2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə19/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   15   16   17   18   19   20   21   22   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Ekoloji böhranla
bağlı bəzi məqamları qeyd etmək məqsədəuyğundur. Ekoloji vəziyyətin 
mümkün növləri arasında tədqiqatçıların diqqətini xüsusi ilə cəlb edən böhranlı vəziyyətdir. Bu da 
tam izah olunandır, belə ki, bu cür vəziyyət yalnız nəzəri deyil, həm də praktiki əhəmiyyət kəsb 
edir. Ekoloji böhran deyərkən «cəmiyyət-təbiət» sisteminin dinamik inkişafının pozulmasını 
xarakterizə edən, «cəmiyyət-təbiət» münasibətlərinin olduqca kəskinləşməsi, onun ziddiyyət 
həddinə çatması, ekoloji fəaliyyət vasitəsi ilə sistemin daxilindəki əlaqənin dəyişməsini zəruri 
edən ekoloji vəziyyət tipi başa düşülür. Sistemin böhranı öz ifadəsini sistemin özündə, onun daxili 
ziddiyyətlərinin inkişafında tapır. Bu sistemin daxili inkişafında onların qanılıqlı fəaliyyətində 
ekoloji böhranın imkanı yatır, lakin onların həlli də onların öz daxilindədir. Məsələn, belə güman 
edirlər ki, Amerikanın qədim sivilizasiyası (inklərin, asteklərin, mayyaların) torpağını həddindən 
artıq istismarı nəticəsində yaranan ekoloji böhranın nəticəsində məhv olmuşdur. Elmi tədqiqat 
üçün (istər nəzəri, istərsə də tətbiqi) ən böyük maraq antropogen ekoloji böhran təşkil edir. Bu da 
aydındır; öz mənşələri etibarı ilə onları prinsipcə aradan qaldırmaq olar, onları törədən cəmiyyətdə 
bu böhranı aradan qaldırmaq üçün kifayət qədər imkan da vardır.
Aydındır ki, bu üç an ictimai mənşəyə malikdir. Onlardan ilk ikisi elmi-texniki inqilabdan 
birbaşa və bilavasitə yaranmışdır; xüsusilə də elmi-texniki tərəqqinin silahlanma sahəsinə tətbiqi 
burada mühüm rol oynayır. Üçüncü anın bəzi izaha ehtiyacı var. Birincisi, sizdə belə bir sual 
yarana bilər: əgər XX əsrin ikinci yarısında bəşəriyyət 20-30 il ərzində öz əhalisinin sayını iki dəfə 
artırırsa, onda Maltus öz fikirlərində düz deyildirmi? Bu suala cavab verərkən nəzərə almaq 
lazımdır ki, əhalinin artımının müasir sürəti bəşəriyyətin inkişafı üçün norma deyildir və yaxın 
gələcəkdə onun kifayət qədər azalacağı gözlənilir (əvvəllər əhalinin iki dəfə artması üçün yüz əlli 
il lazım gəlmişdir). İkincisi, söhbət mütləq şəkildə əhalinin çox artımından getmir. Əgər bu gün 
zəif inkişaf etmiş ölkələrdə il ərzində əlli milyon adam acından ölürsə, bu yer kürəsində ərzaq 
ehtiyatlarının tükənməsi demək deyildir. Müasir elmi-texniki tərəqqi əkin sahələrinin becərilməsi 
və hər hektardan otuz sentinerdən çox taxıl almağa imkan verir və bu da 7 milyard əhalini 
yedizdirməyə kifayət edir. Bu ölkələrin geridə qalmasına səbəb onların yaşadıqları müstəmləkə 
həyatının qoyduğu izdir, onların istismar olunması, ərzağın əsas kütləsinin inkişaf etmiş şimalın 
əlində cəmlənməsidir. Beləliklə, biz bu gün əvvəllər görünməyən miqyasda olan ümumplanetar 
böhranla üz-üzə dayanımşıq, ilk baxışdan sırf ekoloji böhran xarakterində olan bu vəziyyət 
sivilizasiyanın ümumi böhranına çevrilmişdir, bu da həyatın bütün sahələrini - iqtisadi, ictimai, 
mənəvi sahələri tam əhatə etmiş, onun normal inkişafına mane olmuşdur.
Bu gün dünyadakı ekoloji vəziyyəti böhranlı vəziyyət kimi xarakterizə etmək olar. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə