2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə41/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   37   38   39   40   41   42   43   44   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Georq Vilhelm Fridrix 
Hegelin
yaradıcılığı hesab olunur. 
Hegelin fəlsəfi baxışlarının əsasını aşağıdakı şəkildə vermək olar. Bütün dünya – hansısa dünya 
əqlinin, ruhunun imkanlarının genişlənməsi və reallaşmasının möhtəşəm, əzəmətli tarixi 
prosesidir. Dünya Ruhu tamamilə obyektiv, şəxsiz, ideal başlanğıcdır, inkişafın əsası və 
subyektidir, bütövlükdə dünyanın yaradıcısıdır. Bu şəxssiz ideal başlanğıcın yaradıcı fəaliyyətinin 
ümumi sxemi Hegeldə Mütləq İdeya adını daşıyır. Yer üzündə mövcud olan hər şey – yalnız onun 
fəallığının nəticəsi, yekunu, solğun, zəif inikasıdır. 
Fəlsəfənin inkişafında Hegelin hədiyyəsinin ümumi «çəkisi»ilk növbədə dialektik metodun işləyib 
hazırlaması ilə müəyyən olunur. Burada dialektika deyərkən inkişaf nəzəriyyəsini başa düşmək 
tələb olunur, onun əsasında əksliklərin vəhdəti və mübarizəsi, yəni ziddiyyətin əmələ gəlməsi və 
həlli dayanır. Ziddiyyət bir-birini inkar edən və eyni zamanda bir-birini tələb edən əksliklərin 
vəhdətidir. Bu bir-birini inkarda yaranan gərginlik, münaqişə istənilən şeyin hərəkət və inkişafının 
mənbəyinə xidmət edir. Həm də inkişaf sərbəst, özbaşına yox, müəyyən qaydaya əsasən həyata 
keçir: fikir (tezis), onun inkarı (antitezis), inkarın inkarı (sintez, ziddiyyətin aradan qaldırılması). 
«Aradan qaldırılma» termini burada o məna verir ki, predmetin inkişafının ilk iki mərhələsi aradan 
qaldırılıb, aşılıb, tərk edilib, lakin eyni zamanda həm də qorunur, yenidən əmələ gəlir, yeni, yüksək 
keyfiyyətdə birləşir. Bu müxtəlif fəlsəfi sistemlərin qarşılıqlı münasibətinin Hegel şərhinə də 
aiddir: bu fəlsəfi sistemlər bir-birini əvəz edir, yeni kəşflər yetişdirir, bunlar da zaman keçdikcə 
itmir, bir sistemdən digərinə, həm də hər dəfə yeni keyfiyyətdə, keçir (yəni dünyanın ümumi 
mənzərəsində bu və ya digər bilik fraqmentlərinin yeri və əhəmiyyəti dəyişir). 


50 
Dünyanın ilkin əsasını təşkil edən (Hegelin ehtimalına görə) mütləq ideya da triadaya – tezis, 
antitezis və sintezə tabe olmalıdır. Əvvəlcə o təmiz məntiqi mahiyyət formasında («Məntiq elmi»), 
sonra varlığın başqa forması və ya təbiət formasında («Təbiətin fəlsəfəsi») və nəhayət ruhun 
müxtəlif formalarında –hüquq, əxlaq, incəsənət, din və s. («Ruhun fəlsəfəsi») çıxış edir. 
Alman filosofu, antropoloji materializmin variantlarından birinin yaradıcısı, gəncliyində Hegelin 
tələbəsi və qızğın tərəfdarı, sonralar onun barışmaz tənqidçisi, xüsusilə Hegelin dinə olan 
baxışlarının tənqidçisi, XIX əsrdə Almaniyada klassik tipli filosofluq etmək ənənəsini davam 
etdirən 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə