2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


  2-Avropanın orta əsrlər və intibah dövrü fəlsəfəsi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə27/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   23   24   25   26   27   28   29   30   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

 


39 
2-Avropanın orta əsrlər və intibah dövrü fəlsəfəsi 
 
Öz dövrü üçün fəlsəfə hansısa rentgen cihazı rolunu oynayır, onun şüaları şeylərin və 
hadisələrin əlçatmaz məğzinə daxil olur, dərindən və diqqətlə gizlənən “niyə?” və “ nə üçün?”ü 
bütün başlanğıc və əksliklərin – təbiətdə, insanın xarakterində və onun özünə oxşar olanlarla (heç 
olmasa xaricən) ünsiyyətində - qarşılıqlı fəaliyyətinin qanunauyğunluqlarını əks etdirir. Hər bir 
araşdırıla bilən dövrün öz filosofları olmuşdur, onlar peşəkar obyektivliklə öz müalicə 
diaqnozlarını – bəzən geniş traktatlarla, bəzən isə hər hansı söylədikləri bir ifadə ilə qoymuşlar. 
Buna görə, ola bilsin fəlsəfədə müəyyən ənənə yaranmışdır, ancaq bunları təsadüf hesab etmək 
olmaz. Filosoflar heç də həmişə lazım olan kimi hərəkət etmirlər, ancaq həmişə necə hərəkət etmək 
lazım olduğunu bilirlər. 
Nəzərdən keçirdiyimiz dövrdə Qərbi Avropa dövlətlərində Roma-katolik kilsəsi aradan çıxan antik 
mədəniyyət və yeni yaranan orta əsrlər feodal mədəniyyəti arasında əlaqələndirici həlqə oldu. 
Ruhanilər intellektual təhsil üzərində monopoliyanı ələ keçirdilər. Bu cür monopoliyalar ilk 
növbədə monastrlarda və din xadimləri hazırlayan monastr məktəblərində həyat keçirildi. Orta 
əsrlər fəlsəfəsinin adı - sxolastika - da buradan yaranmışdır. Bu dövr fəlsəfəsinin vəzifəsi 
gerçəkliyi tədqiq etmək deyil, inamın elan etdiyi nə varsa hamsının həqiqi sübutunun səmərəli 
yolunu axtarmaq olmuşdur. Burada sxolastikanın vəzifələrini: - 1. əqlin köməyi ilə həqiqi inama 
asanlıqla daxil olmaq və bununla onun məzmununu insanın düşünən ruhuna yaxınlaşdırmaq; 2. 
fəlsəfi metodların köməyi ilə dini və teoloji həqiqətə sistemli forma vermək; 3. fəlsəfi 
arqumentlərdən istifadə edərək müqəddəs həqiqətlərin tənqidini istisna etmək-qeyd etmək 
məqsədə uyğundur. 
Sxolastik fəlsəfi təfəkkür mahiyyət etibarilə iki problemə - 1) nominalizm və realizmin 
mübahisəsi; 2) Allahın mövcudluğunun sübut edilməsi - probleminə diqqətli cəmləşdirmişdir. 
Mübahisənin mərkəzində belə bir sual dayanırdı: real olaraq universal universalialar mövcuddur, 
ya yox? Əsas fəlsəfi mübahisə ümumi və təkcənin münasibəti haqqında məsələ üzərində 
cəmləşmişdir. Realizm mövcudluğu yalnız ümumiyə aid edirdi. İfrat realistlər idealar haqqında 
Platon təlimini müdafiə edirdilər: ümumi - təkcə şeylərin mövcudluğuna qədər və ondan kənarda 
mövcud olan ideyalardır. Mötədil realistlər Aristotelin ümumi növlər haqqında təliminə əsaslanır 
- bu təlimə görə, ümumi real olaraq şeylərdə, özü də ondan heç cür kənarda olmayaraq mövcuddur. 
Nominalistlər əksinə, unversialilərin real mövcudluğunu qəbul etmirdilər, onları fikrincə, ümumi 
şeylərdən sonra mövcuddur. 
Patristika dövrü xristian kilsəsinin görkəmli filosofu,

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə