2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


SƏDNİK  PAŞA   PİRSULTANLI -80



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   ...   12   13   14   15   16   17   18   19   20

58

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                 TƏBRİKLƏR

olmaq millətə qarşı sevgi tələb edir. Millətimə və onun soykökünə olan sevgim 

mənim  daimi  yardımçım  olub.  Mən  millətimi  və  onun  folklorunu  sevə-sevə 

ucalmışam.  Millətin  soykökünə,  böyüklüyünə  inanmadan  alim  kimi  uğur 

qazanmaq mümkünsüzdür.

Hərdən şeir də yazırsınız...

Mən demək olar ki, şeirlərimlə bərabər doğulmuşam. Bu mənim qanımdan, 

soyumdan gəlir. Nəslimizin  şair oğlu  Abdulkərim  1931-ci  ildə sovet  dövründə 

güllələnib.  Doğmalarımdan  eşitdiyim  bu  qəmli  hadisə  ürəyimdə  indi  də  qövr 

eləyir. İtirilən yurd yerlərimiz, o cümlədən də son dövrlərin itkisi olan Qarabağ, 

Şuşa,  Laçın,  Kəlbəcər,  Göyçənin  əldən  getməsi  acılı-ağrılı  şeirlərimin 

mövzusuna çevrilib. Yaradıcılığımı şeirsiz təsəvvür etmirəm.

Sədnik  Paşa Pirsultanlı  üçün paytaxtdan uzaqda, əyalətdə elmlə  məşğul 

olmaq  çətin  deyilki?  Ümumiyyətlə  əyalətdə  alim  olmaq,  elmlə  məşğul  olmaq 

sizi yormur ki?

Qətiyyən yorulmuram. Paytaxtda elm adamı olmaq, elmlə məşğul olmaq 

mənim  üçün  çətin  olardı.  Bu  daha  çox  riyaziyyatçılara,  kimyaçılara,  fiziklərə 

lazımdır. Mənim sahəm isə  paytaxtda o  qədər də nəticə verməz. Qoy folklorla 

məşğul  olan, ancaq  Bakıda  yaşayan  həmkarlarım  inciməsin.  Onların  işi 

toplananları  tədqiq  edib  kitabdan  kitaba  köçürməkdir.  Mən  isə  özüm  toplayıb 

özüm  də  tədqiq  etmişəm.  Buna  daha  çox  Gəncədə  yaşadığım  üçün  nail  ola 

bilmişəm.  Bakıda  yaşayan  tədqiqatçı-folklorşünaslarla  müqayisədə  özümün 

daha çox üstünlüyümü hiss edirəm. İnsanlar da, elm adamları da əyalətdə daha 

millidirlər. Mən Gəncədən bir gün də ayrı qala bilmərəm. Ancaq bir alim kimi 

tez-tez  Bakıda  televiziyalardan,  ali  məktəblərdən  dəvət  alıram  və  öz  vəzifəmi 

Bakıda  da  yerinə  yetirirəm.    14  namizədlik,  6  doktorluq  işinin  apponenti 

olmuşam. Gəncədə  yaşasam  da  dünya  ilə  əlaqələrim  çox  genişdir.  Türkiyədə, 

Almaniyada,  Avstriyada  əsərlərim,  tədqiqatlarım  tədris  olunur.  Harada 

yaşamasından asılı olmayaraq alimin bir vəzifəsi var-  millətinə və elmə xidmət 

etmək!  Çox  xoşbəxtəm  ki,  elm  sahəsindəki  fəaliyyətim  həm  xalq  tərəfindən, 

həm  elm  adamları  tərəfindən,  həm  də  dövlətimiz  tərəfindən  qiymətləndirilir. 

Gəncədə  yaşamağım,  Ulu  Nizami  torpağıyla,  onun  Gəncəni  dolaşan  ruhuyla 

olan irtibatım mənim hər zaman mənəvi stimulum olub. 

Ustad,  bir  az  da  öz  soykökünüz  barədə,  nəsil-nəcabətiniz  barədə 

oxuculara məlumat verərdiniz.

Babam Pirsultan Abdalı Sultan Səlimin göstərişi ilə Xızır Paşa Şah İsmayılı 

müdafiə etdiyi üçün Sivasda 1515-ci ildə asdırıb. Babam öz dövrünün tanınmış 

şairi olub. Türkiyədə "Pirsultan Abdal" imzası məşhurdur. Toylarda, mağarlarda 




59

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                 TƏBRİKLƏR

babamın  şeirlərini  oxuyurlar.  Hazırda  Türkiyədə  "Pirsultanlı"  soyundan  olan 

xeyli adam yaşayır. 

Pirsultan  babamız  asılandan  sonra  nəslin  bir  qolu  indiki  İrana  gəlib, 

Təbrizin  78  kilometrliyində  Pirsultan  kəndi  salıb.  Neçə  illərdən  sonra  həmin 

nəslin bir qolu da Gəncəyə gəlib, indiki Pirsultan dağının ətəyində  bizim tayfa 

Pirsultan  kəndi  salıb.  30-cu  illərdə  ruslar  həmin  kəndi  yerlə  yeksan  ediblər, 

kişilərini də güllələyiblər. Salamat qalanlar Qazağın Kosalar kəndinə, Şəmkirin 

İrmaşlı  kəndinə  dağılışıblar.  Amma  bütün  əzab-əziyyətə  baxmayaraq  nəslimiz 

biri-birindən  xəbər  tutub,  itib-batmayıb.  Sovet  hökuməti  süqut  edəndə  mən 

"Pirsultanlı"  soyadını  götürdüm,  artıq  təhlükə  sovuşmuşdu.  İndi  “Pirsultanlı” 

soyundan olmaq  cinayət  sayılmır.   Nəvələrimin hamısı soyadlarının Pirsultanlı 

olduğunu  bilməsi  üçün  təxəllüsümü  soyumun  adına  uyğun  olaraq  “Pirsultanlı” 

götürdüm. Hər  halda  soyu yaşatmaq, nəcabəti ilə  fəxr eləmək gözəl  əlamətdir. 

Tarix  boyunca  millətimizi  məhv  etmək  üçün  onun  ilk  növbədə  adını,  soyadını 

özgələşdiriblər.  Mən  özümüzə  qayıdışın  qürurunu,  gözəl  tərəflərini  saysam 

qurtarmaz. Ç ox-çox sevilən bir nəsil olduğumuz üçün nəslimizin bizlərə qoyub 

getdiyi  qüruru,  onuru  bu  gün  mən  yaşadıram.  Bizim  “Pirsultanlı” soyunun  bir 

şüarı  var:  “Əlini,  dilini,  belini  halal  saxla,  o  zaman  sənə  ölüm  yoxdur.  Əks 

təqdirdə soyu yaşatmaq çətindir”.



Ömrü n 80-ci baharındasınız, özünüzü bu yaşda necə hiss edirsiniz? Yeni 

kitablarınızın çapı, yeni tədqiqatlarınız bu yaşda da davam edirmi? 

Təbii  ki,  80  yaşın  müdrikliyi  ilə bərabər  kədəri  də  var.  Bizim  nəslimiz 

uzunömürlü  və  zəhmətkeş  nəsildir.  Hər  şeyə  rəğmən  elmi  araşdırmalarım, 

tədqiqatlarım,  elmi  işlərim  davam  edir.  80  il  yaşamaq  və  54  il  elmlə  məşğul 

olmaq  hər  insana  nəsib  olan  xoşbəxtlik  deyil.  Bu  xoşbəxtliyi  mənə  yaşadan, 

məni  bu  yaşda  da  gümrah  saxlayan  Allahıma  çox  minnətdaram.  Nə  arzu 

etmişəmsə,  Allahdan nə istəmişəmsə  mənə verib.  Mərhum ömür-gün  yoldaşım 

Səfurə  xanım  mənim  uğurlarımda,  yüksəlişimdə  əsil  çiyindaşım  olub.  Əksər 

əsərlərimi  makinada  yazan,  korrektə  və  redaktə  edən  o  olub.  O  həm  də  gözəl 

ədəbiyyat  adamı  idi. Hisslərə,  şeirə  qiymət  verə  bilirdi.  Məni  anlaması,  başa 

düşməsi, mənə qol-qanad olması, uğurlarıma sevinməsi  elm  adamı kimi  mənə 

böyük  stimul  olub.  Bəlkə  də  80  il  yaşamağıma  səbəb  gözəl ailəmin olmasıdır. 

Övladlarım  da,  nəvələrim  də,  nəticəm  də  mənim  qol-qanadım,  yaşamağa 

sevgimdir.

Bir  gündə  olsun  elmdən  ayrı  qalmıram.  Demək  olar  ki,  hər  gün  elmlə 

məşğulam. Bu yaxınlarda “Aşıq Şəmşirin poetik aləminə səyahət”, “Azərbaycan 

əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi” adlı kitablarım 

çap  olunub.  “Azərbaycan  əfsanə  və  rəvayətlərinin  ədəbi  abidələrimizlə 

müqayisəli tədqiqi” adlı əsərim Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi 



60

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                 TƏBRİKLƏR

ilə Anadolu türkcəsinə uyğulanıb və nəşr olunub. Ümumiyyətlə 54 ildə bir alimi 

xoşbəxt edə biləcək 50 kitabım, o cümlədən 20 monoqrafiyam çap olunub.

Yubiley  ərəfəsində hansı  qurumlardan  bəkləntiləriniz  var?  Yubiley 

tədbirləri gözlənilirmi?

Azərbaycan Yazıçılar Birliyinin, Mədəniyyət və Turizm Nazirliyin, GDU-

nun  diqqətini  gözləyirəm.  Tanıyanlar  bilir  ki,  mən  yubiley  həvəskarı  deyiləm. 

Bir dəstə gül, bir təbrik məktubu mənə yetərlidir. 



Sədnik  Paşa  Pirsultanlı  bir  folklorşünas  kimi  geriyə  boylananda  hansı 

yarımçıq qalmış işlərə təəssüflənir? 

1961-ci  ildə  Aşıq  Bəstinin  şeirlərini  toplamaq  üçün  at  belində  Kəlbəcəri 

kənd-kənd gəzirdim. Nadirxanlı kəndində Aşıq Hüseyn Qılınclının qonağıydım. 

Aşıq  mənə  dedi  ki,  əzbərimdə  “Vaqif”  adlı  dastan  var.  Gəl  danışım  yaz 

maqintafon  lentinə.  Əsil  sərvət  budur.  Sən  tez  kitab  çıxarıb  məhşurlaşmaq 

istəyirsən  ancaq  belə  gözəl  bir  dastan  itib  gedə  bilər.  Aşığın  sözünə  qulaq 

asmayıb  Aşıq  Bəstinin  şeirlərini  toplamağa  davam  elədim.  Bir  il  sonra 

Nadirxanlıya qayıdanda Aşıq Hüseyn  tanrı rəhmətinə qovuşmuşdu. Təəssüf ki, 

belə gözəl bir inci yazıya alınmadı.

Bir  də  Göyçənin  Qoşabulaq kəndində,  Daşkəndli şair  Məmmədhüseynin 

nəvəsi  Mirvari  Əsəd  qızının  çox  gözəl  şeirləri  vardı.  Təəssüf  ki,  işimin 

çoxluğundan yalnız onun üç şeirini yazıya ala bildim.

Ü mumilikdə  isə  bir  vətəndaş  kimi  itirilən  yurd  yerlərimiz  məni  daha  çox 

təəssüfləndirdi. Dərbənd, Təbriz, Göyçə, Qarabağ kimi gözəl yerlərin itirilməsi 

məni çox təəssüfləndirir.

Müsahibə verdiyiniz üçün təşəkür edirik.

Söhbətləşdi: Cəlil Cavanşir

Müsahibə  may  ayında  Sədnik  Paşa  Pirsultanlının  yubileyi 

münasibətilə  “Mərkəz”  qəzetində, 

www.celilyurdseven.tk

internet 

saytında,    “Turan  Eli”  qəzetində,  “Molla  Nəsrəddin  dünyası” 

jurnalında dərc olunub.



61

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                 TƏBRİKLƏR

Sədnik Paşa Pirsultanlı (Paşayev Sədnik  Xəlil  oğlu)

1. Paşayev Sədnik Xəlil oğlu

2. Pirsultanlı

3. Şair

4. Filologiya elmlər doktoru, professor

5. 1988-ci ilin dekabr ayının 30-da “Əmək veteranı”, 1992-ci ilin may ayının 

4-də  Əməkdar  Mədəniyyət  işçisi,  2007-ci  ilin  yanvar  ayında  Qabaqcıl 

Təhsil  işçisi,  Türkiyə  Cumhuriyyəti  Kültür  Bakanlığının  “Teşekkür 

belgesi”-ni almışdır.



6. 20  may  1929-cu    il    tarixdə    Azərbaycan  Respublikasının  Daşkəsən 

rayonunun Qazaxyolçular kəndində  anadan olub.



7.

1946-cı ildə “Daşkəsən” qəzetində “Zəfər bayramı” adlı ilk şeiri çap olunub.



8. Natamam  orta  təhsilini  Qazaxyolçular  kəndində,  orta  təhsilini    Dəstəfur 

internat  məktəbində  alıb.    1950-ci  ildə  H.B.Zərdabi  adına  Kirovabad 

Dövlət  Pedaqoji  İnstitutunun    (indiki  Gəncə  Dövlət  Universitetinin) 

birinci kursuna qəbul olunub, 1954-cü ildə  Azərbaycan dili və ədəbiyyat 

fakültəsini   bitirib.  

9. 2004-cü ildən AYB-nin üzvüdür.

10. 1955-ci ildən 1970-ci ilə qədər “Yeni Daşkəsən” (Daşkəsən), “Mübariz” 

(Goranboy)  və  “Yenilik”  (Kəlbəcər)  rayon  qəzetlərində  redaktor, 

“Kirovabad  kommunisti”  qəzetinin  məsul  katibi  işləyib.  1970-ci  ilin 

oktyabr ayında H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna 

müsabiqə  yolu  ilə  müəllim  qəbul  olunub,    baş  müəllim,  dosent 

vəzifələrində  işləyib.  Hal-hazırda  Gəncə  Dövlət  Universitetinin 

professorudur. 

11.1993-cü ildən Ankarada keçirilən “İpək yolu uluslararası xalq ədəbiyyatı 

simpoziumu”nda  və Nev şəhərində  keçirilən  “Hacı  Veli  Bektaşi” 

törənində məruzəçi kimi çıxış edib.

12.1955-ci ilin iyul ayından  “Bilik” cəmiyyətinin, 1960-ci ilin iyun ayından  

Jurnalistlər  Birliyinin,  1989-cu  ilin  aprel  ayından  Aşıqlar  Birliyinin,     

1998-ci ilin oktyabr ayından Azərbaycan Vətən Müharibəsi Veteranlar



62

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                 TƏBRİKLƏR

Birliyinin  (fəxri),    2003-cü  ilin    iyun  ayından  Yeni  Azərbaycan 

Partiyasının,  2004-cü ilin aprel ayından Yazıçılar Birliyinin üzvüdür.

13. Almaniya Avropa Türk-İslam Birliyinin dəvəti ilə “Yunus İmrəyə sevgi 

ili” kutlamalarında məruzəçi kimi çıxış edib, Türkiyədə, elmi konfraslarda 

və  simpoziumlarda  iştirak  edib,  ali  məktəblərdə  dərs  deyib,  İranda 

yaradıcılıq səfərində olub.



14. 2007-ci ildə “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 2009-cu 

ildə “Tərəqqi” medalı ilə təltif olunub



15. Kitablarının siyahisi

1. Лалə, Ашыг Бəсти. Эəнълик, Бакı, 1969, 55 səh, 10.000 nüsxə

2. Йашайан əфсанəлəр, Эəнълик,  Bakı, 1973, 78 səh, 4.000 nüsxə

3. Xəstə Гасым, Эəнълик, Bakı, 1975, 64 səh, 2.200 nüsxə

4. Йурdумузун əфсанəлəри, Бакı, 1976,  45 səh, 30.000 nüsxə

5. Низами вə фолклор, Билик, Бакı, 1976, 65 səh, 2.500 nüsxə

6. Йанардаь əфсанəлəри, Эəнълик, Бакı, 1978, 160 səh, 20.000 nüsxə

7. Азəрбайъан  xалq йараdыъылыьынын  inkişafı,  Билик,  Бакı, 1981, 40  səh, 

1000 nüsxə

8. Низами və xalq əfsanələri, Эəнълик,  Бакı, 1983, 128 səh, 4.000 nüsxə

9. Байатылар  (топлайанлар:  В.  Вəлийев,  С.  Пашайев), Йазыçы, Бакı,

1985, 200 səh, 40.000 nüsxə

10. Azərbaycan  əfsanələrinin  öyrənilməsi, Билик,  Бакı,  1985,  70  səh, 

500 nüsxə

11. Азəрбайъан  xalq əфсанəлəри,  Йазычы,  Бакı, 1985, 285  səh,  50.000 

nüsxə


12. Азəрбайъан  mifoloji  мəтнлəри,  Елм, Бакı, 1988, (топлайанлар 

Сəдник  Пашайев,  Маqбет  Əщмəдов,  Ариф  Ращимов,  Ариф  Аъаlov),

180 səh, 25.000 nüsxə

13. Азəрбайъан  Фолклору  вə

ашыq

йарадыъылыьы  (дəрс  китабы),



Азəрбайъан  Дöвлəт  Университеtи  Нəшрийyаты, Бакı, 1989, 88  səh,   

500 nüsxə

14. Azərbaycan  xalq dastanlarının  tədrisinə  dair (metodik  göstəriş),

Bakı, 1989, səh 48, nüsxə 500

15. ХЫХ  əsr Азəрбайъан  ашыq йараdыъылыьы  (дəрс  vəsaiti), Азəрбайъан 

ДПИ- нин нəшрийyаты, Бакı, 1990,  98 səh, 500 nüsxə

16. Öz  səsim

(şeirlər),  İdeya nəşriyyatı, Gəncə,  1990,  72  səh,          

500 nüsxə



63

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                   TƏBRİKLƏR

17. Азəрбайъан xalq сюйлəмəлəри, Йазыçы, Бакı, 1992, 211 səh, 10.000 

nüsxə

18. Пирсултан булаьы (шeирлəр), Елм, Бакı, 1994, 110 səh, 1000 nüsxə



19. Инъичичəyим (шeирлəр), Эəнъə, 1996, 100 səh, 500 nüsxə

20. Караьан  Усубун  lətifələri, Gəncə,  1997,  тəкрар  2000, 2001,                

37 səh, 1000 nüsxə

21. Xalqın söz mirvariləri, Азəрнəшр, 1999, 110 səh, 500 nüsxə

22. Илащи бир сəс (шeирлəр), Эəнъə, 1999, 110 səh, 500 nüsxə

23. Унну Аьъанын lətifələri, Еколоgiya nəşriyyatı, Эəнъə, 1999, 60 səh, 

500 nüsxə

24. Ağdabanlı şair Qurban, Эəнълик, Бакı, 2000, 177 səh, 500 nüsxə

25. Дабровол Qасымын lətifələri, «Əsgəroğlu»,Gəncə, 2001, 62 səh, 200 

nüsxə


26. Йəщйа  бəй  Дилгəмə el-oba  məhəbbəti, Бакı,  Аэащ 2001, 105  səh, 

600 nüsxə

27. Ашыq Бəсти “Bənövşələr” “Əсэəроьлу”,  Gəncə, 2001,  80  səh,  300 

nüsxə


28.Heca vəznli şeir və mənzum atalar sözləri, Эəнъə, Аэащ, 2001, 110 

səh, 200 nüsxə

29. Heca  vəznli  tapmacaların  inkişafı,  AGAH  nəşriyyatı, Gəncə,  2001, 

110 səh, 300 nüsxə

30. Азəрбайъан  епосунуn əфсанə qaynaqları,  Азəрнəшр, Бакı, 2002,

102 səh, 500 nüsxə

31. Qaraxanlı  Künə  Dəmirin  lətifələri, Эəнъə,  «Pirsultan»,  2002,         

51 səh, 200 nüsxə

32. Qамышлы  шаир  Рцстəм,  «Laçın  qaya,  çal  yadıma  düşəndə»,  Gəncə, 

«Pirsultan», 2002, 80 səh, 300 nüsxə

33. Yuxular олмасайды, «Pirsultan», 2002, 60 səh, 150 nüsxə

34. Озан-Ашыq сəнəтинин nəzəri мəсəлəлəри, Бакı, Озан, 2002, 208 səh, 

250 nüsxə

35. Озан-Ашыq йарадыъылыьынa  dair  арашdıрмалар, Ы  ъилd, Эəнъə,

«Pirsultan», 2002, 203 səh, 150 nüsxə

36. Озан-Ашыq йарадыъылыьынa dair  арашdырмалар, ЫЫ  ъилd, Эəнъə,

«Pirsultan», 2002, 230 səh, 100 nüsxə

37.Бир  ичим  нəьмə (шeирлəр), Эəнъə, «Pirsultan»,  2003,  70  səh,  100 

nüsxə

38. Щeъа  вəзнли  байаты  ве  qошма  мöъüзəлərи, Эəncə,  «Pirsultan», 



2003, 80 səh, 100 nüsxə

39. Эəнъəбасар lətifələri, Эəнъə, «Аgah», 2005, 201 səh, 300 nüsxə

40. Бир чичəк дə Вəтəндi, Эəнъə, 2005, 127 səh, 200 nüsxə



64

SƏDNİK  PAŞA   PİRSULTANLI -80     

                                  TƏBRİKLƏR

41.Əsatirlər, əfsanələr, rəvayətlər( S.P.Pirsultanlı və digər müəlliflər),

“Şərq-Qərb”, 2005, 304 səh, 2500 nüsxə

42. Мир Ъəфəр Баьыров йаddашларда, «Pirsultan», Gəncə, 2005, 80 səh, 

100 nüsxə

43. Елдəн-обадан  eşitdiklərim,  Эəнъə, «Аgah»,  2005, 170  səh,            

200 nüsxə

44. Yıldızdağdan əsən külək, Gəncə, 2006, 100 səh, 200 nüsxə

45. Azərbaycan  Folkloruna  dair  tədqiqlər,  Gəncə,  2006,  402  səh, 

200 nüsxə

46. Publisistika və folklor, Gəncə, 330 səh, 200 nüsxə.

47.Azərbaycan  əfsanə  və  rəvayətlərinin  ədəbi  abidələrimizlə 

müqayisəli tədqiqi, Elm, 2007, 310 səh, 500 nüsxə

48.Pirsultan  Pinarı, (  Şeirlər), «Pirsultan», Gəncə, 2007, 666  səh, 

100 nüsxə

49. Saz  nəfəsli  şeirlərim, «Pirsultan», Gəncə, 2008,  121 səh,                 

200 nüsxə

50.Aşıq  Şəmşirin  poetik  aləminə  səyahət,  “Təknur”,  Bakı, 2008,            

295 səh, 500 nüsxə

51. Azərbaycan türklərinin xalq əfsanələri, Azərnəşr 2009, 427 səh, 



200 nüsxə

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə