2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə8/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   4   5   6   7   8   9   10   11   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

mücərrədləşdirmə
“yəni yayındırma” adlana bilər. Burada predmetlərdə olan bütün 
əsassız, təkcə və təsadüflərdən “yayınma”, və buna müvafiq olaraq əsaslı, ümumi və zəruri 
olanların ayrılması baş verir. Lakin predmetlərin ümumiləşdirilmiş siniflərində bu və ya digər 
əlamətlərin ümumilik səviyyəsi müxtəlif ola bilər. 
Materiya anlayışının konkretləşməsi yolunda ilk addım obyektiv reallığın mürəkkəb 
quruluşunun qəbul olunmasıdır – onun tərkibində maddi obyektlər (şeylərə), onların xassələri və 
münasibətləri fərqlənirlər. Bizə məlum olan dünyada hansı predmet və hadisəni götürsək o ya 
mütləq cisim, ya xassə, ya da münasibət olacaqdır.
Özlüyündə aydındır ki, maddi aləmin bu üç parametrləri (cisim, xassə, münasibət) sıx sirətdə 
bir-biri ilə bağlıdırlar. Aydındır ki, cisim o vaxt özü olur ki, onda müəyyən xassələr olur, məhz bu 
xassələrə əsasən onu digər cisimlərdən fərqləndirmək olur. Heç bir xassəsi olmayan cisim təsəvvür 
etmək olmaz. Həm də əksinə: cisimdən kənarda öz-özünə xassə də ola bilməz. Xassə həmişə 
predmetin hər hansı tərəfinin ifadəsidir, onun xüsusiyyətidir. Bu vaxt hər cür xassə (deməli, həm 
də predmetin özü) başqasına münasibətdə, yəni başqa xassələrə və ya cisimlərə münasibətdə 
mövcuddur.
Əgər son fikir sizə əsaslı görünmürsə, ağlınıza batmırsa hər hansı cismi (tutaq ki, kitabı) 
təsəvvür edin: əgər hər şey yox olsa və həyatda yalnız bu cisim qalsa, o böyük və ya kiçik, ağır və 
ya yüngül, ağıllı və ya səfeh ola bilərmi? Əlbətdə yox, axı “böyük” və ya “ağır” olmaq üçün o 


14 
başqası ilə müqayisə olunmalıdır, yəni başqasına münasibətdə ona qiymət verilməlidir. Əgər bu 
“başqa” yoxdursa, deməli, münasibət də yoxdur, deməli, heç xassə də ola bilməz. Beləliklə, 
cisimlər, onların xassələri və münasibətlər maddi varlığın əsaslı strukturunu yaradır. 
“Materiya” anlayışının konkretləşdirilməsində növbəti addım bütün maddi obyektlərə bir sıra 
ümumi atribut xassələrin şamil olunmasıdır. (Fəlsəfədə “atribut” sözü elə xassəni ifadə edir ki, 
onsuz maddi obyekt mövcud ola bilməz). Materiyanın bu cür atribut xassələrinə adətən: 

sistemliliyi (nizamlama, strukturmüəyyənliyi); 
- aktivliyi (hərəkət, dəyişiklik, inkişaf); 
- özünü təşkiletməni; 
- varlığın məkan-zaman formasını; 
- inikası; 
- məlumatlılığı
– aid edirlər. Bu xassələri ayrılıqda təhlil edəcəyik. 
 
Elementar hissəciklər və onların qarşılıqlı fəaliyyəti kəşf olunana qədər elm materiyanın iki 
növü – 
maddə və sahə
ilə məhdudlaşırdı. Hələ XIX əsrin sonu XX əsrin əvvəllərinə qədər sahəni 
fasiləsiz maddi mühit kimi, maddəni isə - diskret hissəciklərdən təşkil olunan fasiləli mühit kimi 
müəyyən edirdilər. Lakin kvant fizikasının inkişafı maddə və sahə arasındakı sərhəd xəttinin nisbi 
olduğunu aşkar etdi. Yalnız sahənin kvant xassəsinin nəzərə alınmadığı makro səviyyədə onları 
fasiləsiz mühit hesab etmək olar. Ancaq mikrosəviyyədə sahə kvantlardan təşkil olunmuş kimi 
dayanır, onların eyni zamanda korpuskulyar və dalğavari xarakterə malik hissəcik kimi baxmaq 
olar. Məsələn, elektormaqnit sahəsini fotonlar sistemi kimi, qravitasiya sahəsini isə qravitlər 
sistemi kimi təsəvvür etmək olar. 
Elementar hissəciklər dörd tip qarşılıqlı fəaliyyətdə – güclü, zəif, elektormaqnit və qravitasiya 
– iştirak edirlər. Qarşılıqlı fəaliyyətin yalnız son iki tipi istənilən böyük məsafədə özünü təzahür 
etdirir, ona görə də onlara yalnız mikroaləmin deyil, həm də makrocismin, planetlərin, ulduzların 
və qalaktikanın (makro və meqaaləm) prosesləri tabedir. Güclü və zəif qarşılıqlı fəaliyyətə 
gəldikdə isə onlar yalnız mikroaləm prosesləri üçün xarakterikdir. XX əsrin sonlarının ən 
təəccüblü kəşflərindən biri eletromaqnit və zəif qarşılıqlı fəaliyyətin vahid mahiyyətinin – 
elektrozəif qarşılıqlı fəaliyyətin tərəfi, müxtəlif təzahürü olmasının aşkar edilməsi oldu. 
Mikroaləmin müasir fizikasındakı bu yeni ideya bizim astronomik Kainatın inkişafı haqqında 
- vakkumun bir fazadan digərinə keçidi nəticəsində elementar hissəciklərin kütləvi şəkildə 
doğulması ilə bağlı olan partlayış yolu ilə yaranması haqqında qeyri-adi baxışlara dayaq oldu. 
Subelementar səviyyənin obyektlərinin qarşılıqlı fəaliyyəti və onların əsasında yaranan elementar 
hissəciklər daha mürəkkəb maddi sistemin yaranması üçün əsas oldu. Elementar hissəciklərdən 
atomlar
qurulur, o da materyanın keyfiyyətcə spesifik növüdür. 
Elementar hissəciklər, atomların nüvəsi, ionlar (elektor təbəqəsində öz elektronlarının bir 
hissəsini itirmiş atomlar) qaza oxşar materiyanın xüsusi vəziyyətini yarada bilir ki, bu da 
plazma
adlanır. Elektromaqnit qravitasiya sahəsi ilə dartılan böyük plazma cismi 
ulduzları 
yaradır – o da 
materiyanın quruluşunun xüsusi səviyyəsidir. Onların özəyində nüvə reaksiyası gedir, bunun 
gedişindəbir hissəcik digərinə çevrilir, bunun hesabına da ulduzlar daimi olaraq enerji verir. 
Ulduzlar atomların xüsusi dəmirçixanası kimi çıxış edirlər. Onlarda elementar hissəciklərin 
çevrilməsi hesabına atomların nüvəsi yaranır, ulduzların ətrafında, kənarda temperaturun aşağı 


15 
düşməsi ilə, ulduzların partlaması ilə onlardan maddələrin atılması nəticəsində atomlar yaranır. 
Atomların qarşılıqlı təsirindən materiyanın quruluşunun növbəti səviyyəsi –
 molekullar
formalaşır. 
Molkullardan sonra makrocisim (sulu, bərk, qazaoxşar) səviyyə gəlir. Materiyanın spesifik növü 
hesab olunan makrocismin xüsusi tipi 
planetləri 
– nüvəsi, litosferası, bəzi hallarda atmosferası və 
hidrosferası olan, mürəkkəb daxili strukturlu cismi – yaradır. Ulduzlar və planetlər planetlər siste-
mini yaradırlar. Ulduzların çoxlu sayda yığılması, planetlər sistemi, öz aralarında qarşılıqlı surətdə 
təsirə malik olan ulduzlararası toz və qaz xüsusi obyektlər yaradırlar, 
bu qalaktikalar
adlanır. Yer 
bu cür qalaktikalardan birinə aiddir. Bizim qalaktikaya adi olan ulduzların əsas kütləsi 100 min 
işıq üç həcmində diskdə cəmlənmişdir – onun diametri və qalınlığı 1500 işıq ili həcmindədir 
(xatırladaq ki, işığın sürəti 300 min km s). Bizim Günəş qalaktikanın axırındadır və onun nüvəsi 
ətrafında fırlanır, 200 milyon ildə (necə deyərlər, qalaktika ili) bir tam dövr edir. 
Olduqca sıx toplanmış ulduzlardan ibarət olan, ulduzlarası qaz və tozla qızmış bəlkə də 
olduqca sıx cisimlə örtülən qalaktikanın nüvəsini biz müşahidə edə bilmirik. Hal-hazırda Günəş 
qalaktika məkanının o hissəsi ilə hərəkət edir ki, orada nüvə Yerdən geniş toz dumanı ilə 
örtülmüşdür. Bir neçə milyon illər sonra Yer bu “ekrandan” çıxacaqdır və nüvədən axan şüalara 
məruz qalacaqdır. İndi bizim qalaktikanın nüvəsi sakitdir: o daimi olaraq enerji axını ötürür. Ancaq 
prinsipcə qalaktikanın nüvəsi fəal da ola bilər, qısa vaxt ərzində olduqca çox enerji buraxa bilər. 
İstisna edilmir ki, bizim qalaktikanın nüvəsi müəyyən vaxtdan sonra partlayışlı fəallıq da nümayiş 
etdirə bilər. Ola bilsin ki, partlayış prosesində Yer toz duman ilə örtülməsin, açıq olsun, onda 
nüvədən gələn şüa Yerdə olan həyatın vəziyyətinə və inkişafına təsir edə bilər. Dərk etmək 
lazımdır ki, Yerdə olan həyat, onun bir hissəsi olan bəşəriyyət kosmosun quruluşundan asılıdır. 
Ona görə də onun quruluşunun prinsipini bilmək Yer həyatının mənşəyini bizim təbiətlə olan 
qarşılıqlı əlaqəmizi başa düşmək üçün olduqca zəruridir. 
Müxtəlif tip qalaktikalar yığını – 
qalaktikalar sistemini,
bütövlük xassəsinə malik olan xüsusi 
obyekti – yaradırlar. Qalatikalar arasında böyük məsafə olmasına baxmayaraq (on, yüz, milyon, 
daha çox işıq ili) makrocisim və qalaktikalar yığınının molekulları arasında müqayisə aparsaq 
görərik ki, bu cür yığını istənilən mühitdə müşahidə edə bilərik.
Nəhayət, qalaktikaların yığınından başqa materiyanın quruluşunun daha yüksək səviyyəsi –
 
Metaqalaktika
qarşılıqlı surətdə fəaliyyətdə olan yığılan qalaktikaların xüsusi sistemi də vardır. 
Bununla belə onlar elə qarşılıqlı fəaliyyətdədirlər ki, bu vaxt bir-birindən sürətlə uzaqlaşırlar. Bir-
birindən nə qədər uzaq düşsələr, bir-birinə tərəf gəlişləri bir o qədər sürətlə olur. Bu proses 
Metaqalaktikanın genişlənməsi adlanır, onun varlığını müəyyən edən xüsusi sistemli xassəsidir. 
Metaqalktikanın genişlənməsi
onun yaranmasıanından başlanmışdır. Müasir kosmoloji baxışlara 
görə Metaqalaktika 20 milyard il əvvəl Böyük partlayış nəticəsində yaranmışdır. Elm bu partlayışı 
fiziki vakkumun strukturunun yeridən qurulması, onun bir vəziyyətdən digərinə dövri keçidi ilə 
əlaqələndirir – bu da böyük enerji ayrılması ilə vermişdir. Belə ki, bizim Kainatın 
(Metaqalaktikanın) yaranması – onun heç nədən yaranması aktı deyildir, inkişafın, materiyanın bir 
vəziyyətindən digərinə keyfiyyətcə keçidin nəticəsidir. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə