi ideyaların əksər qismi vaxtı ilə fəlsəfə tərəfindən irəli 
sürülmüşdür. Antik yunan filosofları Levkipp və Demokritin maddənin atom qurluşuna dair 
fikirlərini, P. Dekartin refleks anlayışını, hərəkətin saxlanması pirinsipini, fransız filosofu P. 
Qassendinin və məşhur M.V. Lomonosovun molekulların atomlardan ibarət mürəkkəb hissəciklər 
şəkilində mövcüd olmasına dair nəzəriyələrin və s. buna misal göstərmək olar. Eyni zamanda elm 
tərəqqi etdikcə fəlsəfəni əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Fəlsəfənin müstəqil elm sahəsi 
kimi formalaşması da humanitar, texniki, təbiətşunaslıq elmlərlə biləvasitə bağlıdır. Məhz həmin 
elmlərin inkişaf prosesində fəlsəfənin yeni-yeni problemləri əmələ gəlmişdir. 
Müasir dövürdə fəlsəfənin digər elmlərlə qarşılıqlı əlaqə dairəsi daha da genişlənmişdir. 
Fəlsəfə varlıqla şüurun unversal münasibətini, onların ən ümumi inkişaf qanunlarını öyrənərkən 
“insan-dünya” problemini tədqiq edən bütün başqa elmlərin nailiyyətlərindən bu və ya digər 
dərəcədə istifadə edir. Bunsuz o, inkişaf edə bilməz. Onun tədqiqat metodları da məhz həmin 
prosesdə formalaşmışdır. Fəlsəfənin başqa elmlərlə, biliyin digər sahələri ilə qarşılıqlı əlaqəsi onun 
inkişafının zəruri şərtidir.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə