2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


  Benedikt (Barrux) Spinoza



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə39/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   35   36   37   38   39   40   41   42   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

 


48 
Benedikt (Barrux) Spinoza
da Dekart kimi fəlsəfəni şərtsiz doğru başlanğıc mövqe əsasında 
qurmağa cəhd edirdi. O, doğruluğun və ciddi sübutun nümunəsini həndəsədə, onun aksiomalarında 
və dürüst deduktiv nəzəriyyədə görürdü. Ona görə də Spinoza öz başlıca əsəri olan “Etika“nı 
həndəsi metodlar əsasında şərh etmişdir. 
Spinoza öyrədirdi ki, yalnız bir substansiya - təbiət mövcuddur, o özü-özünün səbəbidir, yəni öz 
mövcudluğu üçün heç bir şeyə möhtac deyildir. Bu müddəa Spinozanın materializiminin və 
ateateizminin əsasında dayanır.
Spinozaya görə, insan canlı məxluqdur, onun cismanilik modusları – bədəni təfəkkür moduslarına 
– ruhuna uyğun gəlir. Biz insana necə baxmağımızdan (nə isə bədəni və ya ruhu olan varlıq kimi) 
asılı olmayaraq o, təbiətin bir hissəsidir. İnsanın psixologiyası, onun ehtirasları və arzuları təbiətin 
digər hadisələri kimi idrakın predmetidir.
Spinozanın fəlsəfəsinin əsası – fərdin substansiyaya, fərdi olanın ən ümumi olana münasibətidir.
Görkəmli alman alimi, təbiətşünası və riyaziyyatçısı, hüquqşünası və arxeoloqu, iqtisadçısı və 
siyasətçisi, tarixçi və filosofu 
Qotfrid Vilhelm Leybnits
bir çox alman alimlərinə böyük təsir 
göstərən fəlsəfi – idealist sistem yaratmışdır. O, yeni tip alim idi. XVII əsrin ortalarında biliklərin 
artması prosesinin daha da sürətlənməsinin başlanğıcını qoyanlardan biri idi. F.Bekondan fərqli 
olaraq o, yalnız elmi tədqiqatın yeni metodlarının carçısı deyil, həm də metod rolu oynayan 
metodlar və hesablamalar yaratmışdır. O, yalnız yeni-yeni kəşflər haqqında və alimlərin kollektiv 
işini təşkil etmək haqqındakı arzularla yaşamaqla kifayətlənmədi, həm də özü bu arzuları həyata 
keçirdi, elmi akademiya və cəmiyyətin təşkilatçısı oldu.
Leybenitsin fəlsəfəsində ən canlı və sabit onun metodudur. Özünün orjinal metodunun köməyi ilə 
o, elmdə əhəmiyyətli nəticələrə nail olmuşdur. Leybnits rasionalist idi. Onda idrakın dialektikası 
və şeylərin dialektikası vahid planda birləşirdi. 
Leybnits inkişaf səviyyəsinə görə üç növ monadanı fərqləndirir. Aşağı forma və ya aşağı səviyyəli 
monadalar “qavrayışla” xarakterizə olunur (qavrayışın passiv qabiliyyəti). Ali səviyyəli monadalar 
duymaq qabiliyyətinə və ona əsaslanaraq aydın təsəvvürə malikdirlər. Leybnits bu monadaları ruh 
monadaları kimi müəyyən edir. Daha yüksək səviyyəli inkişaf etmiş monadalar appersepsiyaya 
(ilkin təsəvvürlərə və ya təcrübəyə əsaslanan qavrayış) malikdirlər. Leybnits onları ruhların 
monadaları kimi müəyyən edir, Leybnitsə görə ruhun qarışıq “qavrayışı” özündə Kainatın bütün 
sonsuzluğunu birləşdirir. Ruhun özündə monadadakı kimi harmonik yetkin dünya, “qarışıq dərk 
olunan harmoniya “ biləşir. Harmoniya məsələsi Leybnitsin fəlsəfəsində mühüm məsələlərdən 
biridir. O, bütün monadalar aləminin nə isə daxili bir qaydasıdır və monadaların təcrid olunmasını 
dəf edən prinsip kimi özünü göstərir.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə