2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Fəlsəfi biliklərin mənəvi mənbəyi-mifologiya, dini



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə4/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   2   3   4   5   6   7   8   9   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

3-Fəlsəfi biliklərin mənəvi mənbəyi-mifologiya, dini 
etiqad və elmi rüşeymləri 
Dünyagörüşünü özünün inkişaf ardıcıllığı, inikas dərinliyi, əsaslandırılmış olub-olmaması 
cəhətdən ən ümumi şəkildə dörd mühüm tarixi növə ayırmaq olar: mifoloji, dini, elmi, fəlsəfi. 
Mifologiya iki sözün birləşməsindən yaranıb (yunanca «mif» - əsatir, əfsanə, rəvayət 
mənasındadır, «loqos» isə - təlim deməkdir). İbtidai cəmiyyətdə, bəşər mədəniyyəti inkişafının 
ilkin dövrlərində meydana gəlmişdir. Mifologıya - qədim dövrün dünyanı anlamaq üsulu, ibtidai 
cəmiyyətdə universal ictimai şüur forması olmuşdur. Mifik təsəvvürlərin əsasında əfsanəvi 
varlıqlar, Allahlar və onların fəaliyyəti, qəhrəmanların möcüzələri və s. haqqındakı inamlar, ideya 
və baxışlar durur. Dünyanın bir çox xalqlarının miflərində kosmik mövzular xüsusi yer tutur. 
Mifoloji dünyagörüşü təsəvvürlərində dünya ilə yanaşı, insanın mənşəyi, onun həyat inkişafının 
mərhələləri, ölümü, insanın odu əldə etməsi, sənəti, əkinçiliyi öyrənməsi və s. mövzular da geniş 
yer tutur. 
Miflərdə təbiət və mədəniyyət hadisələri qovuşmuş, təbii cisim və hadisələr canlaşdırılmış, 
insanabənzərləşdirilmiş, mifoloji obrazlara çevrilmişdir. Reallıq və fantaziya, hiss və fikirlər, bilik 
və bədii obraz obyektiv və subyektiv olan miflərdə vəhdət halında birləşmişdir, bütöv dünya 
mənzərəsi yaradılmışdır, Dünyanın mifoloji mənzərəsində reallıq və fantaziya, təbii və fövqəltəbii, 
bilik və inam çulğaşmışdır.
Dini dünyagörüşü - dünyagörüşün ikinci tarixi növüdür. Şüurun gerçəkliyı ümumiləşdirərək 
anlayışlar vasitəsilə əks etdirməsi (məsələn, Allah, ruh, axirət və s.) formalarından biridir, 
gerçəkliyin fövqəltəbii qüvvələrə inam əsasında in`ikasıdır.
Dini dünyagörüşə görə dünya ikili səciyyə daşıyır: «yer üzü», «bu dünya» - təbii, hiss 
üzvlərimizlə duyulan dünya və «o dünya», fövqəltəbii, «göy üzü» - fövqəlhissi dünya. Dinə görə 
əsas, başlıca məqsəd ikincidir, birinci isə keçici və müvəqqətidir.
Din insanın qeyri-adi təbii və sosial qüvvələri əsasında yaransa da, müəyyən tarixi şəraitdə 
ümumbəşəri dəyərlər, sosial ədalət uğrunda çıxış etmiş, normaların tənzimləyicisi funksiyasını 
yerinə yetirmişdir. İnsanların əxlaq və davranışını, hissi tərzini və fikirlərini normalaşdırıb sistemə 
salan din, cəmiyyətdə sosial-mənəvi tənzimetmənin, adət-ənənə və mənəviyyat normalanrın hifz 
edilməsi və yaşadıqları nəsildən-nəslə verilməsinin mühüm vasitəsi kimi çıxış etmiş və edir.
Dinləri monoteist(təkallahlıq) və politeist(çoxallahlıq), ibtidai və müasir, milli və dünyəvi 
olmaqla müxtəlif qruplara ayırmaq olar. İbtidai dinlər (animizm, fetişizm, magiya, bütpərəstlik yə 
s.), politeist dinlər, müasır dunya dinləri (xristianlıq, islam, buddizm), monoteist dinlər (xristianlıq, 
islam və s.) misal ola bilər. 



Hər bir dinin strukturuna aşağıdakılar daxildir: dini ideya və təsəvvürlər; dini hiss və əhval-
ruhiyyə; dini ayinçilik (kult) yə dini fəaliyyət. Bunlardan başqa, dini təsisatlar da vardır ki, (dini 
icmalar, birliklər, kilsələr, məscidlər və s.), onların fəaliyyətindən yaranan normalar, qaydalar və 
prinsiplər dinı dünyagörüşü sistemində mühüm yer tutur. 
Elmi dünyagörüşü - təbii-elmi və sosial-tarixi biliklərə, dünyanın təbii-elmi mənzərəsinə 
əsaslanan, gerçəklikdə hadisə və proseslərin inkişaf və dəyişməsinin elmi səbəblərinə istinad 
edərək dünya haqqında elmi anlayış və qanunauyğunluqların ümumiləşmiş in`ikasını ifadə edən 
baxış, ideya və prinsiplərin məcmusudur. Elmi dünyagörüşü - öz müddəalarında müasiri olduğu 
elmin son nailiyyətlərinə istinadən insanı əhatə edən gerçəkliyə insan münasibətini xüsusi elmi 
qanun və kateqoriyalar, təlim və nəzəriyyələr vasitəsilə ifadə edir. 
Fəlsəfi dünyagörüşü - elmi dünyagörüşün növ müxtəlifliyindən biridir. O, müəyyən 
cəhətlərdən elmi dünyagörüşü ilə qovuşur, eyniləşir, müəyyən cəhətlərdən isə ondan fərqlənir. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə