2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə9/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   5   6   7   8   9   10   11   12   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

 


16 
** 
 
1-Materiyanın atributları: hərəkət, məkan və zaman 
Dünyanın maddi vəhdətinin dialektik anlaşılması müasir təbiətşünaslığa, insan və cəmiyyət 
haqqında elmə daha dərin daxil olur. Metafizik təfəkkür dünyanı yalnız keyfiyyətcə bir-birindən 
fərqlənən deyil, həm də öz aralarında keçilməz maneələrlə ayrılan müxtəlif substansiyalardan 
təşkil olunmuş kimi qəbul edir – bir sözlə, reallığa monist yanaşma inkar edilir. Materialist 
dialektika isə, onunla yanaşı cəmiyyət və təbiət haqqında bütün müasir elmlər ondan çıxış edirlər 
ki, bütün mövcud olan hadisələr və proseslərin əsasında 
vahid materiyanın hərəkəti
dayanır. 
Bundan başqa, bilirik ki, filosflar lap çoxdan başqa bir sual da qoyurdular dünyanı “saxlayan” 
nədir, ona sabitlik verən, onun nizamlı olmasını qoruyan nədir? Bu gün verilən sualın cavabı çox 
sadə, həm də paradoksaldır: 
hərəkət.
Maddi aləm öz sistem-struktur quruluşunu hərəkət etdiyinə 
(dəyişikliyinə) görə saxlayır. Axı istənilən sistem yalnız qarşılıqlı fəaliyyət, yəni onu təşkil edən 
elementlərin hərəkəti hesabına mövcuddur. Qarşılıqlı fəaliyyət yox olsa sistem özü dağılar. 
Atomlar nüvə və onun örtüyünün qarşılıqlı fəaliyyəti hesabına sabitdir, orqanizm maddələr 
mübadiləsi, cəmiyyət-əmək bölgüsü və s. hesabına yaşayırlar. Deməli, həm istənilən obyektin, 
həm də bütövlükdə maddi aləmin mövcudluğu hərəkət hesabına mümkündür. 
Fəlsəfədə 
hərəkət 
deyərkən ümumiyyətlə istənilən dəyişiklik – predmetlərin məkanda sadə 
yerdəyişməsindən başlamış və insan təfəkküründə qurtarana qədər - başa düşülür. Hərəkət 
materiyanın atributudur, yəni istənilən maddi obyektin ayrılmaz xassəsidir. Hərəkətsiz materiya 
yoxdur və əksinə: materiyasız da hərəkət yoxudr. Bu tezisin ikinci yarısı o deməkdir ki, 
“ümumiyyətlə hərəkət”, özlüyündə hərəkət – mücərrədlikdir, yəni şüurumuzun real maddi 
predmetlərindən ayrılan öz parametrlərinin dəyişən xassəsidir. Ona görə də hərəkət “təmiz 
şəkildə” yalnız beynimizdə, təfəkkürümüzdə mövcuddur; reallıqda isə yalnız hərəkət edən maddi 
obyektlər mövcuddur.
 
Materiyanın hərəkəti
dedikdə yalnız maddənin məkanda mexaniki yerdəyişməsi başa düşülür, 
həm də istənilən qarşılıqlı fəaliyyət, eyni zamanda bu qarşılıqlı fəaliyyətdən yaranan obyektlərin 
vəziyyətinin dəyişməsi nəzərdə tutulur.Hərəkət – həm elementar hissəciklərin qarşılıqlı surətdə 
bir-birinə çevrilməsi, həm Metaqalaktikanın genişlənməsi, həm orqanizmin hüceyrələrində 
maddələr mübadiləsi, həm də və sosial həyatda adamlar arasında olan fəaliyyət mübadiləsidir. 
Materiya hərəkətdən kənarda mövcud ola bilməz. Onun istənilən obyekti onlarda müəyyən 
hərəkət tiplər olduğuna görə mövcuddurlar. Onların məhv edilməsi ilə obyekt öz mövcudluğunu 
dayandırır, digər obyektlərə keçir, bu da öz növbəsində hərəkətin tiplərinin və formalarının 


17 
müəyyən yığını ilə xarakterizə olunur. Başqa sözlə desək, 
hərəkət daxilən materiyaya xasdır
. O da 
materiya kimi mütləqdir. 
Gündəlik həyatda hərəkət çox vaxt məkanda maddələrin yerdəyişməsi kimi qəbul olunur. 
Ancaq bir cisim Yerin səthinə nisbətdə yerini dəyişə, digəri isə sükunətdə ola bilər, deməli 
gündəlik şüur bu iki vəziyyəti – sükunət və hərəkəti qarşı-qarşıya qoyur –onları eyni hüquqlu kimi 
qəbul edir. 
Predmetləri yaradan hərəkətin üsulları və növlərinin bu “zaman daxilində təkrarlanması 
hesabına o digər obyektlərdən fərqlənən, keyfiyyətcə spesifik obyekt kimi mövcuddur. Beləliklə 
sükunət 
anlayışı predmetin sabitliyini təmin edən, onun keyfiyyətini saxlayan hərəkətin 
vəziyyətini ifadə etmək üçün istifadə olunur. Ona görə də 
sükunət nisbidir, hərəkət isə mütləqdir,
o materiyanın ayrılmaz xassəsi, materiyanın atributudur. 
Hərəkətin iki əsas tipi haqqında
danışmaq düzgün olardı. Birincisi – predmetin, onun 
keyfiyyətinin sabitliyinin saxlanması ilə bağlı hərəkətdir. Predmetdə həmişə bəzi dəyişiklik baş 
verir, ancaq o heç vaxt zamanca öz-özünün oxşarı olmur.
Adi insan təfəkkürü, adətən gerçəkliyi ciddi sərhəddi olan möhkəm şeylərə və möhkəm 
şeylərin qarşılıqlı fəaliyyəti kimi nəzərdən keçirilən proseslərə ayırır. Ancaq elmi məlumatlara 
söykənən fəlsəfi təhlil bizi əmin edir ki, 
istənilən şey
(maddə) 
həm də prosesdir.
Hətta ən sadə 
predmetlər olan stol, stul, ev haqqında danışanda və deyəndə ki, onlar öz keyfiyyətlərini 
saxlayırlar, özlərinin eynidirlər bu o demək deyil ki, onlarda müxtəlif cür dəyişikliklər baş vermir. 
Nə stolun düzəldildiyi ağacın molekulundakı nüvəyə nisbətdə elektronun vəziyyəti nə də nüvədəki 
proton və neytronların vəziyyəti eyni olmur. Hətta stola Günəş şüası düşəndə belə onda dəyişiklik 
baş verir: stolun üstünə düşən protonlar elektronu parçalayır (fotoeffekt hadisəsi). Lakin bütün bu 
cür dəyişikliklər vaxtı bəzi əlamətlər yığını qalır ki, bu da stol haqqında başqa predmetlərdən fərq-
lənən müəyyən predmet kimi danışmağa imkan verir. 
Beləliklə, 
hərəkətin birinci tipi – predmetin keyfiyyətinin saxlandığı hərəkətdir. 
Bundan başqa 
bir keyfiyyətdən digərinə keçidlə
, predmetin keyfiyyət vəziyyətinin dəyişməsi 
ilə bağlı olan daha 
bir hərəkət tipi mövcuddur. Bu predmetin dağılması, onu təşkil edən elementlərin parçalanması 
ola bilər – bu başlangıc predmetin dəyişməsi nəticəsində yaranan xüsusi keyfiyyətdir. Həm də 
daha mürəkkəb proses ola bilər, bu vaxt obyektlərin qarşılıqlı fəaliyyəti nəticəsində daha mürəkkəb 
sistem, yeni obyekt yaranır. 
Praktikada biz daimi bu proseslərlə toqquşuruq. İstehsalın inkişafı gedişində bəşəriyyət təbiət 
materiallarından daha mürəkkəb sistem yaratmağı öyrənirlər. 
Bizim dünya ilə praktiki qarşılıqlı fəaliyyətimiz gedişində bizdən asılı olmayaraq təbiətdə baş 
verən proseslərə nəzər sala bilərik. Burada keyfiyyət dəyişikliyi ilə bağlı olan proseslər baş verir, 
predmetlərin mürəkkəbləşməsi prosesi gedir, daha sadə obyektlərdən daha mürəkkəb obyektlərin 
vəziyyəti yaranır. Predmetlərin keyfiyyətinin dəyişməsi ilə, yeni keyfiyyət vəziyyətinin meydana 
gəlməsi ilə bağlı olan proseslər - əvvəlki keyfiyyət vəziyyətində gizli qalan, açılmayan potensial 
imkanların açılması – 
inkişaf kimi
xarakterizə olunur. İnkişaf prosesi – quruluşun əvvəlki, sistem 
əsasında yaranan yeni tiplərinin, yeri sistemlərin formalaşmasına istiqamətlənən bir keyfiyyətdən 
digərinə keçiddir. İnkişaf prosesi haqqında “Dialektika” bölməsində danışılacaqdır. Burada 
inkişaf 
prosesinin iki müxtəlif növlərini 
ayırmaqla kifayətlənəcəyik. Birinci növ müxtəlifliyi – 
materiyanın müvafiq növləri, onun quruluşunun müəyyən səviyyəsinə çərçivəsində, başverən 
keyfiyyət dəyişikliyi prosesidir. İkincisi-bir keyfiyyətdən digərinə keçid prosesləridir. Cansız 
təbiətdə inkişafın birinci növ müxtəlifliyinə ulduzların təkamülü nümunə kimi qeyd oluna bilər. 
Materiyanın inkişafını bu növ müxtəlifliyi ilə yanaşı ikinci növ müxtəlifliyini də - materiyanın 


18 
bir səviyyəsi üçün xarakterik olan keyfiyyət vəziyyətindən materiyanın quruluşunun 
digər 
səviyyəsinin
keyfiyyət vəziyyətinə keçidlə bağlı olan – ayırmaq olar. Atomların elementar 
hissəciklərindən və molekullardan formalaşan, qeyri-üzvi təbiətdən quruluşun bioloji səviyyəsinə 
keçid, insan və onun ictimai həyatının qurulması – bütün bunlar materiyanın quruluşunun 
səviyyəsinin mürəkkəbləşməsi ilə materiyanın quruluşunun yeni səviyyələrinin, yeni növlərinin 
meydana gəlməsi ilə müşaiyət olunan inkişafın nümunəsidir. 
Materiyanın formasının ierarxiyasına müvafiq olaraq onun 
hərəkətinin keyfiyyətcə müxtəlif 
formaları 
mövcuddur. Materiyanın hərəkətinin formaları və onların qarşılıqlı əlaqələri haqqında 
ideyanı F.Engels irəli sürmüşdür. Hərəkətin formalarının təsnifatının əsasında o aşağıdakı 
prinsipləri irəli sürmüşdür: 1) hərəkətin formaları materiyanın quruluşunun müəyyən maddi 
səviyyəsi ilə əlaqəlidir, yəni bu quruluşun hər bir səviyyəsinə öz hərəkət forması uyğun gəlməlidir. 
2) hərəkətin formaları arasında genetik əlaqə mövcuddur, yəni hərəkətin forması aşağı formanın 
əsasında yaranır; 3) hərəkətin ali forması keyfiyyətcə spesifikdir və aşağı formaları ilə bərabər-
ləşdirilə bilməz. 
Bu prinsiplərdən çıxış edərək və öz dövrünün elmlərinin nailiyyətlərinə əsaslanaraq F.Engels 
materiyanın hərəkətinin
beş formasını: mexaniki, fiziki, kimyəvi, bioloji və sosial formaları – 
ayırmış və onların aşağıdakı təsnifatını vermişdir. F.Engels “Təbiətin dialektikası” əsərində 
hərəkətin beş əsas formasını bir-birindən fərqləndirir: 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə