2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə35/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   31   32   33   34   35   36   37   38   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Tomas Hobbsu 
yeni dövrün sosiologiyasının banisi, semiotikanın atası hesab etmək olar. 
Bekonun ardınca Hobbs təkrar edirdi ki, bilik qüvvədir və ona fəlsəfə başda olmaqla elmlərin 
köməyi ilə nail olmaq olar. Fəlsəfi nəzəriyyə adamların praktiki marağına və ehtiyacına xidmət 
etməlidir. Buna o vaxt nail olmaq olar ki, nəzəriyyə, biliyə şeylərin yaranmasının üsullarını və 
səbəblərini gətirsin ki, sonra da bunu praktikada tətbiq etmək olsun. Ümumi nəzəri bilik məhz 
fəlsəfədir.
Hobbsun təliminə görə, dünya cisimlərin məcmusudur, heç bir qeyri-maddi şey mövcud deyildir. 
Bütün cisimlər və həmçinin onlarda baş verən dəyişikliklər maddi elementlərin hərəkətindən 
yaranır; bu da mexanikanın qanunları əsasında baç verir (yəni cimdən cismə hər bir hərəkət yalnız 
təkan vasitəsilə verilə bilər).
Duyğulardan təşəkkül tapmış insan və heyvanın mənəvi həyatı da hərəkətlə bağlıdır. İnsanların və 
heyvanların hərəkətləri bütövlükdə kənardan müəyyən olunan mürəkkəb mexanizlərdir. Bununla 
belə, canlılar və cansızlar arsında fərq vardır. Belə ki, canlı mexanizlərin əvvəlki təssuratları 
saxlamağa kömək edən orqanları var. Eyni zamanda onların yeni təssüratları köhnə təssüratlarla 
müqayisə etmək qabiliyyətləri vardır.
Con Lokk
təcrübəni bütün ideyaların yeganə mənbəyi hesab edirdi, xarici və daxili təcrübələri 
fərqləndirirdi. Buna uyğun olaraq o, bizim ideyaların iki emprik mənbəyini - duyğu və refleksiya 
- göstərirdi. Duyğu ideyası - bizim bütün ideyaların əsas fondudr. Onlar bizdən xaricdə olan 
şeylərin hiss orqanlarına təsirindən yaranır. Refleksiya ideyası isə, bizim əqlimizin, hisslərimizin 
daxili vəziyyətini və fəaliyyətini nəzərdən keçirərkən daxilimizdə yaranır.


46 
Metafizik metodun yaradılmsında Lokkun böyük rolu olmuşdur, ancaq onu da qeyd edək ki, bu 
metodun elementləri fəlsəfənin bütün əvvəlki inkişafı gedişində özünü göstərirdi. 
Lokka görə, təcrübədən əldə edilmiş ideya hələ biliyin özü deyil, yalnız bilik üçün materialdır. 
Bilik əldə etmək üçün bu materialın müəyyən dərəcədə təkmilləşməsi lazımdır və bu da müqayisə, 
uyğunlaşma və ayrılma (və ya abstraksiya) vasitəsilə həyata keçir. Bunların vasitəsilə daxilimizdə 
sadə ideyalar mürəkkəb şəklə düşür. Lokk bilik üçün əhəmiyyətlərinə görə ideyaları üç qrupa 
bölür:1) real (və ya fantastik); 2) adekvat (və ya qeyri-adekvat); 3) həqiqi (və ya yalan). Real 
ideyaların təbiətdə əsasları var, onlar şeylərin gerçək mahiyyətinə uyğundurlar. Adekva ideyalar 
ayrıldıqları nümunələri təmsil edirlər. Bütün sadə ideyalar adekvatdır. Lokka görə, həqiqi və yalan 
ideyalara deyil, təkliflərə (mühakimələrə) aiddirlər. Həqiqət həmişə təsdiq inkarı tələb edir. 
Lokk eyni zamanda dövlət, dövlət hakimiyyəti və hüquq haqqında təlim işləyib hazırlamışdır. 
Onun bu təlimi XVII əsrin ən görkəmli nəzəriyyələrindən biri idi. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə