2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Əbdülkərim oğlu  Şəbüstəri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə46/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   42   43   44   45   46   47   48   49   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

 
Əbdülkərim oğlu 
Şəbüstəri
(1287-1320) Təbrizi 1287-ci ildə Təbriz 
yaxınlığındakı Şəbüstər adlanan yerdə anadan olmuş böyük mütəfəkkirdir. O öz dövrünə görə 
gözəl təhsil almış, fəlsəfə, ilahiyyat, riyaziyyat, astronomiya, tibb, məntiq, etika, psixologiya
anatomiya və başqa bilik sahələri haqqında məlumatı var idi. Özünün 3000 beytdən inarət olan
“Səadət kitabı” poemasında yazdığı kimi gəncliyində elm öyrənməklə məşğul olmuş, ərəb 
ölkələrini, Misiri, Suriya, Hicazı, Şam İraqı və Azərbaycanın bir sıra şəhərlərini səyahət 
etmişdir. Səyahət zamanı ilahiyyat və dünyəvi elmlər sahəsindəki biliyini təkmilləşdirmiş, 
çoxlu alimlərlə görüşmüş, onlarla dostluq əlaqələri saxlamışdır. Şəbüstəri həmişə axtarışda olan 
mütəfəkkir olduğundan bilik almaqdan heç vaxt yorulmamış, öz yaddaşını həmişə 
genişləndirmiş, həqiqət və xeyir axtarışı ardınca həmişə irəli getmişdir. Filosofun əsəsrləri 
göstəriri ki, o, ərərbdilli fəlsəfənin nailiyyətlərini mənimsəmiş İbn Sinnın qəzəlinin və ərəbdilli 
fəlsəfə vasitəsi ilə qədim yunan fəlsəfəsinin, xüsusən də Aristoteli, Platonu yaxşi öyrənmisdir.
Orta əsrin görkəmli panteist filosofu Şəbüstərinin əsərlərində etik məsələlər də mühim yer 
tutur. Şərq peripatetikləri ruhunda əqli nəzəri və praktiki hissəyə bölən Şəbüstəri praktik əqli 
etika və əxlaqla eyniləşdirir. Onun fikrincə, praktik əql adamlara əxlaqı cəhətdən 
təkmilləşməyə, həm xarici, həm də öz daxili aləmini dərk etməyə, xeyir və şəri fərqləndirməyə, 
firavanlığın, xoşbəxtliyin xoş əməllərin yolunu və ona nail olma vasitələrini düzgün müəyyən 
etməkdə kömək edir. Nəzəri və praktiki əqlə malik olmaq insanı yüksəldir. Şəbüstərinin 
yaxşılıq, ləyaqət haqqında təlimində qədim yunan fəlsəfəsinin, onun etik baxışlarına təsiri açıq 
hiss olunur. O, ləyaqətli olmaq üçün dörd xüsusiyyəti-ədalətlilik, ağıl, düzgünlük, mərdliyi-
qeyd edir. Bu dörd xüsusiyyətə malik olan adam ağıllı natiq və xadimdir. Yaxşılıq, ləyaqətlilik 
adamların fəaliyyətini xeyirli və ağlını səmtə yönəldir. Şəbüstəri insan münasibətində 
ədalətliliyə böyük əhəmiyyət verir. Onun fikrincə, insan nəzəri və praktiki əqlə malik olduqdan 
sonra öz əxlaqını təmizləmək imkanı qazanır, bütün müsbət insani keyfiyyətlər əldə edir. İnsan 
həyatında əqlin əhəmiyyətindən danışarkən filosof göstərir ki, məhz əql insanı heyvandan 
fərqləndirir, məhz əql yaxşı əxlaqın mənbəyidir, məhz o insanda müsbət keyfiyyətlər aşılayır.
XII əsrdə bəşər mədəniyyəti xəzinəsinə parlaq töhfələr bəxş etmiş ən böyük sənətkar İlyas 
Yusif oğlu 
Nizami
Gəncəvi (1141-1209) mükəmməl təhsil görmüş, ciddi mütaliə etməklə, xalq 
müdriklərinin söhbətlərini dinləməklə biliyini artırmağa səy göstərmişdir. Dini və dünyəvi 
elmlərə dərindən yiyələnmiş mütəfəkkir bədii yaradıcılığını həmin özül üzərində qurmuşdur. 
Öz dövrünün bütün bilik sahələrinə dərindən yiyələnmiş mütəfəkkirin əsərlərində ecazkar 
bədiiliklə yanaşı bir sıra elmi məsələlər barədə mühüm məlumat verilir. Nizami saraylarda 


57 
yaşamaqdan boyun qaçırmış, yoxsul həyat sürmüşdür. O, zahidlərdən və bəzi sufilərdən fərqli 
olaraq maddi nemətlərə, ümumiyyətlə, var-dövlətə real münasibət bəsləmişdir. “Bir ovuc su ilə 
çörək üçün hər ayağın torpağı olma” deyən mütəfəkkir yalnız halal zəhmətlə yaşamaq 
prinsipinə görə çətinliklərə, məhrumiyyətlərə qatlaşmış, qənaətlə gün keçirmişdir.
 
Nizami təbliğ etdiyi nəcib əxlaqi keyfiyyətlərin icraçılarındandır. Zəhməti yüksək 
qiymətləndirən şair ilk növbədə özü zəhmətkeşdir. Nizami gələcəyə böyük ümid bəsləyir
yaratdığı əsərlərlə əbədi yaşayacağına dərindən inanırdı. Coşqun ictimai-siyasi və dərin elmi-
mədəni mühitdə yaşayıb-yaradan Nizaminin əsərləri fəlsəfi fikirlərlə zəngindir. 
 
Nizami Allah ilə movcudat arasındakı münasibəti şərh edərkən dünyanın ilahi hökm ilə 
xəlq edilməsi haqqındakı əqidəyə əsaslanmışdır. Peripatetik fəlsəfədə Vacib varlıq yalnız ilk 
nəticənin səbəbidir, sonrakı varlıqların səbəbləri mərtəbələrdən ibarət silsilə təşkil edir. 
Dinlərdə isə Allah hər bir varlığın bilavasitə xaliqidir. Nizami Allahm qüdrətini səbəb hesab 
etməyə və səbəbi qüdrətdən üstün tutmağa qarşı çıxmışdır. Nizami mövcudatı məhdud məkan 
daxilində bildiyindən, Kainatın sonunu onun zirvəsi adlandırmışdır. Eyni radius boyunca 
fırlanmalarda zirvəyə qalxma ilə üfüqə enmə arasında fərq yoxdur. 
Nizaminin fikrincə, insan xilqətdən şərəfli yarandığı üçün zəngin mənəviyyatlı, böyük 
amallar yolçusu olmalıdır. Şairin nəzərində insan öz bacarıq və qabiliyyəti baxımından ver 
üzünün ağasıdır. Nizami insanın əqli yetkinliyini idrak qabiliyyətini artırmağa çalışmaqda, elmi 
biliklərə yiyələnməkdə görürdü. Onun əsərlərində elm və idrak məsələləri bir-biri ilə bağlı, 
əlaqəli şəkildə nəzərdən keçirilmişdir. Nizaminin fikrincə, özünün yüksək qabiliyyəti ilə başqa 
canlılardan seçilən insan bütün varlıqlar haqqında mühakimə yürütmək imkanına malikdir.
Hürufiliyin də meydana çıxması XIV əsrə təsadüf edir. Onun banisi Fəzlullah 
Nəimi 
(1339-1394) papaqçılıqla məşğul olmuş, 1369-cu ildə İsfahana, 1373-cü ildə Məkkəyə səfər 
etmiş, 1386-cı ildə öz təlimini geniş şəkildə yaymağa başlamışdır. O, Hürufı ideyalarına görə 
1394-cü ildə Şirvanda həbsə alınmış və “Cavidannamə” əsərini məhbəsdə yazmışdır. Fəzlullah 
Nəimi Teymurləngin əmrilə edam edildikdən sonra, hürufilik onun ardıcılları tərəfindən qızğın 
müdafiə edilmişdir. 
XIII-XIV əsrlərdə Azərbaycanda ədəbiyyat ərəb və fars dilləri ilə yanaşı doğma dildə də 
yaranır, əhali arasında da daha artıq yayılırdı. Həmin dövrdə Azərbaycan dilinin əhəmiyyətinin 
artması ilə əlaqədar gedən bu proses onun sürətli inkişafına, yüksək ədəbi dil səviyyəsinə 
çatmasına kömək etmişdir.
Hürufilik təlimi onun banisi Fəzlullah Nəimidən sonra Nəsimi və başqaları tərəfindən 
təbliğ olunmuşdur. Nəsimini bu əqidəyə humanizm idealı bağlamışdır. Yadelli işğalçılar cəng-
cidal meydanında zülm və zorakılıq yolu ilə insanları alçaldıb, onlara ən zəif məxluq, ən müti 
kölə nəzəri ilə baxdıqları bir şəraitdə humanist şair insanı ülviləşdırir, ilahiləşdirirdi, O, insanı 
bütün maddi və mənəvi aləm səviyyəsində götürüb Allahla eyniləşdirirdi. Seyid İmadəddin 
Nəsimi 
(1369-1417) uşaqlıq və gənclik illərini doğma Şamaxı şəhərində keçirmiş, dövrün dini 
və dünyəvi elmlərinə də burada yiyələnmişdir. Nəsimi din, fəlsəfə və onların tarixini dərindən 
bilmiş, elmlərə möhkəm yiyələndikdən sonra ədəbi fəaliyyətə başlamışdır. Ədibin yaradıcılığı 
sonralar bütövlükdə hürufızm ideologiyasına həsr edilmişdir. Bu hal, görünür, Fəzlullah 
Nəiminin Şirvan diyarına gəlib Şamaxı, Bakı və ətraf əyalətlərdə öz təlimini uğurla yayması, 
dövrün ədəbi, ictimai-siyasi və fəlsəfi fikrinə əsaslı təsir göstərməsi ilə əlaqədardır. Hürufiiər 
Teymurləng tərəfindən ciddi təqiblərə məruz qaldıqları bir vaxtda (1394-cü ildən sonra) Nəsimi 


58 
vətəndən didərgin düşmüş, qürbətdə-İraq, Türkiyə və Suriyada yaşamağa məcbur olmuşdur. O, 
hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam 
edilmişdir.
İmadəddin Nəsimi üç dildə - Azərbaycan (türk), fars və ərəb dillərində yazıb-yaratmışdır. 
Bu da onun əsərlərinin təkcə Azərbaycanda, türkdilli ölkələrdə deyil, bütün Yaxın və Orta Şərq 
ölkələrində sürətlə yayıla bilməsini təmin etmişdir, Mütəfəkkirin poeziyası həm siqlətli fikir 
tutumuna, həm də yüksək bədii dəyərinə, sənətkarlıq xüsusiyyətlərinə görə diqqəti cəlb edir. 
Onun ana dilində yazdığı şeirlər dil, üslub, bədiilik və məna dərinliyi baxımından bənzərsiz 
sənət inciləridir.
Məhəmməd Süleyman oğlu 
Füzuli
mədəniyyət tarixində misilsiz lirik şair kimi 
məşhurdur. Bununla belə, onun yaradıcılığında dövrün ideologiyasım əks etdirən xüsusi fəlsəfi 
məzmun daşıyan qiymətli traktatlar var. Mütəfəkkirə dünya şöhrətini poetik əsərləri qazandırsa 
da fəlsəfəyə və fəlsəfə tarixinə, ümumiyyətlə, ideologiyaya həsr olunmuş bu traktatlar onun 
dünyagörüşünü, ideya istiqamətini, bütünlükdə yaradıcılıq yolunu müəyyənləşdirmək üçün 
böyük əhəmiyyətə malikdir. Füzulinin bədii yaradıcılığı zahirən, formaca onun elmi və fəlsəfi 
yaradıcılığından fərqləndiyinə baxmayaraq, ideoloji aspektdə onlar vahid tamı təşkil edib, eyni 
bir təfəkkürün müxtəlif vasitələrlə ifadəsidir. 
Füzulinin fəlsəfi əsərlərindən söhbət gedəndə ilk növbədə “Başlanğıcın və sonun idrakı 
barədə baxışın mənbəyi” yada düşür. Mütəfəkkir bu əsəri yazmazdan qabaq “əqidə sahiblərinin 
məsləkləri ilə tanış olduğunu, “bunlardan faydalı olanları seçdiyini” bildirir. Bu əsərdə 
fəlsəfənin tarixi ilə onun nəzəriyyəsi müəyyən məqamlarda birləşdirilmişdir: burada mühüm 
fəlsəfi məsələlərin şərhi verilərkən, onların, qoyuluşu və həlli tarixən nəzərdən keçirilir. Qədim 
Yunanıstan filosoflarının, orta əsr Şərq mütəfəkkirlərinin ideyaları açıqlanır. 
Füzulinin fəlsəfi baxışlannda qnoseoloji aspekt daha geniş yer tutub, həmişə diqqət 
mərkəzində durur. Füzuli elmin, daha doğrusu biliyin əzəli mövcud və sonradan meydana 
çıxmış, vasitəsiz və vasitəli qisimlərini qeyd edir. Əzəli elm Tanrıya məxsusdur. Vasitəsiz elm 
Yaradıcının bütün məlumatları, insanın isə öz varlığını bilməsidir. Vasitəli elm hər hansı 
vasitədən asılı qazanılmış elmdir, məsələn, şeylərin və hadisələrin həqiqətini bilməyimiz.
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatının şifahi və yazılı qolları böyük inkişaf 
yoluna düşmüşdü. “Koroğlu” qəhrəmanlıq eposu, “Əsli və Kərəm”, Aşıq Qərib” kimi aşiqanə-
romantik dastanlar xalqın mənəviyyatını, etik-əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərdir. Aşıq 
ədəbiyyatı güclənmiş, Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım və başqa el sənətkarlarının 
şeirləri dillər əzbəri olmuşdur. Məsihi, Qövsi Təbrizi, Saib Təbrizi, Arif Şirvani, Ağa Məsih 
Şirvanı və başqaları klassik poeziya ənənələrini özlərinə münasib ruhda davam etdirirdilər. 
Molla Vəli Vidadi və Molla Pənah Vaqif xalq şeri üslubunu yüksək sənət səviyyəsinə qaldırmış, 
ülvi söz inciləri yaratmışdırlar. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə