2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   2   3   4   5   6   7   8   9   ...   20

15

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                                    

TƏBRİKLƏR

Gəncə  Dövlət  Universitetinin  professoru,  filologiya  elmləri 

doktoru,  əməkdar  mədəniyyət  işçisi,  əməkdar  müəllim  Sədnik  Paşa 

Pirsultanlının  anadan  olmasının  80  illiyi  Azərbaycan  Yazıçılar 

Birliyinin  Gəncə  bölməsində  qeyd  edilmişdir.  Görkəmli  folklorşünas 

alimin 


qələm 

dostlarının, 

aşıqların, 

ədəbi 


ictimaiyyətin 

nümayəndələrinin  toplaşdığı  yubiley  məclisinip

AYB  Gəncə 

bölməsinin  sədri,  əməkdar  incəsənət  xadimi,  şair  Məmməd  Alim 

açaraq Sədnik Paşa Pirsultanlının Azərbaycan əfsanələrinin, digər xalq 

yaradıcılığı  nümunələrinin  toplanması  və  tədqiqi  sahəsində  elmi, 

nəzəri,  təcrübi  araşdırmalarının  böyük  əhəmiyyəti  üzərində  dayandı, 

ozan-aşıq,  epos-dastan  irsimizin  öyrənilməsi,  Nizami  “Xəmsə”sinin 

milli  zəminlə  sıx  bağlılığının  açıqlanması  ilə  əlaqədar  danılmaz 

xidmətlərini bir daha xatırlatdı. 

Yazıçı-şairlərdən Rəfiqə Sadıqova, Aləmzər Əlizadə, Nadir Ovçu, 

Zaur Quliyev,  Qivami  Qazıyev, Bəxtiyar Yunisoğlu, professor Abbas 

Səmədov,  jurnalistlərdən  Füzuli  Rüzgar,  Qasım  Qırxqızlı,  rəssam 

Niyazi  Əhmədov,  aktrisa  Rəhilə  Məmmədova,  müğənni  Nəzakət 

Həsənova, müəllim Fəxrəddin Həsənov və başqaları S.P.Pirsultanlının 

Azərbaycan-türk  folklorunun  məşhur  toplayıcısı  və  elmi-tədqiqatçısı 

kimi  hər  bir  bölgədə  sevilməsindən,  hörmət  və  ehtiramla 

qarşılanmasından məmnunluqla söz açdılar. 

Aşıqlardan  Rasim  Qayıbov,  İlqar  Nəcəfoğlu,  Afiq  Məmmədov, 

Abuzər Rzayev və Əli Kəlbəcərli yubiley məclisində S.P.Pirsultanlı ilə 

əlaqədar  maraqlı  əhvalatlar  söylədilər,  folklorşünas  alim  və  şairin 

qoşmalarını saz havaları üstündə məharətlə ifa etdilər. 

AYB Gəncə  bölməsi  adından S.P.Pirsultanlıya böyük gül  dəstəsi  

və hədiyyə təqdim   edən bölmənin sədri Məmməd Alim yubilyara can 

sağlığı, yeni yaradıcılıq uğurları arzuladı. Nəvələri Sübhan və Simran 

Paşayevlər  babanı  80  illik  yubileyi  günündə  gül  dəstəsi  ilə  təbrik 

etdilər. 

Axırda professor S.P.Pirsultanlı folklor nümunələrini 60 il ərzində 

necə toplayıb  tədqiq və  nəşr  etdirməsi  təcrübəsindən danışdı.  80  illik 

yubileyinin  belə  təntənəli  qeyd  olunmasına  görə  AYB-nin  Gəncə 

bölməsinə,  tədbirin  bütün  iştirakçılarına  minnətdarlığını  bildirdi. 

Yubiley məclisi aşıqlar xorunun ifası ilə yekunlaşdı. 



İlhamə  YUSİFOVA,

AYB Gəncə bölməsinin əməkdaşı,

“Gəncənin səsi” qəzeti, № 17, 28 may 2009-cu il, səh 4


16

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                                    

TƏBRİKLƏR

ANA    SÜDÜ 

Xalqın  yaratdığı  ədəbiyyat  insan  üçün  ana  südü  qədər  əhəmiyyətlidir. 

Körpəlikdə anasını əmməyən uşaq cılız qaldığı kimi, folkloru da bilməyən, onun 

şirəsini  içməyən  ədəbiyyatçı  da    nə  qədər    böyük  istedad  sahibi  olsa  da, həqiqi 

sənət yarada bilməz. Çünki, bütün sözlərin, deyimlərin, müdrik ifadələrin canında 

xalq  ruhu  olmalıdır. Həmin  ruh  isə  xalqın  yaratdığı  nümunələrin  cövhərindədir. 

Sədnik  Paşayev  təpədən  dırnağacan  xalq  ruhunda  formalaşıb.  O,  təkcə  xalq 

ədəbiyyatının  nağılları,  dastanları,  rəvayətləri,  qaravəlliləri,  aşıq  şeirini  əzbər 

bilməklə  kifayətlənmir,  öz yazılarında,  mühazirələrində  bu  ədəbiyyatın  ən  incə 

çalarlarından istifadə edir, şeirlərində xalq ruhunun daşıyıcısı rolunu oynayır. 

S.Paşayevlə  cəmi  bircə  il  – 1965-ci  ildə  bir  yerdə  işləmişik.  Goranboyda 

çıxan  “Mübariz”  qəzetində  o,  redaktor,  mən  isə  məsul  katib  olmuşam.  Amma 

həmin  bir  ilin  dostluğu  40  ildən  çoxdur  ki,  davam  edir.  Kim  bilir,  bəlkə  elə 

dostluğun ömrünün uzunluğu da elə həmin xalq ruhu ilə bağlıdır. Sədnik müəllim 

o zaman da ara-sıra şeirlər yazardı. Mən də ilk  qələm təcrübələrimi yaradırdım. 

Bizi  bir-birimizə bağlayan bəlkə də poetik ruh idi. Amma hərdən fikirləşirəm ki, 

yox, məsələ təkcə poetik ruhda deyil, bunun başqa səbəbləri də var idi. 

O zaman Goranboyda Sədnik müəllimdə qərib idi, mən də. Bəlkə qəribliyin 

də öz fəlsəfəsi var, deyə bilmərəm. Onu bilirəm ki, Sədnik müəllim bir redaktor 

kimi,  mənim  yazılarımı,  insanlara  münasibətimi,  davranışımı  bəyənirdi.  Qəzeti 

buraxmağı mənə etibar edirdi. Mən də etibardan sui istifadə etmirdim.

Goranboyda yaşadığım 1 il mənim üçün unudulmazdır. Həmin il gəncliyimin 

elə  bir  dövrünə  düşmüşdü  ki,  hər  şey  bütün  təfərrüatı  ilə  yadımda  qalıb.

Bir-birindən  gözəl  və  fərqli  insanlar...  Hərəsi  bir  əsərin  qəhrəmanı  ola  biləcək 

hazır  obrazlar...  Heyf  ki,  ömrün  günləri  sənin  əlində  deyil.  Sən  ondan istədiyin 

kimi  istifadə  edə  bilmirsən.  Yazmalı  olduqların  bir  qıraqda  qalır.  Heç  ağlına 

gəlməyənləri yazırsan. Bir də axı  insan  həyatı  maşın  deyil  ki,  istədiyin  səmtə



17

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                              

TƏBRİKLƏR

sürəsən. Elə insanlar var ki, mən sözümü deyənə qədər dünyalarını dəyişdilər. O 

günlərin  sevimli  qəhrəmanlarından  biri,  bəlkə  də  birincisi  Sədnik  müəllimdir. 

Onun haqqında çoxdan nəsə bir şey yazmaq istəyirdim.  Amma “üzlü” mövzular 

buna imkan vermirdi. Cəmi bircə il bir yerdə olsaq da elə bil ki, Sədnik müəllimlə 

bir ömür bərabər işləmişəm. Mən onun Gəncədəki evində - Bağmanlarda dəfələrlə 

olmuşam.  Həyat  yoldaşının  bişirdiyi  ləzzətli  xörəklərdən  yemişəm.  Sədnik 

müəllim bizim evimizdə az olub. Amma atam Abdulla da,  anam  Salatın da onu 

elə  xatırlayırdılar  ki,  elə  bil  öz  kiçik  qardaşlarını,  ya  da  öz  oğullarını  yada 

salırdılar.  Bir  müvəffəqiyyətim  olanda  anam  deyərdi:  - Bunu  Sədnik  müəllimə 

yaz. Atam deyərdi: - Sədnik müəllim gəlsəydi, bir əməlli söhbət edərdik. Atamı 

bu  insana  bağlayan  bir  də  Sədnik  müəllimin  daşkəsənli  olması  idi.  Atam 

cavanlığında  Dəstəfurda  işləmişdi.  Bəlkə  də  Sədnik  müəllimin  simasında  öz 

gəncliyini axtarırdı. 

Nə  yaxşı  ki,  2009-cu  ilin  bu  gözəl  yay  günlərində  Gəncəyə  gəldim. 

Təsadüfən  Sədnik  müəllimin  yubileyinə  hazırlıq  getdiyini  eşitdim,  bu  kiçik 

qeydləri  yazmağa  qərar  verdim.  Dünən  iyunun  14-də  Toğanaya  getmişdim. 

Qayalarda  bitmiş  bir  çiçək  gördüm.  Nədənsə  onu  Sədnik  müəllimə  bənzətdim. 

Əslində    qayalıqda  bitən  ağ  ləçəkli  bu  çiçəkciyəz,  elə  mənim  özümə  də 

bənzəyirdi. Məgər ömrümüz qayalıqda bitən çiçəyə oxşamırmı?!

Amma mən o çiçəyi başqa cür mənalandırdım. Onu nə özümə bənzətdim, nə 

də Sədnik müəllimə... Amma şeirin ruhunda ikimiz də varıq. Şeir belədir:

Q a y a l ı q d a   b i t ə n   ç i ç ə k ,

Q ə l b i n i   e ş q   g ə m i r d i m i ?

D a ş l ı q d a   n e c ə   b i t m i s ə n ,

S ə n i n   s e v g i n   d ə m i r d i m i ?

L a p   d o ğ r u s u   m a t   q a l m ı ş a m ,

B u   d ü n y a n ı n   x i s l ə t i n ə ,




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə