2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə29/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   25   26   27   28   29   30   31   32   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Robert Qrostet
tərəfindən irəli sürülmüş bu ideya onun şagirdi 
Robert 
Rocer Bekon
tərəfindən xüsusi güc və ruh yüksəkliyi ilə təbliğ olunmağa başladı. O, sxolastikanın 
əsas nöqsanına - avtoritet qarşısında baş əymək - qarşı kəskin çıxış etmiş və sübut etmişdir ki
elmi, biliyi riyaziyyat və təcrübə üzərində qurmaq lazımdır.
Xll əsr sxolastikanın ən görkəmli nümayəndələrindən biri 
Akvinalı Foma
olmuşdur. 
Teologiya müəllimi kimi fəaliyyətinə və çoxsaylı əsərlərinə görə ona "mələklər doktoru" (“doctor 
augelisus”) fəxri adı verilmişdir. Fomanın təliminin məqsədi - mömin katolizm mövqeyindən 
averoizmə qarşı durmaq və göstərməkdir ki, inam və əql bir-birindən nəinki fərqlənir, eyni 
zamanda vəhdət təşkil edir, bir-biri ilə harmonik şəkildə uzlaşırlar. Fomanın əsərlərində toxunulan 
məsələlər öz müxtəlifliyi ilə diqqəti cəlb etsə də, onların içərisində təbii-elmi əsərlər yoxdur.. 
Fomanın fikrincə fəlsəfə və dinin bir sıra ümumi müddəaları mövcuddur. Bu müddəalar həm inam, 
həm də əqllə açılır. Seçmək imkanı veriləndə sadəcə olaraq inanmaqdansa, başa düşmək daha 
yaxşıdır. Əqlin həqiqiliyi (təbii ilahiyyat) buna əsaslanır. “Təbii ilahiyyat” fəlsəfənin yüksək 
hissəsidir. 
Fo 
Fomanın təliminə görə, filosof və teoloq həm Allahı, həm də insanları əhatə edən onun yaratdığı 
nə varsa hamısını nəzərdən keçirərkən müxtəlif arqumentlərdən istifadə edirlər.
Foma dünyanı bir neçə iyerarxiya pilləsinə bölünən sistem kimi təsəvvür edir. Ən geniş pillə olan 
cansız təbiətdir, onun üzərində bitki və heyvan aləmi yüksəlir; onlardan ali pillə olan insanlar aləmi 
yaranır ki, bu da fövqəltəbii və ruhi sahəyə keçiddir. Ən yetkin reallıq, bütün mövcudatın mənası 
və məqsədi Allahdır. 
Foma ruh və bədənin birləşməsini varlığın normal hadisəsi hesab edirdi. İnsan onların vəhdəti kimi 
tam substansiya kimi çıxış edir. Eyni zamanda bədəndən ayrılmış ruhun ölümdən sonrakı 
mövcudluğu natamam substansiyanı təşkil edir. Bədən heç də ruh üçün buxov deyildir, onun zəruri 
əlavəsidir. 


41 
Foma elə hesab edirdi ki, bədənsiz ruhu Allah hər hansı fərdi bədən üçün, onun ölçüsündə 
yaratmışdır. Həm də insan ruhu konkret bədənin ölümündən sonra da öz fərdiliyini itirmir, yenidən 
dirilir. Bu Allahın xüsusi köməyi ilə, ruhun fərdi mahiyyətini bədənsiz şəraitdə belə saxlayan 
xüsusi akt hesabına mümkün olur. Lakin bədənsiz ruhun mövcudluğu itki hesab olunur, çünki 
insanın tam substansiyası ruh və bədənin vəhdətini tələb edir. O, məhz məhşər günü həyata keçir, 
bu vaxt ruh dirilən bədənlə birləşir. Beləliklə, Foma xristianlığın ehkamlarından biri olan (qeyd 
edək ki, yəhudi və islam dini üçün də bu xarakterikdir) ölünün dirilməsi ehkamının “nəzəri 
bazasını” yaratmışdır. 
Fomanın etik doktrinasının əsas ideyası avqustinçilərin ideyaları ilə eynidir: Allahı seyr etmək və 
əbədi, ölümdən sonrakı həyata hazırlıq. Lakin ona çatmaq vasitəsi avqustinçilərin yeganə düzgün 
hesab etdikləri vasitədən əhəmiyyətli dərəcədə fərqlənirdi. İdrakı fəaliyyət hissi obrazlarsız 
mümkün olmadığı kimi, insanın Yerdəki həyatı da onun bədən tələbatının ödənilməsi və müəyyən 
ehtiraslar olmadan mümkün deyildir. Fomanın bu mülahizələrində zamanın yeni əlamətləri özünü 
göstərir. Foma Aristotelin ardınca insanın xoşbəxt olmaq hüququnu qəbul edir və idraka bunun 
həyata keçməsi vasitəsi kimi baxır.
Beləliklə, orta əsrlərdə yeni dövrün rasionalizminin çıxış nöqtəsini təşkil edən “Mən” anlayışının 
formalaşması prosesi başlanmışdır. Mistisizmə ayrıca bir sual kimi nəzər salmağımız bununla 
bağlı idi. Orta əsrlərin ən başlıca nailiyyətlərindən biri kimi fərdi və ümumi arasındakı 
münasibətlər haqqında birinci dərəcəli qneseoloji məsələlərin işlənib hazırlanması oldu. Qeyd 
etmək lazımdır ki, orta əsrlər dinin min illər boyu hökmranlığından irəli gələn tarixi gedişin sadəcə 
olaraq fasilsəsi deyildir. Bu bəşər tarixinin zəruri mərhələsi idi. Fəlsəfə isə “obyektiv ruhun başlıca 
forması” (Hegel) kimi orta əsrlər mənəvi mədəniyyətin mühüm ünsürünü təşkil edirdi. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə