2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Canlı haqqında müasir baxışlara



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə23/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   19   20   21   22   23   24   25   26   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Canlı haqqında müasir baxışlara
nəzər salmaq məqsədəuyğundur. İnsanlara bizim 
planetin çərçivəsi ilə məhdudlaşan yalnız Yer həyatı məlumdur. Artıq bu gün qətiyyətlə bildirməyə 
cəhd edirlər ki, Yer kürəsindən başqa Günəş sisteminin planetlərindən heç birində həyat yoxdur. 
Doğrudur yerdənkənar həyat və sivilizasiyanın axtarışı davam edir (məsələn, kosmik məkanda 
olduqca mürəkkəb üzvi birləşmə aşkar olunmuşdur - bu molekulların olduqca sadə formaları və 
Yerdə həyatın kimyəvi bünövrəsidir), ancaq belə bir ehtimalla razılaşmamaq olmur ki, Kainatın 
bizim öyrənməyimiz üçün mümkün olan heç bir yerində, Yerdən başqa həyat yoxdur. Bəlkə də 
çılğın təxəyyüllə bu fikirlə razılaşmamaq da olar: ancaq bu ehtimalı nəzərə alaraq bəşəriyyət Yerdə 
həyatın saxlanmasına daha çox qayğı göstərməlidir. Canlı və cansız təbiət arasında olan həddi 
dəqiqləşdirməyə cəhd edən insan labüdən həyatın mənşəyi haqqında məsələ ilə toqquşur. Cansız 
təbiətin, ümumiyyətlə təbiətin mənşəyi haqqında məsələ ilə canlı təbiətin mənşəyi haqqında 
məsələ arasındakı əsaslı fərqə diqqət yetirmək lazımdır. Birincidən fərqli olaraq ikinci məsələ 


30 
yalnız mücərrəd məna kəsb etmir (biz ondan çıxış edirik ki, təbiət bu və ya digər formada əbədi 
olaraq mövcuddur), həm də ciddi təbii elmi məzmuna malikdir. Bu məsələ bəşəriyyəti onun bütün 
tarixi boyu narahat etmişdir; lakin uzun illər o, yalnız mifin, dinin və ya naturfəlsəfənin dili ilə 
müzakirə olunmuşdur. Dini dünyagörüş üçün həyatın əmələ gəlməsi İlahinin düşüncələrinə 
müvafiq olaraq yaranmışdır. Həyatın mənşəyi haqqında təbii elmi biliklərin dünyagörüşü 
əhəmiyyəti müəyyən mənada bununla müəyyən olunur; bu biliklər XX əsrdə daha çox 
toplanmışdır. Bununla bağlı təbiətşünaslığın qarşısında dayanan vəzifə ondan ibarətdir ki, o, 
göstərir ki, Yerdə həyatın yaranması bizim planetin əvvəlki təkamülünün qanunauyğun nəticəsidir, 
o, xarici iradənin işə qarışmasını və zəruri və kifayət qədər olan şəraiti müəyyən etməyi, eyni 
zamanda cansız təbiətdən həyatın ilkin formasına dialektik sıçrayışın ardıcıl mərhələlərini tələb 
etmir.
Yerdə həyatın ilk əlamətləri təqribən 3,8 milyard il əvvəl yaranmışdır. Ondan xeyli sonra, 
təqribən 2 milyard il əvvəl fotosintezə, yəni Günəş işığının enerjisinin kimyəvi reaksiya üçün 
istifadə edilməsinə qadir olan ilk hüceyrələr meydana gəlmişdir, bu prosesdə oksigen ayrılır. Bu 
Yerdəki atmosferi, onun kimyəvi tərkibinin xarakterini əsaslı şəkildə dəyişmişdir və həyatın Yer 
səthində sürətlə yayılmasına imkan vermişdir yəni bütöv sistem, məhz biosfera əmələ gəlmişdir.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə