2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə20/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   16   17   18   19   20   21   22   23   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Qlobal 
ekoloji problem
kimi aşağıdakıları qeyd etmək olar: 
• bitki və heyvanların minlərlə növü məhv edilmiş və məhv edilməkdə dava edir; 
• meşə sahələri kifayət qədər qırılmışdır; 
• faydalı yeraltı sərvətlərin ehtiyatları sürətlə azalır; 
• canlı orqanizmin məhv edilməsi nəticəsində dünya okeanı yalnız sıradan çıxmır, həm də 
təbii proseslərin nizamlayıcısı ola bilmir; 
• atmosfer müəyyən ərazilərdə qəbul olunmuş normadan artıq dərəcədə 
çirklənmişdir, təmiz hava artıq çatışmır; 


28 
azon təbəqəsi qismən pozulub, bütün canlılara məhvedici təsir göstərəcək, kosmik 
şüalanmadan Yer kürəsini qoruyan azon təbəqəsinin pozğunluğu ağır nəticələrə gətirib çıxara 
bilər; 
• təbii landşaftın üst qatı çirklənib: Yer kürəsində bir qarış belə yer tapmaq mümkün deyildir 
ki, insan tərəfindən süni şəkildə yaradılan elementlər olmasın.
İnsan təbiətə yalnız gəlir mənbəyi: öz həyat təlabatlarını ödəmək mənbəyi kimi baxdığından, 
insanın təbiətə istehlak münasibəti açıq şəkildə özünü göstərir. Bəşəriyyət üçün təbiəti münasibət 
fəlsəfəsinin özünü dəyişdirmək həyati əhəmiyyət kəsb edən bir problemə çevrilmişdir.
Bəşəriyyətin müasir inkişaf mərhələsində noosfera haqqında təlim xüsusi əhəmiyyət kəsb 
etmişdir. İnsan özünün bütün tarixi ərzində şüurlu və şüursuz şəkildə təbiəti fəth etməyə cəhd 
etmişdir. Təbiətin üzərində dayanmaq, onu fəth etmək, onu özünə tabe etmək -insanın təbiətə 
münasibətində qarşısına qoyduğu məqsəd bu olmuşdur. Bu məqsədə çatmaq yolunda çoxlu 
nailiyyətlər əldə edən insan təbiəti yaxşılaşdırmaq fıkrinə düşmüş, maşınla idarə olunan istehsal, 
texnogen və kompüterli sivilizasiya yaratmışdır. Lakin təbiətə bu cür texnoqrafik yanaşma bu gün 
ondan irəli gələn təhlükəni açıq şəkildə göstərir. Təbiəti düşünmədən istismar etmək ətraf mühitin 
çirklənməsinə gətirib çıxartmışdır, təbii ehtiyatlar, su ehtiyatları azalır, bu da biosferanın 
dağılmasına, Yer kürəsində məskunlaşan bütün canlıların məhv olmasına gətirib çıxartmışdır. 
Biosferaya təsir göstərən mənfi millər içərisində sənaye istehsahnı xüsusilə qeyd etmək lazımdır: 
istilik elektrik stansiyaları, qara və əlvan metallurgiya, kimyəvi və sement zavodlarının və s. ətraf 
mühitə vurduğu ziyanın miqyası ölçüyə gəlməzdir. Hal-hazırda bizim planetdəki bütün sənaye 
müəssisələri il ərzində atmosferə 1250 milyon ton oksidləşmiş karbon, 10 milyon tonlarla kükürdlü 
anhidrit (su ilə birləşdikdə turşu hasil edən oksid), 20 milyon tona qədər oksidləşmiş azot, milyon 
tonlarla ftor (rəngsiz qaz) xlor və kükürd atılır. Bütün bunlar məcmu şəkildə planetdə temperaturun 
yüksəlməsinə, atmosferin və təbii suların çirklənməsinə, ozon qatının dağılmasına, iqlim 
yağışlarına və təbiət və insan üçün öldürücü olan digər məhvedici nəticələrə gətirib çıxarır.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə