2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə17/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   13   14   15   16   17   18   19   20   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

 
 
 
3-Ekoloji problemlərin, sosial-fəlsəfi və etik-humanist 
aspektləri 
 
İnsanın təbiətdən, təbii ətraf mühitdən asılılığı bəşər tarixinin bütün mərhələlərində 
olmuşdur, lakin o heç vaxt daimi olmamış dialektik ziddiyyət şəklində dəyişmişdir. Bir tərəfdən, 
cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı ilə, insanın təbii yaşayış mühiti ilə qarşılıqlı 
münasibətinin necə olması ilə onların yaratdıqları «ikinci təbiət» daha sıx istifadə olunurdu, insan 
özünü təbiətdə kortəbii baş verən hadisələrdən qorumalı olurdu. Geyimin təkmilləşdirilməsi, 
istiləşdirilən və süni şəkildə soyudulan mənzillərin yaradılması, seldən qoruyan torpaq bəndlərin, 
seysmik cəhətdən dözümlü binaların tikilməsi - bütün bunlar və bir çox digər tikililər yalnız 
yaşayış üçün əlverişli şərait yaratmır, həm də Yer kürəsində yeni ərazilərin, indi isə hətta 
kosmosun mənimsənilməsi sahəsində xeyli işlər görülməsinə gətirib çıxardı. İnsanın təbiətdən 
asılılığını zəiflədən bu proseslərlə yanaşı məhsuldar qüvvələrin inkişafı ilə digər meyllər də sıx 
bağlı idi. İnsanın fəaliyyət orbitinə durmadan artan yeni proseslər cəlb olunur, insanın təbiətdən 
istifadəsi genişlənir, onun ətraf təbiətlə əlaqələri daha da rəngarəng olur. Tutaq ki, dəmirdən 
istifadə etməyi öyrənən insanlar təbiətlə qarşılıqlı münasibətlərində öz qüdrətlərini kəskin şəkildə 
artırmışdırlar. Bununla yanaşı vaxt keçdikcə sivilizasiyanın öz inkişafı planetdə olan dəmir fılizi 
ehtiyatlarından, onların axtarışından və istifadəsindən asılı vəziyyətə düşür. Digər bir nümunəyə 
nəzər salaq. Kömur və neft uzun illər yalnız sırf yanacaq-enerji ehtiyatı kimi istifadə olunmuşdur, 
yəni sadə dillə desək onları yandırmışlar. Lakin sonralar insanlar kömür və nefti yandırmaqla 
yanaşı, həm də onlarda xeyli sayda istifadə olunan məhsullar əldə etməyə başladılar. - belə ki, 
müasir neft kimyası səkkiz mindən çox müxtəlif təyinatlı məhsul növü əldə edir. Bu cür nümunəni 
sonsuz sayda artırmaq olar və onların hər biri insanın təbiətdən getdikcə artan asılılığını 
göstərəcəkdir. Bizim günlərdə bu asılılıq çox vaxt olduqca dramatik şəkildə aşkar olunur. belə ki, 
təsərrüfat fəaliyyəti üçün zəruri olan bir çox ehtiyat növlərinin tətbiq olunma miqyası, eyni 
zamanda bəşəriyyətin yaşaması rçün ondan istifadə olunması planetdə olan bu ehtiyatların tükən-
məsinə gətirib çıxartmışdır. Təbii ehtiyatlardan öz gücünü getdikcə artıran texniki vasitələrdən 
istifadə etməklə geniş istifadə edən insan öz sivilizasiyasının inkişaf şəraitini və bioloji növ kimi 
öz inkişafını xeyli yaxşılaşdırmışdır. Ancaq təbiəti «fəth edən» bəşəriyyət öz həyat fəaliyyətinin 
təbii əsaslarını əhəmiyyətli dərəcədə laxlatmışdır. Məlumdur ki, məsələn, son 500 il ərzındə 
insanın iştirakı ilə Yer kürəsini örtən meşələrin 2/3 hissəsi məhv edilmişdir. Biosferaya ən güclü 
təsir XIX əsrin sonlarından başlayaraq, xüsusən də, XX əsrdə vurulmuşdur - sənaye istehsalının 
genişlənməsi təbiətə vurulan zərbə hesabına aparılmışdır. Bir tərəfdən bunlar əhəmiyyətli dərəcədə 
xeyir gətirmişdir. Son 100 ildə bəşəriyyət enerji ehtiyatlarını min dəfə artırmışdır. İnkişaf etmiş 
ölkələrdə məhsul və xidmətin həcmi hər 15 ildən bir iki dəfə artır və bu vaxtın aşağı düşməsi meyli 
özünü göstərməkdədir. Lakin bununla yanaşı təsərrüfat fəaliyyətinin tullantıları da müvafıq olaraq 
iki dəfə çoxalır, bu da ətraf mühiti, atmosferi, su mənbələrini, torpağı korlayır. Müasir istehsal 
təbiətdən 100 ədəd mal götürüb onun yalnız 3-4 dənəsini istifadə edir, yerdə qalan 96 ədəd tullantı 


26 
şəklində yenidən təbiətə atılır. Sənaye cəhətdən inkişaf etmiş ölkələrin hər bir sakini il ərzində 
təbiətdən təqribən 30 ton mal götürür, onun yalnız 1-1, 5 faizi istehlak forması kəsb edir, qalanı 
isə yenidən təbiətə atılır, bu isə çox vaxt bütövlükdə təbiətə görülməz dərəcədə ziyan vurur. 
Nəticədə biosferanın özü-özünü təmizləməsi xeyli aşağı düşmüşdür, o, insanın atdığı tullantıdan 
artıq özünü təmizləyə bilmir. Bütün bunlar Yer kürəsi ətrafında karbon qazı təbəqəsinin 
yaranmasına gətirib çıxarmışdır yaxın gələcəkdə bizim mavi səma görünməz hala düşə bilməsi 
təhlükəsi qarşısındadır: enerji balansının pozulması, temperaturun tədricən istiləşməsi bu gün 
məhsuldar hesab olunan regionlarda quraqlığa gətirib çıxara bilər, buzla örtülü okeanlarda buzun 
əriməsi nəticəsində suyun səviyəsinin qalxması sahil ölkələrin və şəhərlərin suyun altında qalması 
təhlükəsi ilə üzləşə bilər. Oksigen balansının pozulması təhlükəsi, Dünya okeanın çirklənməsi kimi 
meyllər ekoloji problemlərin qlobal xarakter daşıdığını göstərir. Bütün bunlar adamların 
sağlamlığına mənfı təsir göstərir, onların əməyinin məhsuldarlığı aşağı düşür yaradıcılq fəallığı 
zəifləyir, torpaqların məhsuldarlığını saxlamaq üçün kapital qoyuluşunun miqdarının artırılması, 
su mənbələrinin təmizlənməsi zəruri hal kimi qarşıya çıxır. Ətraf mühitin çirklənməsi, ayrı-ayrı 
dərmanlara dözümlü olan mikrobların artması, qəbul edilən qidanın ekoloji cəhətdən təmiz 
olmaması insanlara mənfı təsir göstərir. Nəticədə anadangəlmə çatışmamazlıqlarla doğulan 
uşaqların sayı durmadan artır, irsi xəstəliklər çoxalır, xronoloji xəstəliklər, mənşəyi məlum 
olmayan xəstəliklər baş alıb gedir. Ekoloji böhranın artması buna bais olan insanların özləri üçün 
daha acınacaqlıdır. Vəhşi heyvan və bitki növlərinin bir çoxunun məhv olması, xəstə doğulan 
uşaqların sayının durmadan artması ekoloji problemi kəskin şəkildə qoymuşdur.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə