2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə26/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   22   23   24   25   26   27   28   29   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

 
*** 
1-Antik yunan fəlsəfəsi 
 


35 
Antik fələsəfə eramızdan əvvəl VII-VI əsrlərdə meydana gəlmiş, eramızm V-VI əsriərinə 
qədər davam etmişdir. Bu fəlsəfədə gələcək dünyagörüşünün bütün tipləri rüşeym halında mövcud 
olmuşdur. Qədim dovr fəlsəfəsi özünün klassik inkişaf formasına Antik ölkələr adı ilə tanınmış 
Yunanıstan və Roma quldar dövlətlərində çatmışdır (latın dilində «antiqus» - «qədim» deməkdir). 
Antik fəlsəfə o zaman mövcud olan elmi biliklər əsasında qərarlaşmışdir. Antik ölkələrdə də 
fəlsəfə bütün bilik sahələrini əhatə edirdi. 
 
İlk yunan filosofları Milet məktəbinin nümayəndələri idi. Milet məktəbinin nümayəndələri 
Fales, Anaksimandr, Anaksimen olmuşlar. 
Milet məktəbinin əsasını Fales (e.ə. 640-562) qoymuşdur. O, fəlsəfədən başqa, astronomiya, 
həndəsə, riyaziyyatla da məşğul olmuş, öz müşahidələrinə əsaslanaraq 28 may 585-ci ildə Günəşin 
tutulacağını əvvəlcədən xəbər vermişdi. 
Fales hər şeyin əsasını suda görürdü. O belə hesab edirdi ki, bütün mövcudat sudan yaranır, 
istər üzvi və istərsə də qeyri-üzvü aləmi sudan kənarda təsəvvür etmək mümkün deyil. Fales 
deyirdi ki, Günəş də, ulduzlar da suyun buxarlanmasından qidalanırlar. Deməli, hər şey sudan 
yaranır. Fales belə hesab edirdi ki, suyun özünda inkişaf imkanları vardır. Dünyada hər şey suyun 
qatılaşması və parçalanması nəticəsində meydana gəlir. 
Milet məktəbinin ikinci ən böyük nümayəndəsi Anaksimandr (e.ə. 611-546) idi. 
Anaksimandr Falesin tələbəsi olmuş, sadəlövh materializmə meyl etmiş, fəlsəfə ilə yanaşı 
təbiət elmləri, xüsusilə də astronomiya ilə məşğul olmuşdur. Anaksimandrda heliosentrik 
baxışların rüşeyminə rast gəlirik. O deyirdi ki, Yer daimi, əbədi fırlanma hərəkətinə malikdir. 
İstinin, soyuğun mənbəyini bu hərəkətdə axtarmaq lazımdır. 
Anaksimandr ilkin başlanğıcı, dünyanın əsasını konkret forması olmayan "Apeyron" 
adlandırılan substansiyada görür, onu əbədi, sonsuz varlıq hesab edirdi. O, Milet məktəbinin 
sadəlövh materialist ən"ənələrini davam etdirmidir. 
Milet məktəbinin üçüncü görkəmli nümayəndəsi Anaksimen (e.ə. 585-524) Falesin və 
Anaksimandrın tələbəsi olmuş, onların tə"limlərini əsaslandırmış və inkişaf etdirmişdir. 
Anaksimen havanı hər şeyin başlanğıcı hesab edirdi. O deyirdi ki, hər şey havadan yaranır və son 
nəticədə havaya çevrilir. 
Milet məktəbi dünyaya olan materialist baxışların inkişafında xüsusi rol oynamış və 
bəşəriyyətin fəlsəfi fikrinin tərəqqisinə böyük tə"sir göstərmişdir. 
Eleya məktəb e.ə.VI-V əsrlərdə fəaliyyət göstərmişdir. Onun yaranması və inkişafı 
Ksenofan, Parmenid və Zenonun adı ilə bağlıdır. Eley məktəbi nümayəndələrinə görə varlıq 
anlayışının məzmununa üç xüsusiyyət daxildir: a) varlıq mövcuddur, vardır, qeyri-varlıq, yoxluq 
ısə mövcud deyildir, yoxdur; b) varlıq vahiddir, bölünməzdir, təkdir; v) varlıq dərkolunandır, 
qeyri-varlıq, yoxluq isə dərkolunmazdır, o zəka üçün yoxdur, çünki o, mövcud deyildir. 
Ksenofanın (e.ə. 565-470) fəlsəfi düşüncələri öz əksini "Kolofonun əsasları", "Eleyə çıxış" 
adlı əsərlərində tapmışdır. Onun tə"limi dünyanın meydana gəlməsi və inkişafı məsələlərinə həsr 
olunmuşdur. Bununla birlikdə o, Allahın varlığını inkar etmir, dünyanın idarə olunmasında onun 
rolunu xüsusi vurğulayırdı. Ksenofanın fikrincə, vahid Allah hər şeyi görür, hər şeyi başa düşür 
və hər şeyi eşidir. O, hərəkət etmir, məkanda yerini dəyişmir, öz fıkri ilə bütün dünyanı lərzəyə 
gətirir.
Eley məktəbinin digər nümayəndəsi Parmenid (e.ə. 540-470) fəlsəfi düşüncələrini "Təbiət 
haqqında" əsərində şərh etmişdir. Onun fəlsəfəsinin mahiyyətini varlıq haqqında tə"lim təşkil edir. 
Parmenid israr edirdi kl, varlıq təkcədir, dünyada ondan başqası yoxdur, varlıq olmayan şey 
mövcud deyildir. O, varlığın hər hansısa bir qüvvə tərəfindən yaradıldığını inkar edir və onun 


36 
əbədiliyini təsdiqləyirdi. Bu onu göstərir ki, Parmenid materializmə meyl göstərirdi. O, varlıq 
haqqında danışanda həm, də deyirdi ki, varlıq dəyişməzdir, sükunətdədir. Parmenid varlığın 
hərəkət və inkişafını tamamilə inkar edərək göstərirdi ki dünyada mövcud olan nə varsa, hamısı 
varlıqdır, varlıq məkanı tamamilə doldurduğu üçün hərəkət mümkün deyildir. Parmenid belə hesab 
edirdi ki, insanlar hissi idrak vasitəsilə predmetlər, şeylər haqqında fikir, mülahizə yaradır, lakin 
varlığın əsl mahiyyətini dərk edə bilmirlər, onların mahiyyətini rasional idrak vasitəsilə öyrənirlər.
Zenon (e.ə. 490-430) varlığın vəhdəti və bütövlüyü fıkrini qəbul edir, lakin onun 
dəyişkənliyi prinsipini rədd edirdi. Zenonun fikrincə, hər şeyin başlanğıcı olan varlıq təkdir, 
hərəkətsizdir. O, hiss üzvləri vasitəsilə deyil, əql vasitəsilə dərk olunur. Onun fikrincə, hissi idrak 
həll edilməz ziddiyyətlərə aparıb çıxarır, buna görə də onun vasitəsilə gerçəkliyi dərk etmək 
mümkün deyil. Zenon bu ziddiyyətləri aporiyalar adlandırırdı.
Qədim Yunan atomistlərin fəlsəfi baxışları. Yunan fəlsəfəsinin ən böyük nailiyyətlərindən 
biri də Levkipp və Demokritin atomistik materializmi idi. Bu fəlsəfə özünün atomistik 
konsepsiyası ilə antik dövr fəlsəfəsinin ən zirvəsinə qalxdı. Yunan materializminin və 
atomistikasının ən görkəmli nümayəndəsi Demokrit (e.ə. 460-370) olmuşdur. O, Levkippin 
tələbəsi olmuş, dünyanı gəzmiş, İranda, Hindistanda, Babilistanda, Misirdə, Efiopiyada olmuşdur. 
Demokrit öz əsərlərində fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, biologiya, tibb, ictimai həyat, 
pedaqogika, psixologiya, etika, fılologiya, ritorika, incəsənət nəzəriyyəsi, texniki və hərbi 
idarəetmə məsələlərinə də toxunmuşdur. Demokrit dünyanı atomlardan və boşluqdan ibarət olan 
əbədi, sonsuz, tükənməz obyektiv reallıq adlandırırdı. Onun ən böyük xidməti öz sələfi Levkipp 
ilə birlikdə, materiyanın atom quruluşu konsepsiyasını yaratmasından ibarət idi. Demokrit deyirdi 
ki, materiya boşluqda, əbədi hərəkətdə və sonsuz sayda olan atomlardır, (yunan dilində "atomos"- 
bölünməz deməkdir). Lakin o, atomu onun materiyanın ayrı-ayrı növləri və formaları ilə 
eyniləşdirirdi, belə hesab edirdi ki, atomlar bölünməzdir, dəyişməzdir və keyfiyyət cəhətdən 
yekcinsdir. Onlar yalnız kəmiyyətinə görə bir-birindən fərqlənirlər. Demokrit atomları varlıq 
adlandırır, boşluğu isə qeyri-varlıq hesab edirdi. Demokrit Kainatın sonsuzluğu, məhvedilməzliyi, 
heç bir qüvvə tərəfindən yaradılmadığı, sonsuz dərəcədə çoxlu dünyaların mövcudluğu haqqında 
bütöv bir tə"lim yaratmışdı. 
Demokritin hərəkət haqqında tə"limi də xüsusi əhəmiyyət kəsb edirdi. O belə hesab edirdi 
ki, atomlar boşluqda hərəkət edən zaman bir-biri ilə toqquşur və bunun nəticəsində onlar 
birləşirlər, bu birləşmədən də son nəticədə bizi əhatə edən şeylər, predmetlər meydana gəlir. Bu 
hərəkət əbədidir, "onun nə əvvəli var, nə axırı". Demokrit bu hərəkəti və inkişafı zərurət adlandırır, 
təsadüflərin bir obyektiv hadisə kimi mövcudluğunu isə inkar edirdi. Onun fikrincə, hər şey 
zərurətdən meydana gəlir. Demokrit hərəkəti inkişafın əsas mənbəyi hesab edir, lakin onu 
atomların məkan daxilində yer dəyişməsi kimi başa düşürdü. 
Demokritin cəmiyyət haqqında tə"limi də xüsusi maraq doğurur. Onun fikrincə, cəmiyyətin 
inkişafı insanların öz adi həyat tələbatlarını ödəməyə çalışmaları ilə əlaqədardır. Demokrit yunan 
quldarlıq demokratiyasının tərəfdarı idi. O, polisləri (şəhər-dövlət) qədim yunan quldarlıq 
demokratiyasının əsas dövlət forması hesab edirdi. Bütün bunlarla yanaşı, Demokrit quldarlıq 
cəmiyyətini ideallaşdırır, qulların hər cür ictimai və siyasi hüquqlardan məhrum olunmasını 
qanunauyğun hesab edirdi.
Klassik dövr fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri olan Sokrat (e.ə. 469-399) 
qədim dünyada hikmətlilik təcəssümü, müdriklik nümunəsi kimi tanınmışdır. Buna baxmayaraq, 
o, özünü müdrik hesab etmirdi. Sokrat deyirdi ki, mən yalnız müdrikliyi sevən filosofam, "yalnız 


37 
onu bilirəm ki, heç bir şey bilmirəm". Sokrat fəlsəfədə idealizm mövqelərindən çıxış edərək 
deyirdi ki, "dünyanı hər şeyə qadir, hər yerdə mövcud olan, ən böyük Allah yaratmışdır". Onun 
fikrincə, dünyanın əsası, onun mahiyyəti "ruhi prinsip"dən ibarətdir. Sokrat fəlsəfəsinin əsasını 
insan problemi təşkil edirdi, onun mərkəzində isə insanın icmaya, cəmiyyətə, qanuna, allahlara 
münasibəti dururdu. Sokratın fıkrincə, fəlsəfə insanın dərk edilməsinə həsr olunmalıdır, bunun 
üçün, birinci növbədə gərək "insan özü-özünü dərk etsin". Sokratın fikrincə, öz-özünü dərk insanın 
öz daxili dünyasını dərk etməsi deməkdir.
Sokratın insan haqqındakı fəlsəfi düşüncələrində əsas məsələlərdən biri də xeyirxahlıq və 
onun mahiyyəti haqqındakı fikirləridir. Onun nöqteyi-nəzərincə, xeyirxahlıq çox yüksək əxlaqi 
keyfiyyətdir. Xeyirxah insan səbrli, qeyrətli və ədalətli olur. Xeyirxah olmayan insan bu 
keyfiyyətlərə malik ola bilməz. Sokratın fikrincə, həqiqi mə"nəvi kamillik xoşbəxtliyi, gözəlliyi, 
eyni zamanda, insan üçün xeyirli olanları bilmək deməkdir. Bunları dərk etmək insana öz 
xoşbəxtliyinə nail olmaqda kömək edir. Sokrat belə hesab edirdi ki, xeyirxahlığa gerçəkliyi və öz-
özünü dərk etmək qabiliiyyətinə malik olan nəcib və alicənab insan nail ola bilər. Sokrat yaşadığı 
dövrün və mövcud hakimiyyətin qanunsuzluqlarına və ədalətsizliklərinə qarşı həmişə öz kəskin 
e"tirazını bildirirdi. Onu düşündürən başlıca məsələ qanunlara ciddi əməl edilməsi və dövlətin 
bacarıqla idarə olunması məsələsi idi. Sokrat belə hesab edirdi ki, dövlətə təcrübəli, səriştəli 
adamlar rəhbərlik etməlidir. O, dövlət başçısını gəmi kapitanı ilə müqayisə edərək deyirdi ki, 
gəmini müəyyən biliyə, təcrübəyə və vərdişlərə malik olan adamlar idarə edə bildiyi kimi, dövləti 
də bu kimi adamlar idarə etməlidirlər. Sokrat özü aristokratiya dövlət hakimiyyəti formasının 
tərəfdarı idi. Sokrat gənclərin tərbiyəsini pozmaqda, allahsızhqda, naturfəlsəfə ilə məşğul olmaqda 
ittiham edilərək e.ə.399-cu ildə ölüm hökmünə məhkum edilmişdir.
Antik yunan fəlsəfəsinin klassik dövrünün şöhrət tapmış filosoflarından biri olan Platonun 
(e.ə. 427-347) fəlsəfi yaradıcılığının formalaşmasına pifaqorçuların, Heraklitin və Sokratın güclü 
tə"siri olmuşdur. O, Afinada özünün şəxsi fəlsəfi məktəbini yaradaraq onu Akademiya adlandırdı. 
So 
Platon fəlsəfədə obyektiv idealizm mövqeyindən çıxış etmişdir. Onun obyektiv idealizm 
tə"limində demək olar ki, keçmiş idealist tə"limlərin bütün elementləri öz əksini tapmışdı. Platon 
fəlsəfəsi idealizmin inkişafının yüksək pilləsi kimi qiymətləndirilir. Onun fikrincə, bizi əhatə edən 
və hiss üzvlərimiz vasitəsilə dərk etdiyimiz maddi aləm ancaq "kölgədir", o, ideyalar aləmindən 
yaranmışdır. İdeya birincidir, maddi aləm ikinci. Maddi aləmin bütün predmetləri, təzahürləri 
keçicidir, meydana gəlir, məhv olur və dəyişir. Buna görə də onlar əsl mə"nada varlıq adlana 
bilməzlər, ideyalar isə dəyişməzdir, hərəkətsizdir və əbədidir. Ona görə, Platon ideyaları gerçək 
varlıq hesab edir. Onun fikrincə, ideyalar əsl mahiyyətdir, onlar maddi dünyadan asılı deyillər, 
obyektiv xaraklerə malikdirlər. Daha sonra o qeyd edirdi ki, hiss ilə qavranılan aləm, hisslərdən 
yüksəklikdə duran ideyaların solğun izləridir, gölkələridir. Platonun əsərlərində zəngin dialektik 
fikirlərə rast gəlmək olar. 
Platonun sosioloji baxışları, dövlətin meydana gəlməsi haqqındakı fikirləri də xüsusi maraq 
doğurur. Onun fikrincə, insanlar öz ehtiyaclarını ödəyə bilmədikləri üçün dövləti yaradırlar. O belə 
hesab edirdi ki, "ideal dövlət" 3 sosial qrupun birliyindən meydana gəlir: idarə edənlər - filosoflar; 
ölkəni qoruyanlar, onun təhlükəsizliyini tə"min edənlər - əsgərlər; istehsalçılar - əkinçilər və 
sənətkarlar. Platon "ideal dövlətin" idarə formalarını 2 yerə bölür: münasib dövlətforması- burada 
Platonaristokratik respublikanı nəzərdə tutur, o, monarxiyanın əleyhinə olmuşdur; reqressiv – 
tənəzzülə uğrayan dövlət forması-bu hərbi qüvvəyə əsaslanan bir neçə şəxsin hakimiyyətidir-belə 


38 
hakimiyyət forması demokratiya adlanır. Qədim Yunanıstanda demokratiya idarə forması 
eramızdan əvvəl V və VI əsrbrdə Sparta dövlətində olmuşdur. Demokratiyadan bir qədər aşağı 
olan dövlət formasını Platon oliqarxiya adlandırır. Bu ticarətçilərə arxalanan bir neçə şəxsin 
hakimiyyətidir. O, demokratik dövlət formasının əleyhinə olmuş, onu qara camaatın, qədirbilməz 
xalqın, qaniçən zalımların hakimiyyəti hesab edirdi. 
Qədim yunan fəlsəfəsinin klassik mərhələsinin ən görkəmli nümayəndəsi Aristoteldir.
Aristotel fəlsəfənin ən mühüm məsələlərindən biri olan ontologiyaya xüsusi diqqət yetirmiş 
və hər cür varlığın əsasını "birinci materiyada" görmüşdü. Lakin o bu materiyanı varlıqla 
qarışdırmır, onunla eyniləşdirmirdi, hətta onu konkret varlığın sadə, tərkib hissəsi belə hesab 
etmirdi. Onun fikrincə, bu "birinci materiyanın" ən sadə müəyyənliyi dörd elementdən ibarətdir: 
od, hava, su və torpaq. Bu dörd ünsür hiss ilə qavranıla bilməyən "birinci materiya" ilə, hiss üzvləri 
ilə qavranılan və real surətdə mövcud olan aləm arasında müəyyən keçid pilləsidir. Aristotel 
yazırdı ki, hiss ilə qavranılan şeylərdə bir-birinə zidd olan iki mahiyyəti fərqləndirmək lazımdır. 
Bunlar istidən və soyuqdan, yaşdan və qurudan ibarətdir. Aristotelə görə, bu mahiyyətlərin dörd 
əsas üzrə birləşməsi, dörd əsas elementin meydana gəlməsini tə"min edir: od istinin və qurunun; 
hava istinin və rütubətin; su soyuğun və rütubətin; torpaq isə soyuğun və qurunun birləşməsi 
nəticəsində yaranmışdır. Bu dörd element, real surətdə mövcud olan və hiss ilə qavranılan şeylərin 
əsasını təşkil edir. Hiss ilə qavranılan bu şeylər həmin elementlərin kombinasiyalarının, qarşılıqlı 
təsirinin nəticəsidir. 
Aristotel idrak nəzəriyyəsində hissi idrakı idrakın əsas və tarixən birinci səviyyəsi hesab 
edirdi. O deyirdi ki, insan konkret varlığı - birinci mahiyyəti, ayrı-ayrı şeyləri hiss üzvləri vasitəsi 
ilə, konkret gerçəkliyin ümumi qanunauyğunluqlarını isə əql vasitəsi ilə dərk edir. Filosof idrakı 
inkişafda olan bir proses kimi xarakterizə edir, onun aşağı pillədən yüksək pilləyə doğru 
yüksəlməsini göslərirdi. Aristotel fəlsəfəsində idrakın bu inkişaf mərhələləri aşağıdakılardan 
ibarətdir: duyğu, təsəvvür, təcrübə, incəsənət və elm. Elm - bu inkişafın ən yüksək zirvəsidir. 
Aristotelin əsərlərində məntiq problemi də mühüm yer tutur. O, məntiqi elmi idrakın silahı 
hesab edirdi. Məhz buna görə də özünün məntiqə dair ən böyük əsərini "Orqanon" (silah) 
adlandırmışdır. Aristotel bir elm kimi, məntiqin nəzəri əsaslarını işləyib hazırlamışdır. 
Aristotelin cəmiyyət və dövlət haqqındakı fikirləri onun "Siyasət" adlı traktatında şərh 
olunmuşdur. Filosofun sosial baxışlarında nəzər-diqqəti cəlb edən məsələlərdən biri də insanın 
ictimai varlıq kimi xarakterizə edilməsidir. O, quldarlıq quruluşunun ardıcıl müdafıəçilərindən biri 
idi. Aristotel quldarlığı cəmiyyətin təbii vəziyyəti hesab edirdi. Onun fikrincə, birinin tabelikdə 
olması, digərinin isə hökmranlıq etməsi əvvəlcədən müəyyən edilmişdir. Biri anadangəlmə qul 
olur, digəri isə quldar. Aristotel quldarlıq cəmiyyətini "əbədiləşdirsə"də başa düşürdü ki, getdikcə 
bu cəmiyyətin böhranı başlayır. Ona görə də o, həddindən artıq varlanmanın əleyhinə çıxır və belə 
hesab edirdi ki, bu, cəmiyyətdə tarazlığı pozur. 
Aristotelin fikrincə, insan cəmiyyəti 3 sinifdən ibarət olmalıdır: ən çox varlılar, orta sinif, 
son dərəcə kasıblar - azad sənətkarlar, əlmuzdu işləyənlər. Onun fikrincə, dövlətin əmin-amanlığı 
üçün ən sərfəli orta sinifdir. Aristotel dövlətin 3 münasib idarə formasından danışışır, onları 
monarxiya, aristokratiya və politeya adlandırırdı. Aristotel dövlətin vəzifəsini aşağıdakılardan 
ibarət hesab edirdi: vətəndaşların həddindən artıq varlanmasının qarşısmı almaq; şəxsiyyətin siyasi 
hakitniyyətinin həddindən artıq güclənməsinə imkan verməmək; qulları itaətdə saxlamaq. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə