2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


SƏDNİK  PAŞA   PİRSULTANLI -80



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

38

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                  TƏBRİKLƏR

- Bu Sədnikin tayı-bərabəri yoxdu. Mən buna mat qalmışam ki, insan nə qədər 

gəzib dolanar... Mən hara gedirəm deyirlər, səndən əvvəl Sədnik müəllim gəlmişdi. 

Baxın, Sədnik belə Sədnikdi!

Arada  bir  Mürsəl  müəllimlə  Sədnik  müəllim  zarafatlaşırdılar.  Bəzən  elə 

olurdu ki, dostlar görüşə bilmirdilər. Sədnik müəllim Gəncədən gələn kimi Mürsəl 

müəllimi axtarırdı:

- Uşaqlar, Mürsəli görmüsünüzmü? 

Bəzən də elə olurdu ki, Sədnik müəllim Bakıya gəlib gedəndən sonra Mürsəl 

müəllim bizdən soruşardı:

Sədnik gəlibmi? Burdadırsa durub gözləyim, görüşüb sonra gedərəm. 

Sədnik  müəllim  həm  də  şairdir.  Hələ  gənc  yaşlarından  bədii  yaradıcılığa 

başlayıb. daha doğrusu folklorşünaslığını şairliyi tamamlayır. 

Hörmətli  Sədnik  müəllimin  bədii  yaradıcılığının  maraqlı  cəhəti  odur  ki, 

poeziya  aşıq  şeirlərindən  ibarətdir, xalqın  canlı  danışıq  dilini,  saf  düşüncələrini 

özündə əks etdirir. 

Sədnik  müəllim  həm  də  yaxşı  ailə  başçısıdır.  O,  övladlarını  vətənə,  xalqa, 

folklora məhəbbət ruhunda tərbiyə  edib. Onların hər birinin ruhunda, canında ulu 

Tanrıya,  canlı  təbiətə,  insanlara  tükənməz  məhəbbət  və  sevgi  var.  Bu  sevginin, 

məhəbbətin qaynağı soy-kökdən gələn qan yaddaşı, Sədnik müəllimin əsərlərindən 

süzülən saflıq, təmizlik və böyüklükdür. 

Təbii  ki,  Sədnik  müəllim  haqqında  çox  söz  demək  olar.  Mən  burada  ancaq 

ürəyindən keçənlərin bir hissəsini yazdım. 

Səksən yaşın mübarək, Sədnik müəllim!

Gün o gün olsun sənin yüz illiyini keçirək!

Tacir   SƏMİMİ

AMEA Folklor İnstitutunun elmi işçisi



39

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                 TƏBRİKLƏR

Xalq  yaradıcılığına  məhəbbətlə

Professor  Sədnik  Paşa    Pirsultanlının  Azərbaycan  şifahi  xalq    ədəbiyyatı 

nümunələrini  toplamaq,  tədqiq  və  nəşr  etmək  sahəsində  gördüyü  işlərin 

miqyasını  gözönünə  gətirdikdə  heyrətlənməyə  bilmirsən.  Görkəmli  alimin  bu 

sahədəki  fədakar  əməyini    yalnız  qeyri-adi  gücə  malik  əfsanəvi  folklor  

qəhrəmanlarının hünər  və şücaəti ilə   müqayisə etmək olar.  Qədim və  müasir 

türklərin  yayıldığı    tarixi,  coğrafi  arealı  Sədnik  Paşa  Pirsultanlı    qədər  gəzib-

dolaşan, onun hər qarışına, çox əsrlik yaddaşını özündə əks etdirən nümunələrə 

Sədnik Paşa Pirsultanlı qədər yaxından  bələd olan ikinci bir folklor araşdırıcısı 

tapmaq  çətindir.  S.P.Pirsultanlı    60  ildən  artıq  bir  müddət  ərzində  ayağında 

dəmir çarıq, əlində dəmir əsa  xalqımızın zəngin və unikal  söz saxlancının izinə 

düşmüş,  onu  çox  böyük    bir  canıyananlıqla,  xüsusi  bir  qayğı  və  məhəbbətlə 

toplayıb araya, ərsəyə gətirmişdir. 

Şifahi  xalq  ədəbiyyatının  elə bir  janrına rast gəlmək mümkün    deyil ki, o 

istər  folklor  materialları  toplayıcısı,  istərsə  də  tədqiqatçı  alim  kimi, 

S.P.Pirsultanlının diqqətindən kənarda qalsın. Hətta bu janrların bir neçəsinin, o 

cümlədən  əfsanə və əsatirlərin, aşıq  poeziyasını və s.  nəzəri əsaslarının elmi-

metodoloji cəhətdən  yenidən və daha mükəmməl şəkildə işlənməsi sahəsində də 

S.Pirsultanlının xidmətləri az olmamışdır. 

Məhz S.P.Pirsultanlının məhsuldar və gərgin  əməyi sayəsində Azərbaycan 

əfsanələrinin    böyük  bir  qismi  itib  batmaq  təhlükəsindən  xilas  olaraq  əbədi 

yaşamaq haqqı  qazanmış  və özünün obyektiv elmi qiymətini almışdır. 

Azərbaycan  aşıq məktəbləri, xüsusilə Kəlbəcər aşıq məktəbi və onun ayrı-

ayrı  görkəmli  nümayəndələrinin  yaradıcılığı,  ifaçılıq  xüsusiyyətləri  ilk  dəfə 

olaraq S.P.Pirsultanlı tərəfindən geniş və fundamental şəkildə tədqiq 



40

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                  TƏBRİKLƏR

olunmuşdur.  S.P.Pirsultanlı  ozan-aşıq  sənətinin  mənşəyini,  zaman-zaman 

yaranıb,  formalaşan  aşıq  məktəblərnin  hər  birinə    ayrı-ayrılıqda  özünəməxsus 

fərqli sənətkarlıq manerasını, şagird-ustad münasibətlərini araşdırmış,  elmə və 

musiqi  ictimaiyytinə  məlum  olan  və  olmayan  aşıq  havalarının  sayını  təxmin 

etməyə təşəbbüs göstərmiş, onların tipoloji təsnifatını verməyə çalışmışdır. 

Azərbaycan  aşıq  poeziyası  öz  inkişafında  hansı  mərhələlərdən keçmişdir? 

S.P.Pirsultanlının təkcə bu məsələnin araşdırılması ilə bağlı ardıcıl və səmərəli 

elmi müşahidələri, gəldiyi nəticələr bir neçə kitabda öz əksini tapmışdır. 

Şifahi xalq ədəbiyyatının öz papulyar janrlarından  olan atalar sözlərindəki 

bir  mühüm  cəhət  – onların  nəsr  və  nəzm    şəklində  olması  bir  alim  kimi 

S.P.Pirsultanlının diqqətini cəlb etmiş  və o,  bu  problemə  də  öz  tədqiqatlarında 

geniş yer ayırmışdır. 

Ağız  ədəbiyyatında  öz  lirizmi,  emosionallığı  insanın  ən  həzin  və  kövrək  

duyğularına  yaxınlığı ilə  seçilən    bayatılar  haqqında  maraqlı  fikirlər   söylənən  

S.P.Pirsultanlı  bu  janrın  ideya-bədii  cəhətdən  son  dərəcə    kamil  nümunələrini 

yaratmış  məşhur  Sarı  Aşığın  bayatıları  üzərində  geniş  dayanır,  milli  poetik 

düşüncəmizin zənginləşməsində onun əvəzsiz  rolunu yüksək  dəyərləndirir. 

S.P.Pirsultanlı şifahi və  yazılı ədəbiyyatımız arasındakı  genetik  əlaqə və 

bağlılıqları  son  dərəcə  diqqət  və  həssaslıqla  araşdırmış,  xalq  bədii  təfək-

küründən  qidalanaraq  yaranan  və  formalaşan  klassik  söz  sənətimizin  bu 

zəmindəki      axtarışlarının  əsas  prinsiplərini  və  qanunauyğunluqlarını  nəzərdən 

keçirmişdir. 

S.P.Pirsultanlı xalq yumorunun,  ata-babalarımızın nikbin və şux ovqatının 

məhsulu  olan  gülməcələr,  məşhur    gülüş  qəhrəmanları  haqqında  da    maraqlı 

fikirlər söyləmiş, xalq gülüşünün bədii-estetik mahiyyətini açıqlamışdır.

Bundan başqa S.P.Pirsultanlı xalqımızın ictimai, siyasi və mədəni həyatında 

mühüm rol oynamış konkret tarixi şəxsiyyətlər, məşhur mahnılarımız  və el 




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə