2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                                    TƏBRİKLƏR



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   2   3   4   5   6   7   8   9   ...   20

18

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                                    TƏBRİKLƏR

N e c ə   o l u b   s ə n   t ə k   g ö z ə l ,

D ü ş ü b   q a y a   q i s m ə t i n ə .

E ş q   d e d i y i n   d ə l i l i k d i ,

L e y l i   d ə l i ,   M ə c n u n   d ə l i ,

S ə n   d ə   q a ç d ı n   ç ə m ə n l i k d ə n ,

Q a y a l ı ğ a , o l d u n   d ə l i .

Q a y a l a r d a   b i t ə n   ç i ç ə k ,

N ə   b a x ı r s a n   f a ğ ı r - f a ğ ı r ,

S ə n i n   s a k i t   b a x ı ş ı n d a n ,

Ü r ə k l ə r ə   a l o v   y a ğ ı r .  

Ç o x   i n c ə d i r   l ə ç ə k l ə r i n ,

S a n k i   k ə p ə n ə k   z ə r i d i ,

S ə n i   v e r d i m   b i r   g ö z ə l ə ,

Ö n ü m d ə   m u m   t ə k   ə r i d i .  

Z ə r i f - z ə r i f   t i t r ə y i r s ə n ,

N a z   e d i r s ə n   k ü l ə k l ə r ə ,

Q a y a l a r ı   d e ş ə n   g ö z ə l ,

T e z   y o l   t a p ı r   ü r ə k l ə r ə .

Ç o x   g ü c l ü y m ü ş   m ə h ə b b ə t i n ,

Q ə l b i m i   ç ə k d i   m i n   d a r a ,

S ə n ə   a ğ ı l   v e r ə m m ə d i m ,

M ə n   q o ş u l d u m   M ə c n u n l a r a .  

Biz ikimizdə belə deyilikmi Sədnik müəllim?  Biz də o çiçək kimi qayalarda 

bitdik. Zərif vücudumuzla  qayaları parçaladıq, yurd-yuva qurduq. 

Sevgisinin  ağırlığından  ayaqlarını  güclə  atan  80  yaşlı  oğlan,  xoş  gördük.          

80-nin mübarək!

Zahid XƏLİL,

Filologiya elmləri doktoru, professor

ADPU-nun ədəbiyyatın tədrisi 

metodikasının kafedra müdiri



19

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                                    TƏBRİKLƏR

Folklorumuzun Sədnik fenomeni və ya

alim ömrünün akkordları

40  ildən  artıqdır  ki,  Sədnik  Paşayevi  birgə  iş  şəraitində  tanıyır,  onun  tez-tez 

yazılarını qəzet və jurnallarda oxuyur, konveyer üsulu ilə nəşr olunan hər biri də elmi 

ədəbiyyatımızda yenilik olan kitablarını hər yerdə görürəm. Lakin Sədnik Paşayev, sən 

kimsən?    - sualını  verdikdə  cavablar  çox  olur.  Jurnalistin  əlası,  müəllimin 

əvəzedilməzi,  hamının  qibtə  etdiyi  alim,  insanlığın  təsvir  etməkdə  qələm  aciz  olan 

dünya vətəndaşı.

Bir  zamanlar  dekan  kimi  onun  mühazirəsində  iştirak  etmişəm.  Qulaq  asıb, 

metodikasını  öyrənmək  istəmişik.  Lakin  onun  dərsində  insanın  özündə  olması  müm-

kün deyil. Ona görə ki, nə qədər təsir altına düşməməyə çalışsan da bu mümkün deyil. 

Bir  də  görürsən  ki,  səni  çəkib  aparır  tariximizin  dərin  qatlarına,  dərsdə  olduğunu 

unudursan. Ozan kimi sazı yamsılaması da var, dərsdə Kərəm kimi odda yanması da,

Fərhad  kimi  dağları  çapması  da,  Arazın  apardığı  Saranın  yaratdığı  kədəri  el-obaya 

hayqırması  da.  Daha  var  olanlardan  danışmaq  istəmədim.  Onun  yaradıcılığında  var 

olanlardan  çox  olmayanlardan  danışmaq  çox  maraqlıdır.  Bir  insanın  bu  qədər  yükü 

çiynində axsatmadan daşıya bilməsi məni həmişə təəccübləndirir. 

Lakin  gerçək  olanlar  budur  ki,  Sədnik  Paşayev  sadaladığımız  və  sadalaya 

bilmədiyimiz sahələrdə çox yüksək göstəricilərə nail olub. Onun tərcümeyi-halı üçün 

etdiklərinin  az  bir  qismi  kifayət  edər  ki,  dostum  Sədnik  Paşayevi  xalqa  sevdirsin, 

tarixdə yaşatsın və həmin sahədə söz sahibi olsun. Bu həqiqəti də qəbul etmək lazımdır 

ki,  hansı  işdə  Sədnik  Paşayevin  imzası  varsa,  orada  müasir  terminologiya  ilə  ifadə 

etsək, o beynəlxalq miqyasda qəbul olunan markadır.

Azərbaycan  mədəniyyətinin  həmişəyaşar  sahələrindən  biri  də  şifahi  xalq 

ədəbiyyatıdır.  Bu  cəhət  xüsusi  olaraq  qeyd  edilməlidir  ki,  şifahi  xalq  ədəbiyyatının 

ömrü yazıya alınmasa sonsuz deyildir.  Şifahi xalq  ədəbiyyatımızı yaşadan   Sədnik 



20

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                            TƏBRİKLƏR

Paşayevin  qızıl axtaranları  andıran  ağrılı-acılı  əməksevərliyi  nəticəsində  mümkün ol-

muşdur.  Şifahi  xalq  ədəbiyyatında  Azərbaycanın  görkəmli  alimləri  var.  Onlar 

içərisində bir alimimiz var ki, onun məktəbi, şagirdləri az olsa da, məhsuldarlığı çox 

yüksəkdir. 

Mən  10  ildən  artıq  bir  müddətdə  qardaş Türkiyə  Universitetinin  professoru 

olaraq  işləmişəm.  Orada  tez-tez  respublika  və  beynəlxalq  konfranslarda  iştirak 

edirdim.  Konfranslarda  dünyanın  müxtəlif  ölkələrindən  alimlər  iştirak  edirdilər.  Bir 

dəfə Pakistandan və İran Universitetindən olan alimlərlə söhbətimizdə Sədnik Paşayev 

haqqında çox maraqlı bir söhbətlə tanış oldum. Onlar Azərbaycan şifahi xalq ədəbiy-

yatından danışdıqlarında “Sədnik Paşayev (Pirsultanlı) bir elmi tədqiqat institutundan 

çox iş görür” deyir və təəccüblərini gizlətmirdilər. Çox böyük bir qiymətdir. O zaman 

belə bir alimi tanıdığım üçün iftixar hissi keçirirdim. Türkiyə Universitetində kiminlə  

görüşdümsə, folklor adı gələndə Sədnik Paşayevin adını çəkirdilər. Elmi tədqiqatlarla 

insan  birləşəndə  nə  qədər  qəribə  olurmuş.  Sədnik  Paşayev  folkloru  sədnikləşdirdiyi 

kimi, özü də mübaliğəsiz folklorlaşıb. Eşq olsun belə alim ömrünə. 

Sədnik  Paşayev  qan  tökən  deyil.  Tariximizdə  tökülən  qanların  ünvanı  folklor 

mənbələri  əsasında  müəyyən  edən,  tarixi  həqiqətləri  ortaya  qoyan  bədxahlarımıza 

tutarlı  cavab  verən  alimlərimizdəndir.  Onun  ünvanları,  canlı  şahidləri  olmasa  da, 

canlılardan  daha  canlı  və  tariximizin  restavrasiya  ediləsində  mühüm  rol  oynayır. 

Cəbhələrdə qılınc çalmasa da, elm səngərində yeri qabaqdadır. Həmişə mübarizədədir. 

Türk  dünyasının  hər  yerini  qarış-qarış  gəzən,  on    minlərlə  evdə  qonaq  olan  Sədnik 

Paşayevə yaradıcılıq müvəffəqiyyətləri  arzulamaq yerinə düşər.

                       Həsənbala Sadıqov,

Professor 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə