2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə36/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   32   33   34   35   36   37   38   39   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

 
Con Berklinin
konsepsiyasının başlanğıc nöqtəsi Lokkun birinci və ikinci keyfiyykəti 
fərqləndirməsi oldu. Əgər Lokk birinci keyfiyyətin obyektiv mövcudluğunu qəbul edirdisə də, 
Berkli bütün keyfiyyətləri ikinci hesab edirdi. Berkli belə qənaətə gəlir ki, ideya yalnız insanın 
hisslərində mövcuddur. Onlar heç vaxt bizdən kənarda olan və adətən, haqqında düşünülən şeyərin 
əsli ola bilməz. İdeya yalnız ideyaya oxşayır, o başqa heç nəyə oxşaya bilməz. O, materiyanın 
mövcudluğunu inkar edir və yalnız “ideya” və “hissi” fərqləndirən insan şüurunun mövcudluğunu 
qəbul edir. Ideya- bizim subyektiv qavrayışımıza verilən keyfiyyətdir, hiss isə- mənəvi 
fəaliyyətinin qeyri-maddi subyektinin fəaliyyətini qavrayandır. Berklinin fikrincə, ideya passivdir, 
hiss isə, əksinə, fəaldır. O qeyd edir ki, “ideya” anlayışına “şey” anlayışına nisbətən üstünlük 
vermək lazımdır. 
Berklinin müasiri, onun təsirini öz üzərində hiss edən, Berklidən fərqli olaraq skeptik, aqnostik 
David Yum
fi biliyin vəzifəsini varlığın adekvat dərk olunmasında deyil, praktiki fəaliyyəti 
müəyyən istiqamətə yönəltmək üçün rəhbərlik etməyə qadir olmaqda görürdü. O, dəqiq biliyin 
yeganə predmetini riyaziyyatın obyektlərini - kəmiyyət və rəqəm- hesab edirdi. Tədqiqatın bütün 
digər obyektləri yalnız əlaqə faktlarına aiddirlər, bunlar məntiqi sübut oluna bilməzlər, sırf 
təcrübədən çıxarılırlar.
Yum skeptisizmin prinsiplərinin şərhinə uyğun olaraq özünün varlıq, kosmologiya, psixologiya, 
idrak nəzəriyyəsi, etika haqqında təlimini qurur. O, ontologiyada substansiya kateqoriyasının 
mövcudluğunu inkar edir. Substansiya ideyasını ayrı-ayrı keyfiyyətlərin məcmusu ideyasına 
gətirib çıxarır. Yum kosmologiyada fəlsəfənin ikişafı ilə irəli sürülən bütün kosmoloji sistemləri 
tənqid edir. Etikada o, utilitarizm nəzəriyyəsini inkişaf etdirir, faydalılıqda bizim mənəvi 
işlərimizin meyarını görür. Din fəlsəfəsində o hər cür müsbət din adlanan dini, Allah haqqında 
fəlsəfi təlimi rədd edir. Yuma görə, din əxlaqın əsası ola bilməz. O, mövhumatın xüsusi təzahürləri 
üzərində xususilə dayanır. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə