2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə3/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   2   3   4   5   6   7   8   9   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və 
tipləri 
Fəlsəfə insan biliyinin, mənəvi mədəniyyətin ən qədim sahələrindən biridir. Mükəmməl 
dünyagörüşü, dünyanın dərk etməyin xüsusi forması, varlığın ümumi prinsiplərinə dair baxışlar 
sistemi olan fəlsəfə, həm də ən yaxşı nəzəri təfəkkür məktəbidir. Dünyanın mahiyyətini, həyatın 
mə'nasını məntiqi cəhətdən səmərəli yolla anlamaq tələbatından doğan fəlsəfə, təxminən iki min 
beş yüz il bundan əvvəl Qədim Şərqdə – Misirdə, Babilistanda, Çində, Hindistanda,Azərbaycanda 
təşəkkül tapmış, e.ə. YII – YI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir. İlk dəfə 
“fəlsəfə” sözünü yunan mütəfəkkiri Pifaqor (e.ə.YI əsr) işləmiş və özünü filosof adlandırmışdır. 
Bu sözü o, müdriklərə və düzgün həyat tərzi keçirən insanlara aid etmişdir. Lakin bu sözün 
mənasını ilk dəfə Platon(e.ə.428-348-ci illər) və Aristotel (e.ə.384-322-ci illər) dərindən təhlil 
etmişlər. Fəlsəfəni xüsusi bir elm kimi ilk dəfə fərqləndirən Platon olmuşdur. «Fəlsəfə» sözü yunan 
mənşəli olub, “hikmətə”(sofiya) “məhəbbət” (fileo) deməkdir. 
Fəlsəfənin başlıca mə'nası əsasən dünyagörüşü məsələlərinin qoyuluşunda və onlara dair 
cavabların axtarılmasındadır. Dünyagörüşünə daxil olan mənəvi törəmələrdən biri olan fəlsəfənin 
mənşəyi və mahiyyətini, predmet və funksiyalarını bilmək üçün dünyagörüşünün özünün nə 
olmasını aydınlaşdırmaq lazımdır. 
Dünyagörüşü insanm gerçəkliyə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən 
ümumiləşmiş sosial-mənəvi, elmi, siyasi prinsip, norma və baxışların məcmusudur. 
Dünyagörüşü - insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə və cəmiyyətə 
münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında ümumiləşmiş görüşlər, ideallar, 
baxış, inam və prinsiplər sistemidir. Dünyagörüşü - fərdin, sosial qrupun, sinfin, bütövlükdə 
cəmiyyətin gerçəkliyə münasibəti və fəaliyyət istiqamətini müəyyən edən baxışlardır, ideya və 
normalardır. Başqa sözlə, dünyagörüşü – insanlarda dünyanın quruluşu və orada insanın yeri və 
roluna aid biliklərin, baxışların, əqidə və idealların məcmusudur.
Dünyagörüşü - təbiət, cəmiyyət və təfəkkürün hadisə və proseslərı, inkişaf və hərəkətverici 
qüvvələri haqqında ümumiləşmiş elmi, fəlsəfi, siyasi, dini, ateist, əxlaqi, estetik və s. baxışların 
ifadəsidir. Dünyagörüşünün predmetində insan durur. Dünyagörüşünün mahiyyətini aydın başa 
düşmək üçün onun obyektini və predmetini fərqləndirmək lazımdır. Dünyagörüşünün obyektini 
bütövlükdə dünya, varlıq təşkil edir. Onun predmetini isə təbiət ilə insan aləminin qarşılıqlı 
münasibəti və həmin münasibətlərdən yaranan ideya və baxışların sistemi təşkil edir.
Dünyagörüşün strukturu zəngin və mürəkkəbdir. Gerçəkliyin mənimsənilməsi səviyyəsinə, 
elmi əsaslandırılması dərəcəsinə uyğun olaraq dünyagörüşün iki səviyyəsi vardır:
1) Dünyagörüşünün adi şüur səviyyəsinə uyğun gələn sağlam düşüncə, hissi-obrazlı 
təfəkkürə, mifoloji təsəvvürlərə və gündəlik təcrübi biliyə əsaslanan empirik-kütləvi (və ya adi-
gündəlik) səviyyəsi. Bu səviyyədə dünyagörüşü üçün tərəddüdlər, inamsızlıq və s. xasdır.
2) Elmi-nəzəri dünyagörüşü səviyyəsi. Dünyanın həqiqi təbii-elmi mənzərəsinə və fəlsəfəyə 
istinad edən dünyagörüşü məhz elmi-nəzəri dünyagörüşü səviyyəsinə misal ola bilər. 
Dünyanıqavrama isə predmet və hadısəni hissi bütöv halında qavrama mərhələsidir, 
gerçəklik haqqında qavranılan baxışlar, hisslər və təsəvvürlərin məcmusudur, dünyanı dərketməyə 
aparan yoldur. Deməli, hisslər və əhval-ruhiyyə səviyyəsində dünyagörüşün emosional-psixoloji 
cəhətini dünyaduyumu, gerçəkliym hissi-bütövünün əyanı təsəvvürlər əsasında hissi-obrazlı 



qavranılmasını isə dünyanıqavrama təşkil edir. Məhz duyma və qavramanın nəticəsində alınmış 
informasiyaların təhlili, ümumiləşdirilməsi yolu ilə anlayışlar, mühakimələr, əqli nəticələr, ümumi 
nəzəri baxışlar yaradılır, dünyagörüşün ıdraki-intellektual səviyyəsi olan dünyanıanlaına baş verir. 
Dünyagörüşdə hər üç ünsür - dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama vəhdət təşkil edir. 
Dünyagörüşün struktur komponentləri sırasında fəaliyyət (qiymətləndirmə) də mühüm yer 
tutur. Dünyagörüşü ancaq insan fəaliyyəti ilə öz prinsip və ideyalarını maddiləşdirir, həyata 
keçirir. Məhz fəaliyyət prosesində dünyagörüşün bəşəri sərvətlərə (dəyərlərə) və sosial-mənəvi 
məqsədlərə uyğunluğu təmin olunur.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə