2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

27

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                    

TƏBRİKLƏR

Daşkəsən  təmiz  havalı,  saf  sulu,  sərin  bulaqlı,  başı  qarlı  uca  dağlar  qoynunda 

yerləşmiş romantik diyardır, saza və sözə qiymət verən gözəl məkandır.

Professor  Sədnik  Paşa  Pirsultanlı  ömrünün  parlaq  dövrünü  yaşayır,  yazıb  yaradır, 

hörmət  qazanır.  Dahi  Nizami  Gəncəvinin  (1141-1209)  “İsgəndərnamə”  poemasının  

“İqbalnamə”  hissəsindəki  aşağıdakı  misraları  professor  Sədnik  Paşa  Pirsultanlının  şərəfli 

ömrünün Salnaməsinə şamil etmək xoşbəxtlikdir. 

    Elmlə, hünərlə! Başqa cür heç kəs

    Heç kəsə üstünlük eyləyə bilməz! 

    Rütbələr içində seçilir biri,

    Hamıdan ucadır alimin yeri.

Professor Sədnik Paşayev Xəlil oğlu Pirsultanlı bu günün və sabahın mahir ustasıdır, 

çünki tələbələrin yüksək əqli inkişafına, elmi səviyyəsinin, biliyinin, dünyagörüşünün, mənəvi 

aləminin zənginləşdirilməsində gözəl pedaqoqdur, məsuliyyətli tərbiyəçidir, gözəl insan, incə, 

zərif,  həssas  qəlbli  tarixi  şəxsiyyətdir.    Onun  əsərləri  gənc  nəslin  təlim-tərbiyəsində və 

hərtərəfli  inkişaf etmiş bir şəxsiyyət kimi formalaşmasında zəngin təlim-tərbiyə xəzinəsidir. 

Tədqiqatçı alim,  istedadlı  folklorşünas  Sədnik  Paşa  Pirsultanlının  anadan  olduğu 

füsünkar  təbiətli,  dağlar  qoynunda yerləşmiş  Qazaxyolçular  kəndi  insana  bədii  estetik  zövq 

verir.  Onun  mənəvi  aləmini  zənginləşdirir.  Buna  görə  də  Sədnik  Paşa  Pirsultanlı  cavan, 

müdrik oğlandır, 80 illik yubileyinə kimsə inanmır. Onun gözəl qaməti, cəsarətli duruşu, incə 

yerişi, səmimi baxışı, mehriban görünüşü cavan oğlan təsiri bağışlayır. Hamı ürəkdən deyir:  

“Sədnik Paşa 100 illər  yaşa” .

Görkəmli folklorşünas alim, tədqiqatçı, nasir, çoxsaylı monoqrafiyaların, dərsliklərin, 

dərs vəsaitlərinin müəllifi professor Sədnik Paşa Pirsultanlı   müasir pedaqoq, istedadlı tarixi 

şəxsiyyətdir.  Təbii  istedada  malik  olan  Sədnik  Paşa  Pirsultanlı  xeyirxahlığı,  qayğıkeşliyi, 

zəngin  mənəviyyatlı, namuslu  olması  ilə  ümumxalq  məhəbbəti  qazanmış  və  qazanır.  Xalq 

şairi Zəlimxan Yaqub gözəl yazır: 

Bu dağlar qoynunda iki zirvə var, 

Biri Ələsgərin, biri Vurğunun! 

Hər gün ağ eylədi elin üzünü,

Nuru Ələsgərin, nuru Vurğunun!

Uca dağlar qoynunda uşaqlıq və gənclik illəri mənalı keçmiş Sədnik Paşayev Xəlil oğlu  

Pirsultanlının  səmimi,  zərif,  nurlu,  gözəl  xasiyyəti,  Xoşbulaq  yaylağının,  Həsənbaba, 

Həsənnənə,  Eldar,  Kəpəz,  Murov,  Qonur,  Qoşqar  dağlarının  romantik,  təbii  və  nurlu 

qoynunda  keçmiş,  igidlərin  qəhrəmanlığından,  yaylaqların  xoş  tamaşasından,  al-yaşıl 

geyinmiş,  meşələrin,  nərgizli,  bənövşəli,  güllü-çiçəkli  çəmənliklərin  gözəlliklərindən,  nurlu 

təbiətdən ilham almış, müdrik bir gənc kimi böyümüş, vətənpərvər, əməksevər, işgüzar dağlar 

oğlu olmuş, parlaq zirvələrə ucalmışdır. 

Məhəmməd Peyğəmbərin məşhur kəlamı var: “Alimləri eşidin, çünki onlar dünyanın 

çırağı,  axirət  nurudurlar”.  “Alimlərin  sərf  etdiyi  mürəkkəb,  şəhidlərin  tökülən  qanı  ilə 

tutuşduruldu, alimlərin mürəkkəbi çəkidə ağır gəldi”.



28

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                    

TƏBRİKLƏR

Azərbaycanda gənc  nəslin  təlim-tərbiyəsi  və  şifahi  xalq  yaradıcılığının  araşdırılıb 

tədqiq olunması ilə məşğul olan alim-pedaqoq Sədnik Paşa Pirsultanlı dünya şöhrətli alimdir, 

zəngin mənəviyyatlı gözəl insandır.

Namusla yaşadın, namusla durdun,

Heç kimə, heç kəsə quyu qazmadın.

Yaltağı, xaini gözündən vurdun,

Şöhrətə aldanıb, yolun azmadın.

Əziz Sədnik müəllim, vətənin oğlusan, elin oğlusan! Sədnik Paşa yüz yaşa!

Həyatda elə bəşəri keyfiyyətlər var ki, zaman və vaxt məfhumu tanımır. Səmimilik, 

təvazökarlıq, mərdlik, həqiqətsevərlik bəşəri keyfiyyətlərdir. Bu keyfiyyətlər mənim müəllim 

yoldaşım, qəlb sirdaşım Sədnik Paşa Pirsultanlıya məxsusdur.

İllərin  sınağından  çıxmış  Sədnik  müəllim  “cənnətini  bu  dünyada  qazanan  adamdır, 

onun üzündən nur tökülür, hamı deyir: “Ay Paşa, səni yüz yaşa!”

Gün o gün olsun ki, yüz yaşın olsun!

Könüllər sevinib, fərəhlə dolsun!

Qoy onda söyləyək mübarək olsun!

Sevinək, gülüşək, deyək mübarək!

Sədnik  Paşa  Pirsultanlı  zəhmət  ilə  ucalan  alimdir,  xeyirxah  insandır,  mənim  ziyalı 

dostum, mənəvi qardaşım, səmimi sirdaşımdır. Böyük el məhəbbətinə layiq olan gözəl alim-

pedaqoqdur.

Aşıq Ceyhun poetik dillə demişdir:

Kimin dostu çoxdu o bəxtiyardı, 

Onun həyat yolu bir növbahardı.

Dostluq elə bağdı, elə gülzardı,

Bağı bar verəcək ildən illərə.

Doğrudur,  Sədnik  Paşa  Pirsultanlının  başı  ağarmışdır.  Bir  həqiqəti  unutmaq  olmaz  ki,  bu 

bəyaz  saç  qocalıq  əlaməti  deyildir,  çünki  insanı  inandırmır.  Ataların  çox  müdrik  kəlamı 

vardır: “Uca dağ başına qar yağar!”

Azərbaycan  poeziyasının  bayraqdarı,  xalq  şairi  Səməd  Yusif  ağa  oğlu 

Hacıməmmədağayev (Vəkilov) çox mənalı poetik dillə demişdir:

Baş ağardı ancaq ürək,

Alovludur əvvəlki tək.

Professor Sədnik Paşa Pirsultanlı  soykökünə, elmi  əqidəsinə sadıq olan, ona hörmət 

və  məhəbbət  qazandıran  adlı-sanlı  bir nəslin  - Pirsultanlı  nəslinin  övladıdır.  Bizim  səmimi 

dostluğumuz, qarşılıqlı ehtiramımız halal ziyalı olmağımız həqiqətən xoşbəxtliyimizdir.

Sədnik  Paşa  Pirsultanlının  türk  torpağına  tükənməz  sevgisinin  əsası  ulu  babası 

Pirsultanın, Hacı Bektaşi Vəlinin, Mustafa Kamal Paşa Atatürkün bu müqəddəs torpaqda dəfn 

olunmasından  ibarətdir.  Bu  müdriklərin  müqəddəs  məzarları  türk  torpağında  ziyarətgaha 

çevrilmişdir.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə