2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   2   3   4   5   6   7   8   9   ...   20

5

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80

2009-cu  il  may  ayının  20-də 

folklorşünas  alim  Sədnik  Paşa 

Pirsultanlının 80 yaşı tamam oldu. 

Gəncə Dövlət Universitetində o, 40

ildir  ki, dərs  deyir.  Universitet 

rəhbərliyi  onun  yubileyini  yeni 

dərs  ilində  keçirməyi  qərara 

almışdır.  Alimin  80  illiyi  ilə 

əlaqədar ölkələrdən və bölgələrdən 

təbrik  məktubları  gəlir.  Biz  həmin 

məktubları  hissə-hissə  “Pirsultan”

jurnalında  dərc  edirik.  Əlbəttə, 

nəticədə bunlar  toplanıb  kitab 

halında nəşr olunacaq. 

Ç ox hörmətli  Sədnik müəllim!

Sizi  çağdaş  folklorşünaslığımızın  ən  görkəmli 

zəhmətkeş  və  məşhur  nümayəndələrindən  biri  kimi  80  illik 

yubileyiniz  münasibətilə  ürəkdən  təbrik  edirəm.  Azərbaycan 

folklorunun toplanması və tədqiqinə böyük xidmətləri  olan bir 

ədəbiyyatşünas  kimi  siz folklorşünaslıq  elmimizin  inkişafına 

ciddi  töhfələr  vermişsiniz.  Müxtəlif  zamanlarda  çap 

etdirdiyimiz  monoqrafiyalar, folklor  antologiyaları  folklor-

şünaslığın  tarixində  silinməz  izlər  buraxmışdır.  Siz  bir  el 

ağsaqqalı və dost  kimi  də böyük etibar qazanmışsınız.  Sizi  bir 

daha ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, daha böyük 

yaradıcılıq uğurları arzulayıram.  

                                              İSA HƏBİBBƏYLİ,

                  Naxçıvan Dövlət Universitetinin rektoru,

21.05.2009



6

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                                   

TƏBRİKLƏR

On  illər  boyu  el  sözümüzü,  füsunkar  əfsanələrimizi  sevərək 

toplayan,  duyaraq  araşdıran,  bu  gedişatda  özü  də  əfsanələşən  əziz 

Sədnik müəllimin 80 yaşı yalnız onun doğmalarının, ailəsinin bayramı 

deyil, bizim də bayramımızdır. 

Bu  dəyərli  ömrün  54  ili  millətə  xidmətə  sərf  edilibsə,  demək 

Sədnik  müəllimin  varlığı  da  milli  ruhumuzun  ayrılmaz  bir  parçasına 

çevrilib. Demək Sədnik müəllimin doğum günü və yuvarlaq ildönümü 

də ədəbi və mədəni həyatımızın bayramlarındandır. 

Əziz  Sədnik müəllim, Sizə cavan ürəyinizdəki böyük niyyətləri 

gerçəkləşdirmək  və  xalqımızı  yeni-yeni  qiymətli  əsərlərinizlə 

sevindirmək  üçün  bundan  da  çoxlu  sağlam  və  fərəh  dolu  illər 

diləyirəm. Bayramınız, bayramımız mübarək olsun!

Rafael  Hüseynov,

AMEA Nizami Gəncəvi adına 

Milli Azərbaycan ədəbiyyatı 

muzeyinin direktoru, millət vəkili 

19.05.2009



7

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80

TƏBRİKLƏR

                                      

Hörmətli Sədnik müəllim!

80  illik  yubileyiniz  münasibətilə  Sizi  səmimi  qəlbdən 

təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür diləyirəm. 

Fürsətdən  istifadə  edərək,  aşıq  ədəbiyyatı  və  folklorun 

inkişafı  üçün  göstərdiyiniz  xidmətlərə  görə  təşəkkür  edir, 

qarşıdakı işlərinizdə uğurlar arzulayıram. 

HULUSİ  KILIÇ,

Türkiyə Respublikasının Azərbaycandakı səfiri

19.05.2009

Sizi  80  illik  yubileyiniz 

münasibətilə 

ürəkdən 


təbrik 

edirəm.  Sizə  can  sağlığı,  uzun  

ömür, 

müvəffəqiyyətlər 



arzu 

edirəm. 


ƏRŞAD  ÖMƏR İSMAYIL

İraq Respublikasının 

Azərbaycandakı səfiri

Ulu    Hocamız  sekseninci 

ildönümünü 

izzet 


və 

hörmetle  kutlarız.  Sizinle 

kurur duyarık  ve sizi çok-

çok  severiz. 



YILDIZ  SAYSAL

Pirsultan  

torunlarından

21.05.2009

Sevgili Pirsultanlı 80-ci ad 

günün kutlu olsun. Nice  yıllara  

hemişe birge.



Selahettin DİKMEN,

Milli Egitim Bakanlığı, 

Genel müdür yardımcısı,

20.05.2009



Ailəmiz  və  əmək  kol-

lektivi adından Sizi yubileyiniz 

mü nasibəti  ilə  ürəkdən  təbrik 

edir,  Sizə    ilk  növbədə  can-

sağlığı,  uzun  ömür  arzu-

layıram.  Sizinlə  gözəl  insan, 

böyük 

şəxsiyyət, 

qayğıkeş

mü əllim  kimi  həmişə  fəxr 

edirik. 

NAZİM  BABABƏYLİ,

Milli Aerokosmik 

Agentliyi şöbə rəisi,

Naxçıvan MR deputatı,

21.05.2009


8

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                                   

TƏBRİKLƏR

Hörmətli  Sədnik müəllim!

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Folklor  İnstitutu  Sizin  anadan 

olmağınızın 80 illik yubileyini Azərbaycan mədəniyyətinin möhtəşəm hadisəsi kimi 

qiymətləndirib, yubiley sevinclərinə qoşulur. 

Hörmətli  professor,  Azərbaycan  folklorşünaslıq  elminin  inkişafında  Sizin 

əvəzolunmaz xidmətləriniz vardır. Siz uzun  onilliklər ərzində hər cür əzablara sinə 

gərib  milli  folklorumuzun  toplanması,  təbliği    və  tədqiqi  sahəsində  son  dərəcə 

böyük  uğurlar  əldə  etmisiniz.  Sizin  sayənizdə  milli  folklorumuzun  minlərlə  incisi 

itib-batmaqdan  xilas  olmuşdur.  Biz  Sizin  çoxsaylı  kitablarınızı  elmə  və  xalqa 

sədaqətlə xidmətin parlaq təzahürləri kimi qiymətləndiririk.

Hörmətli Sədnik müəllim. Siz bütün ömrünüzü əyalətdə yaşasanız da, həmişə 

Azərbaycanın    elmi  və  mədəni  həyatının  ön  cərgəsində  olmusunuz, öz  parlaq 

fəaliyyətinizlə  əyalətdə  yaşamağın, ətalətdə  yaşamaq    olmadığını  hamıya  sübut 

etmisiniz. 

Sizin  AMEA  Folklor  İnstitutundakı  fəaliyyətiniz  geniş  və  məhsuldardır. 

Kollektivin  hər  bir  üzvü  Sizi  özünə  doğma  sayır  və  öz  bilik  və  bacarıqlarınızı 

onlardan əsirgəmədiyinizi  çox yüksək qiymətləndirir. 

Siz  bu  gün  coşğun  elmi  fəaliyyətlə  məşğulsunuz.  Ardıcıl  şəkildə  çap  olunan 

kitablarınız  və  məqalələriniz  bizləri  sevindirməklə  yanaşı,  əsl  alim  ömrünü  necə 

yaşamağı da bizlərə öyrədir. 

Əziz Sədnik müəllim, biz Sizi çox sevir, Sizə uzun ömür, can sağlığı və yeni-

yeni yaradıcılıq uğurları arzulayırıq. 

Hüseyn  İSMAYILOV, 

AMEA Folklor İnstitutunun  kollektivi və 

institutun direktoru, filologiya elmləri doktoru, professor

23.05.2009

Qocaman  alim,  əvəzsiz  ziyalı, 

gözəl  şairimiz,  gənclərin  xeyirxah 

dostu S.P.Pirsultanlı!

Sizin 80  illik  yubileyinizi 

səmimi qəlbdən təbrik edirəm. Sizə 

uzun 

ömür, 


can 

sağlığı 


arzulayıram. 

Əsəd NƏSİRLİ,

BSU-nun Yaradıcılıq 

fakültəsinin dekan müavini

19.05.2009

Qocaman  alim,  əvəzsiz 

ziyalı, dəyərli insan Sədnik Paşa 

Pirsultanlını  80  illik  yubileyi 

münasibəti ilə “Çölçülər ədəbiy-

yat  birliyi”  adından  təbrik  edir, 

ona  bundan  sonrakı  həyatında 

can  sağlığı  və  yaradıcılıq 

uğurları arzulayırıq. 

Raqif  Raufoğlu, 

Bəxtiyar Elcan, Xanəmir

19.05.2009



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə