2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə18/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   14   15   16   17   18   19   20   21   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Ekologiya nədir?
1866-cı ildə ilk dəfə alman bioloqu E. Henkel tərəfindən işlədilən bu 
terminlə canlı orqanizmin ətraf mühitlə qarşılıqlı münasibəti haqqında elm başa düşülür. Alim belə 
güman edirdi ki, yeni elm yalnız heyvanlar və bitkilərin yaşadıqları mühitlə qarşılıqlı əlaqələri ilə 
məşğul olacaqdır. Bu termin XX əsrin 70-ci illərində bizim həyatımıza daha möhkəm daxil oldu. 
Bu gün biz ekoloji problemlərdən faktiki olaraq ictimai ekologiya kimi - cəmiyyət və ətraf mühitin 
qarşılıqlı fəaliyyəti problemini öyrənən elm kiıni danışırıq. Ekoloji problemi daha yaxşı anlamaq 
üçün onun ayrı-ayrı təriflərinə nəzər salaq. İlk növbədə ekoloji fəaliyyət deyərkən nəyin nəzərdə 
tutulduğunu izah edək. Ekoloji fəaliyyət cəmiyyətin təbiətə olan fəallığının spesifik təzahürü kimi 
özünü təqdim edir. İstənilən münasibətin spesifikası bu münasibədərdə iştirak edən tərəflərlə 
şərtlənir. İndiki halda münasibətlərin xüsusiyyəti həm cəmiyyətlə, həm də təbiətlə müəyyən 
olunur. Düzdür aparıcı rol ictimai tərəflərə məxsus olsa da bu qarşılıqlı münasibətdə təbiət 
tərəfinin fəallığını, onun tarixi proseslərə təsirini inkar etmək səhv olardı. Bu fəallıq iki səbəbdən: 
ya təbiət daxili ziddiyyətlərinin inkişafı nəticəsi kimi, ya da cəmiyyətin fəallığına cavab reaksiyası 
kimi - birinin nəticəsi kimi çıxış edir.
Ekoloji ziddiyyət
məsələsinin təhlilinə də diqqət yetirmək yaxşı olardı. İstənilən qarşılıqlı 
fəaliyyətdə ziddiyyət var, burada tərəflər nisbətən sabitdirlər, sərbəstdirlər, əks istiqamətdə 
fəaliyyət göstərirlər, bir-birini istisna edir, öz aralarında mübarizə aparır, eyni zamanda bir-biri ilə 
qarşılıqlı əlaqədə olur, bir bütövlük təşkil edirlər. Deyilənlər tam mənada ekoloji ziddiyyətin 
inkişaf prosesi kimi çıxış edən cəmiyyət və ətraf mühitin qarşılıqlı fəaliyyətinə aiddir. Cəmiyyətin 
formalaşması prosesində cəmiyyət və ətraf mühit arasında ekoloji ziddiyyətin yaranması baş verir. 
Əvvəlcə, bütün başda dialektik ziddiyyətlər kimi o fərqli formada çıxış edir. Bu başlanğıc onunla 
xarakterizə olunur ki, təbiət hələ tarixin gedişi ilə öz formasını dəyişmişdir və adamlar təbiətə 
heyvan kimi münasibət bəsləyirlər. Ekoloji ziddiyyət özünün sonrakı inkişafında müxtəlif hallar 
yaşayır, hətta bu hal ekoloji böhran kimi də təzahür edir. Ekoloji ziddiyyətin xüsusiyyəti onunla 


27 
müəyyən olunur ki, iki keyfiyyətcə müxtəlif tərəflər, müxtəlif səviyyədə təşkil olunan tərəflər 
qarşılıqlı fəaliyyətdə olur. Ona görə də bu ziddiyyətə nə son dərəcə sosial, ictimai, nə də son dərəcə 
təbii kimi baxmaq olmaz, belə ki, hər iki tərəfə qibtəediləcək fəallıq xasdır.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə