2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə44/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   40   41   42   43   44   45   46   47   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Bəhmənyarın
(993-1066) dünyagörüşünün formalaşmasında İbn Sinanın rolu 
böyükdür.
Filosof tərəfindən müxtəlif baxımdan nəzərdən keçirilən varlıq vacib və mümkün, səbəb 
və nəticə, ilkin və meydana çıxmış və s. qisimlərə bölünür. Zəruri və mümkün qisimlərə 
bölünməsi baxımından varlığın təsnifatı bütün Şərq peripatetiklərinin antologiyasında mühüm 
yer tutur. Zəruri, yaxud vacib varlıq mövcudatın əsasını təşkil edir, ondan savayı mövcud olan 
hər şey mümkün varlıq sayılır. Vacib varlıq qeyri-möv- cudluğunun fərz edilməsi mümkün 
olmayan varlıqdır. Mümkün varlıq isə nə varlığı, nə də yoxluğu cəhətdən zəruridir.
Bəhməniyar “Təhsil kitabı”nda mövcudatın bütün mərtəbələri nəzərdən keçirilir: ilk 
səbəb, ilk nəticə, materiya və formadan təşəkkül tapmış göy sferaları onlara aid olan planetlər, 
fəal əqllər və nəfslər, nəhayət ünsürlər aləmi. Bəhmənyarın varlıq təlimində mümkün varlığın 
substansiya (əl-cauhər) və aksidensiya (əl-arad) qisimləri ilə bağlı fikirləri də maraqlıdır. 
Substansiyanı beş qismə: materiya, forma, cisim, nəfs və əqlə bölən filosof bu məsələlərdə İbn 
Sinanın mövqeyinə daha çox yaxındır. 
Bəhmənyarın nəfsin üç-nəbati, heyvani və insani növləri ilə bağlı fikirlərini, materiya və 
zaman, sükunət kateqoriyaları ilə bağlı düşüncələri onun peripatetik ruhuna uyğundur. Nəfsin 
nəbati qüvvəsi qidalanma, inkişaf edib böyümə və törəyib çoxalma vəzifələrini yerinə yetirir. 
Heyvani nəfs qüvvələri təhrikedici (şəhvət, qəzəb) və qavrayıcı (xarici və daxili hisslər) 
olmaqla iki yerə bölünür. İnsani nəfs qüvvəsinə gəldikdə, o, əqidən, yaxud düşünən qüvvədən 
ibarətdir. Nəbati, heyvani və insani nəfs qüvvələri arasında keyfiyyət müxtəlifliyi 
orqanizmlərin tərkib və təşəkkül cəhətdən müxtəlifliyindən irəli gəlir. Təbiətşünas Şərq 
filosofları orta əsrlərdə bitki, heyvan və insan, ümumiyyətlə, üzvi aləmi, habelə bütün maddi 
varlıqları bir-birindən təcrid edilmiş şəkildə deyil, qarşılıqlı əlaqədə, vəhdotdə götürüb tədqiq 
edirdilər. İbn Sina təlimindən çıxış edən Bəhmənyar göstərir ki, insan fitrən məlumat 
toplamağa, elm öyrənməyə qabildir. Onun fikrincə, şeylər təbii surətdə duyğular vasitəsilə, 
daha sonra isə əql vasitəsilə dərk edilir. Bəhmənyar keyfiyyətin dörd növünü göstərir: hal və 
vərdiş, güclülük və gücsüzlük, təsirlənmə keyfiyyətləri və kəmiyyətə görə seçilən keyfiyyətlər.
Bəhmənyar, ümumiyyətlə, Şərq peripatetikləri sillogizmlərin nəticə vermə xüsusiyyətinə 
görə quraşdıncı və istisnaedici növlərini geniş izah etmişlər. Sillogizmdə verilmiş hökmlərdən 


53 
hər birinə müqəddimə, onlardakı subyekt və predikata isə termin deyilir. Bəhmənyar qeyd edir 
ki, sillogizmdə üç termindən düzəlmiş iki müqəddimədən nəticə çıxarılır. Lakin axtarılan çoxlu 
müqəddimələrin köməyi ilə müəyyənləşərsə, burada müxtəlif sillogizmlər vardır. Şərq 
peripatetiklərmin məntiqində istidlalın forması və materiyası haqqındakı fikirlər xüsusilə 
qiymətlidir. İstidlalın forması dedikdə, onun quruluşu, müqəddimələr arasındakı əlaqə, 
materiyası dedikdə müqəddimələrin faktiki məzmunu nəzərdə tutulur. İstidlalın düzgünlüyü 
onun yalnız quruluşunun, formasının düzgünlüyündən deyil, eləcə də onun müqəddimələrinin 
faktik məzmununun düzgünlüyündən asılıdır.
Bəhmənyar əqlin fəaliyyətini idrak qabiliyyəti baxımından qiymətləndirir. Filosofun 
idrak nəzəriyyəsi öz məzmunu etibari ilə Şərq fəlsəfəsi fikrində mühüm əhəmiyyətə malikdir. 
Bəhmənyarın məntiqi Aristotel ruhunda olsa da filosofun məntiqlə bağlı sərbəst mülahizələri 
maraqlıdır. İdrak və məntiq məsələlərindən bəhs edən Bəhmənyar fikir, zehin, zəka, intuisiya 
kimi anlayışları da təhlil etmişdir. İnsani nəfs ilə heyvani nəfs arasındakı başlıca fərq idrak 
qabiliyyətindədir. Bəhmənyar fəlsəfi biliyin faydasına əxlaqi keyfiyyət baxımından yanaşır, 
biliyə yüksək qiymət verir. Əql ən böyük varidatdır. Filosof dünyadakı nemətlərdən istifadə 
etməyi, həyatdan zövq almağı hər bir adamın ədalətli, qanuni hüquqi hesab edir. Müasir dövr 
üçün Bəhmənyarın etik baxışlarının əhmiyyətini xüsusi qeyd etmək lazımdır. İnsanda yaxşı 
keyfiyyət kimi mərdlik, qocalıq, əliaçıqlıq, ağıllıq, xeyirxahlıq və s. hesab edən Bəhmənyarın 
gözəlliklə bağlı fikirlərinə də olduqca maraqlıdır.
Orta əsr işraqilik fəlsəfəsinin banisi Şihabəddin Əbdülfutuh Yəhya Həbibi oğlu 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə