2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə33/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   29   30   31   32   33   34   35   36   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Tommazo Kampanella
olmuşdur.
Biz bilirik ki, ədəbiyyatın bir sıra hadisələri dövrün fəlsəfi şüurunun formalaşdırılmasında xüsusi 
rol oynayır. Orta əsrlərin axırıncı və intibah dövrünün ilk şairi 
Aliqiyeri Dante 
"Ziyafət" 
traktatında fəlsəfəni necə anlamasını şərh edir. Dante fizikadan, astronomiyadan, psixologiyadan, 
tarixdən çoxlu məlumatları fəlsəfənin təbiətini izah etmək üçün verir. Aqillik - hər şeyin anası və 
bütün hərəkətin başlanğıcı kimi qəbul olunur. Onun fəlsəfi və poetik əsərlərində yeni mədəni-tarixi 
gerçəklik tam aydınlığı ilə üzə çıxır. Dantenin dövlətin yaranması, idarə formaları ilə bağlı 
fikirlərinin xüsusi əhəmiyyəti var. Dante "Monarxiya" əsərində Aristotel və A.Foma kimi dövlətin 
yaranmasını təbii proses hesab edir.
 
3-Yeni dövr Avropa fəlsəfəsi 
XVII–XVIII əsrlər... Fəlsəfə tarixinə “Yeni dövr” kimi daxil olmuş bu əsrləri həm fəlsəfələr 
əsrləri, həm də rasionalizm əsrləri, həm də ”Əql əsrləri” adlandırırlar. Bu dövrün təfəkkürünün 
çıxış nöqtəsi F.Bekonun sensualist təlimi oldu. Məhz onun vasitəsi ilə İntibah dövrü XVII–XVIII 
əsrlərə həm aradan qaldırılacaq, həm də davam etdiriləcək çox şeylər vermişdir. 
XVII əsrdə Avropa iqtisadi, sosial və mədəni inkişafın yeni mərhələsinə qədəm qoymuşdur və bu 
dövrü də şərti olaraq Yeni dövr adlandırmaq qəbul olunmuşdur. Həqiqətən də bu dövrdə elə 
proseslər inkişaf etməyə başlayır ki, - söhbət Avropada burjua munasibətlərinin hökmranlığının 
özünü təsdiq etməsindən gedir – hal-hazırda belə onu Qərbi Avropa sivilizasiyası kimi xarakterizə 
edirlər. 
Dövrün ictimai şüurunu xarakterizə edərkən, ilk növbədə qeyd etmək lazımdır ki, o, İntibah 
dövrünün ictimai şüurundan kəskin şəkildə fərqlənirdi. Bu dövrün ictimai şüuru qarşılaşdığı hər 
hansı şəraitin kəskin daxili ziddiyyətlərini qeyd edirdi. XVII əsrdə yeni növ dünyagörüşü 
hökmranlıq etməyə başladı. Bu dünyagörüş üçün varlıq heç də donmuş, dəyişməz, “qapalı”, ilahi 
qüvvə tərəfindən həmişəlik müəyyən olunmuş deyildir, əksinə, dinamikdir, bütün mümkün 
dəyişkənlik üçün “açıqdır”. Dövrün fəlsəfi dərkolunmasında “iki sahə bir-birindən kəskin şəkildə 
ayrılır: bir tərəfdən, real, gərçək, gündəlik, konkret – tarixi, sosial varlığı, insanın idrakına və 
faəliyyətinə aid olan, digər tərəfdən, insanın mahiyyətinə, “təbiətinə”, eyni zamanda insanın 
idrakının və fəaliyyətinin dərin məğzinə, daxili strukturuna aid olanlar”.
Beləliklə, bu dövrün fəlsəfəsi ən kəskin mübarizələrin – ontologiyada idealist və materialist 
yanaşmanın; metodologiyada sensualizm və rasionalizmin mübarizəsinin; induktiv və deduktiv 
idrak üsullarının bir-birinə qarşı qoyulmasının; insan psixikasının emosional və intellektual 
sahələrinin toqquşmasının və s. – ümumi mənzərəsini verir. Son nəticədə bu istiqamətdə fəlsəfi 
fikrin inkişafı Kantın məşhur antinomiyalarının formalaşmasına gətirib çıxarmışdır. 


45 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə