2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Qədim Azərbaycan fəlsəfəsi: zərdüştlük və manilik



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə25/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   21   22   23   24   25   26   27   28   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

 
5-Qədim Azərbaycan fəlsəfəsi: zərdüştlük və manilik 
 
Qədim Azərbaycanda dini-fəlsəfi fikirlər hələ eramızdan əvvəl VII əsrdə zərdüştilikdə 
mövcud olmuşdur. Zərdüştliyin formalaşması b.e.ə. IX-VII əsrlərə aid edilir. Zərdüştilik bir sıra 
Şərq ölkələrində yayılmışdır. Lakin ilk faktlarla tanışlıq Zərdüştün azərbaycanlı olmasına şübhə 
yeri qoymur. Zərdüştün vətənindən söhbət gedərkən Orta Əsr müəllifləri, o cümlədən Əhməd 
Bəlazuri (IX əsr), Əbu-Reyhan Biruni (XI əsr) onun "Azərbaycandan çıxdığını" söyləmişlər. 
Yaqut Həməvi (1179-1229) Zərdüştün Şizdən olduğunu yazırdı. Şiz, Urmiyanın qəsəbəsi idi. Alim 
Urmiya haqqmda danışarkən oranı "məcusilərin peyğəmbəri Zərdüştün şəhəri" adlandırmışdır. 
Qütbəddin Şirazi (1236-1311) onu "Görkəmli fılosof, kamil imam Zərdüşt Azərbaycani" deyə yad 
etmişdir. 
Tədqiqatçılar zərdüştiliyin müqəddəs kitabı Avestanın da məhz bu ərazidə yarandığını 
təsdiqləyirlər. Zərdüştliyin ideyalarını, qısa şəkildə belə qruplaşdırmaq olar: 
l. Kainatın nizamı, dünyanın mövcudluğu xeyir və şərin, işıq və qaranlığın əbədi 
mübarizəsindən asılıdır. Xeyir, işıq Allahı Hörmüz (Ahura-Mazda) və şər, qaranlıq allahı isə 
Əhriman (Anhıra-Manyu) hesab olunur. Onların arasında əbədi mübarizə gedir, insanlar onlar 


33 
arasında mövqe seçməkdə azaddırlar. Bu əbədi mübarizə varlığın mahiyyətini təşkil edir. Deməli, 
«Əksliklərin vəhdəti və mübarizəsinin inkişafin mənbəyi olması haqqında dialektik 
qanunauyğunluq hələ «Avesta»da ozünəməxsus şəkildə ifadə olunmuşdur. 
2. Zərdüştilik, nəticə etibarilə xeyrin şər üzərində, işığın zülmət üzərində qələbəsinə inam və 
etiqaddır. Gec-tez xeyir qələbə çalacaqdır, lakin insanlar fəaliyyətsiz halda durub bu qələbəni 
gözləməməli, özləri şərlə mübarizəyə qoşulub bu qələbəni daha da yaxınlaşdırmalıdırlar. Azad 
iradəyə 
malik 
olan 
insanlar, 
şəxsiyyətlər 
öz 
fəallıqları 
ilə 
dünyada 
ədalətin, xeyrin qələbəsinin təmin edilməsinə kömək göstərməlidirlər. 
3. «Avesta»da köçəri həyat tərzi pislənir, ona dünyada şərin təzahürü kimi baxılır, oturaq 
həyat, əkinçilik isə təriflənir, ona xeyrin,ədalətintəzahürü kımibaxılır. Bununlada köçəri tayfaların 
hücumlarına etiraz bildirilir. 
4. Zərdüştliyin ictimai-tarixi görüşləri ziddiyyətli, mifık səciyyə daşıyır. Zərdüştə görə 
dünya tarıxi 12 min il uzanacaq, hər 3 min ildən bir xeyir və şər qüvvələrinin hökmranlığı bir-
birini əvəz edəcəkdir. 3 min il Hörmüz ardıcıllarının «qızıl əsri»olacaq,sonraisə onuƏhriman 
vəşər qüvvələvin hökmranlığı əvəz edəcəkdir. Lakin şər müvəqqətıdir, onun ardıcılları axirətdə 
hər cür əzab-əziyyətə məhkumdurlar, axirət məhkəməsində ağır cəza alacaqlar. Xeyrin - 
Hörmüzün tərəfdarları isə axirət xoşbəxtliyinə yetışəcəkdir. 
5. Zərdüştliyin dünyagörüşü dualist səciyyə daşıyır. Həm maddi, həm də ideal olan 
başlanğıclar xeyir və şər keyfiyyətlərə malik olmaqla iki hissəni vəhdətdə ifadə edirlər. Ayinçilik 
praktikasında fetişizm, animizm, totemizm ibtidai dini ənənələrini də ifadə edən, kainatın 4 
ünsürdən (od, su, hava, torpaq) ibarət olmasına inadla bağlı ritual və mərasimlər geniş yer 
tutmuşdur. «Avesta»nın animistik təsəvvürlərinə görə bütün təbiət canlana bilər, ruh təkcə insana 
və heyvana məxsus deyildir, bütün başqa cisim və əşyalarda da ruh mövcuddur. Ruh həmin 
cisimlərdən kənarda da müstəqil yaşaya bilər və yaşayır. Ruh elə daxili qüvvədir ki, onun 
vasitəsilə hər şey - insan, bitki, günəş, ay, ulduz, bütün dünya hərəkət edir, mövcud olur. Insanın 
bədən və ruhdan ibarət olması ideyası da «Avesta»da öz əksini tapmışdır. Ruh insanın şüurlu 
fəaliyyətini - duyğu, təfəkkür, nitq, iradə və s. tənzim edir, onların mənbəyidir. 
6. Zərdüştilikdə oda sitayiş ənənələri güclü olmuşdur. Bütün zərdüşt mənbələrində məşəl 
yanmışdır, odla bağlı rituallar icra edilmiş, oda qurban kəsilmiş, pərəstiş olunmuşdur. Elə bunun 
nəticəsidir ki, ona bəzən atəşpərəstlik də deyilir. 
7. Zərdüştliyin mənəvi-əxlaqi idealı da xeyirlə, ədalətlə sıx bağlı olmuşdur. «Avesta»da 
zərdüştliyin idealı üç prinsiplə ifadə olunmuşdur: insan özünün bütün fəaliyyətini «xeyir fıkir, 
xeyir söz və xeyir iş"in vəhdəti əsasında qurmalıdır. Deməli, xeyirxah fikirləşməli, həmişə yaxşı, 
xeyrli danışmalı və faydalı, gözəl işlər görməli, həmişə şəri rədd etməlidir. Bu üç tələb Zərdüştliyin 
əxlagi, saflaşdırıcı prinsipləridir.
8.«Avesta»nın cəmiyyətə, dövtət idarəçiliyinə baxışlarında qəbilə-tayfa münasibətlərinin 
demokratik prinsipləri və quldarlıq demokratiyası təqdir olunsa da, «Avesta»nın sonrakı 
tərtibatlarında monarxiya üsul-idarəsi başlıca dövlət idarəçiliyi forması elan olunmuşdur.
Zərdüştliyin müqəddəs kitabı Avesta (Qanun) olub, Vendidad, Yasna və Vispered adlı üç 
kitabdan ibarətdir. Vendidad (Videvdat "Divlər əleyhinə qanun") - şər qüvvələrin dəf edilməsinə 
yönəldilən qanun, Yasna ("Dua etmə", "Sitayiş etnıə") ibadət və qurban vermə mərasimi zamanı 
oxunan ayrı-ayrı qanunlar və Vispered (və ya Visprat -"hakimlərin hakimi", "Allahların hamısı") 
dua xarakterli mahnıları tərənnüm edən qanunlardır. Birinci iki kitabda toplanılmış dini 
mərasimləri əks etdirən mətnlər (yaştlar - himnlər) Aveslanın ən qədim hissələri hesab olunurlar. 
Onlar müxtəlif vaxtlarda yaranmış, irili-xırdalı 21 hissədən ibarətdir. Yasnanın əsas məzmununu 
Zərdüştün lirikası (qatlar) təşkil edir. Vispered Yasnanın ayrı-ayn hissələrinə əlavələrdir. 


34 
Avestanın əsas ideyası bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüvvələr arasında 
daimi mübarizə gedir. Dünyada mövcud olan bütün şeylər bu mübarizənin nəticəsində yaranır. 
Hər yerdə işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, ədalətlə haqsızlıq arasında mübarizə gedir. 
Zərdüştüiyə görə, xeyir Allahı Hörmüz (Ahura-Mazda) əvvəl-axır şər Allahı Əhrimən (Anhra-
Manyuya) üzərində qələbə çalacaq, şər həmişəlik yox olacaq. Bununla belə, Avesta politeist və 
monoteist müddəalardan da xali deyildir. Onun ən qədim parçalarında çoxallahlılıq, o cümlədən 
Günəşi, Ayı və ulduzları ilahiləşdirmək meyli, qatlarda isə, təkallahlılıq meyli güclüdür. 
Əhəmənilər dövründə (e.ə.VI-IV əsrlərdə) zərdüştilik rəsmi dövlət dini e'lan edildikdən sonra 
onun dualist və politeist cəhətləri arxa plana keçirilmiş, Hörmüz formasında tələffüz edilən Ahura-
Mazda (Hikmət Ağa) bütün mövcudatm yeganə yaradıcısı, vahid Allah sayılmışdır. 
Avestadakı birinci yaşt (Himn) Ahura-Mazdaya (Hörmüzə) həsr olunmuşdur. Burada 
Hörmüzə alqış, Əhrimənə nifrət bildiriləndən sonra zərdüştilik etikasının əsas triadası ön plana 
çəkilərək and içmə formasında deyilir: "Xeyirxah fıkirlə, xeyirxah sözlə və xeyirxah əməllə 
xeyirxah fikri, xeyirxah sözü və xeyirxah əməli tə'rif edirəm. Bütün hamını xeyirxah fikrə, 
xeyirxah sözə və xeyirxah əmələ çağırır, bəd fikirdən, bəd sözdən və bəd əməldən əl çəkirəm". 
Avestadakı dini-fəlsəfi, təbii-elmi, sosial-siyasi baxışlar o dövrün idealogiyasında yüksək 
səviyyəsi ilə seçilirdi. Azərbaycanda yaradılmış Avesta İran, Orta Asiya və başqa yerlərdə də 
yayılmışdır. Onun elmi və idealoji nüfuz dairəsi isə daha uzaqlara gedib çıxmışdır. Bu, yunan elmi-
fəlsəfı fikrində, xüsusən Demokritin dünyagörüşünün formalaşmasında özünü aşkar biruzə verir.
Avesladakı bütün mə"nəviyyat üç ifadədə yekunlaşdırılırdı: Xeyirxah fikir, xeyirxah söz, 
xeyirxah əməl. Demokrit Zərdüştün bu üçlüyünü (triadasını) təkrarlamışdır. Avestada həqiqətən, 
düzgünlük və ədalət hər şeydən üstün tutulurdu. Demokrit də bunu qəbul etmişdir. 
Hazırda zərdüştilik Iranda kəbrlər, Hindistanda isə parslar arasında qalmaqdadır. Onların 
sayı 100 min nəfərdən artıqdır.
Bütövlükdə, “Avesta”da irəli sürülmüş fikirlər sonralar təkcə şərq xalqlarının deyil, eyni 
zamanda dünya mədəniyyətinin inkişafında böyük rol oynamışdır. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə