2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə28/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   24   25   26   27   28   29   30   31   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Avreliy Avqustinin
dini-fəlsəfi dünyagörüşü 
teosentrik dünyagörüşüdür - Allahın varlığını ontoloji cəhətdən sübuta yetirmək məqsədi güdən 
Avqustinin fəlsəfi sisteminin əsasında Allah durur. Dünyada hər şeyi, habelə insanın düşüncəsini, 
fəaliyyətini müəyyən edən Allah insana zehni qabiliyyət, həyatın sirlərinə bələd olmaq bacarığını 
bəxş etdiyindən "insan bütün ömrünü Allaha məhəbbət bəsləməyə ithaf etməlidir. Avqustinin 
təlimində varlıq anlayışı xeyirxahlıqdan, xoş əməldən ayrılmazdır.
Avqustinin fəlsəfəsi Allahı və insan ruhunu üstun tutur. O, ilahi əməli və ruhi obyektləri dərk 
etməyi müdriklik sayır. Müdrikliyin bütün məcmusu müqəddəs yazılarda verilmişdir. Dini əxlaq 
ruhu xilas etməyin ümdə şərtidir. Əxlaqın vacib tələbi "ədəbi qanunların yaradıcısı" olan Allaha 
səmimi məhəbbətdir. 
Xristian ideologiyasını antik mədəniyyət ənənələri ilə üzləşdirən, dini ehkamı fəlsəfi cəhətdən 
əsaslandırmağa cəhd edən Osqot krallığının siyasətçi şair filosofu 
Boesinin
irsini orta əsrlər 


40 
sxolastları olduğu kimi, dəyişmədən qəbul etmişdir. İnamla ağlın birləşməsini Boesi onların 
bərabərhüquqlu ittifaqı kimi yox, ağlın inama xidmət etməsi, fəlsəfənin ilahiyyata tabe olması kimi 
fərz edir. Onun fikrincə, fəlsəfə ilaiyyatı əvəz edə bilməz və etməməlidir. İnamın müddəalarının 
mötəbərliyi rasional sübutdan aslı deyil. Fəlsəfənin funksiyası yalnız inamın qabaqcadan müəyyən 
etdiklərini aydınlaşdırmaqdan ibarətdir
.
Realizmin formalaşmasında Aostadan olan rolunu da işıqlandırmaq məqsədəuyğundur. İnamla 
ağlın münasibətini aydınlaşdırarkən Anselm Avqustin kimi inama qəti üstünlük vermişdir. 
Xristian dininin müdəalları onun üçün sarsılmaz həqiqətdir. Dindar adam üçün dialektika vacibdir. 
Çünki dialektika adamı inamında əmin edir. Anselm hər yerdə özünün məşhur "inanmaq üçün 
düşünürəm, inanıram, ona görə düşünürəm" - tezisini irəli sürür.
Anselmin tələbəsi, erkən sxolastikasının mütərəqqi istiqamətinin nümayəndəsi 
Pyer Abelyar
sxalostikaya qarşı çıxır, müqəddəs yazıların ziddiyətli təbiətini açır, ağlı idrakın başlıca mənbəyi 
hesab edərək, "inaniram ki, dərk edim" tezisinə qarşı "dərk edirəm ki, inanım" tezisini qoyur, 
dünyəvi biliklərin o cümlədən antik fəlsəfənin həqiqəti müəyyən etmək üçün faydalı olması fikrini 
irəli sürür. 
Abelyar "lehinə" və "əleyhinə" olan dəlilləri tutuşdurmaq yolu ilə həqiqətin məntiqi şəkildə sübut 
etmək metodunu işləyib hazırlamışdır. O, dialektikanın qızğın tərəfdarı olmuşdur. 
Xlll əsrdə sxoslaktikanın daha da çiçəkləndiyi bir dövrdə, Oksford universitetində, onun 
müəllimləri arasında avtoritetləri deyil, birbaşa təcrübə və müşahidənin apelyasiyasını tələb edən 
istiqamət meydana gəldi. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə