2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                             TƏBRİKLƏR



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   2   3   4   5   6   7   8   9   10   ...   20

21

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                             TƏBRİKLƏR

    


              

U n i k a l   ş ə x s i y y ə t

Gəncə  Dövlət  Universitetinin professoru,  filologiya  elmləri  doktoru  Sədnik  Paşa 

Pirsultanlı  unikal şəxsiyyətdir. Onun unikallığını, təkrar olunmazlığını və bənzərsizliyini 

dərk etmək üçün dəyərli yaradıcılığının bəzi məqamları ilə tanış olmaq yetərlidir.

Sədnik Paşa Pirsultanlının unikallığının  ilk əlaməti  elmə  gəlişindən təzahür  edib. 

Elmə  gəlişinin  məqsədini  yalnız  aspiranturaya  qəbul  olunduqdan,  yaxud  dissertasiya 

mövzusu  götürdükdən  sonra  müəyyənləşdirən  çoxlarından  fərqli  olaraq  o,  ənənəvi, 

basmaqəlib,  Sovet  dövründə  deyildiyi  kimi,  dissertabelni  mövzulara  deyil,  bilavasitə 

xalqla, soy-kökümüzlə, dinimizlə sıx bağlı olan aşıq yaradıcılığına, əfsanələrimizə mehir 

salıb. Hətta demək olar ki, bir az də dərinə gedib, az qala unudulmaqda olan Ağdabanlı 

Qurbanı,  hikmətli  əfsanələrimizi,  necə  deyərlər,  yenidən  öz  sahibinə - Azərbaycan 

türkünə  qaytarıb.  Bu  məqamda  onu  xoşbəxt  alim  də  adlandırmaq  olar,  zira  mənsub 

olduğu  xalqa  əvəzsiz  xidmət  göstərib.  Folkloru  kabinetlərdə,  başqalarına  söykənməklə 

“araşdıranlardan”  fərqli  olaraq  o,  təkcə  məmləkətimizi  deyil,  türk  dünyasının  xeyli 

ərazisini qarış-qarış  gəzmiş,  itib-batmaqda  olan  folklor  incilərini,  külçələrini  zərgər 

sərraflığı  ilə  toplamış,  onları  şəxsi  yaradıcılıq  süzgəcindən  keçirərək,  gələcək  nəsillərə 

əmanət ediləcək ərməğan şəklinə salmışdır.

Sədnik  Paşa  Pirsultanlının  unikallığını  şərtləndirən  ikinci  amil,  fikrimizcə,  onun 

tanınmasının  geniş  miqyası  ilə  bağlıdır.  İstər  Sovetlər  dönəmində,  istərsə  də  bu  gün 

tanınma,  populyarlıq  baxımından  Sədnik  müəllimlə  yanaşı  tutulası  folklor  tədqiqatçısı 

tapmaq xeyli çətindir. O, yetərincə təvazökar insandır və özünün sələfləri və müasirləri ilə 

qarşılaşıdırılmasına  heç  vaxt  razı  olmur.  Biz  də  onun  mövqeyinə  hörmətlə  yanaşırıq. 

Lakin bu məqamda qarşıya haqlı olaraq bir neçə sual çıxır: Azərbaycan Respublikasının 

elə bir şəhəri, kəndi, türk dünyasının elə bir küncü, bucağı varmı ki, orada Sədnik Paşa 

Pirsultanlını  tanımasınlar?  Öz  işinə  ciddi  yanaşmağı  bacaran  elə  bir  folklor  tədqiqatçısı 

tanıyırsınızmı  ki,  o,  Sədnik  Paşa  Pirsultanlı  ilə  hesablaşmasın?  Bu,  bilirsinizmi,  nədən 

irəli gəlir? Sədnik müəllim tədqiqat obyektinə bal arısı kimi yanaşır, başqa sözlə, elə-belə 

ünsürləri deyil, ən şirin və qiymətli nemətləri toplayaraq öz “şanına” yığır, onları orijinal 

təfəkkürün  süzgəcindən  keçirərək  “bala”  çevirir. Nəticədə ortaya bal kim şirin 




22

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                    

TƏBRİKLƏR

əsərlər  qoyur  və  onları  “dadanların”  qəlbinə  və  zehninə  birdəfəlik  daxil  olur. 

Yaradıcılığının  bu  məziyyəti  sayəsində  onun  əsərləri  Azərbaycan  Respublikasının,  türk 

dünyasının coğrafi və mənəvi sərhədlərini çoxdan aşıb, Avropa, ABŞ folklorsevərlərinin 

və folklorşünaslarının ruhuna və zehninə asanlıqla  yol tapıb. Gəlin, qısqanclıq hisslərini 

bir kənara qoyaq, milli maraqlarımız naminə açıq etiraf etməyi bacaraq: ən azı, sonuncu 

kriteriya baxımından Sədnik Paşa Pirsultanlı ilə yanaşı tutulası folklorşünasımız yoxdur.

Sədnik Paşa Pirsultanlının unikallığını təmin edən üçüncü amil, zənnimizcə, onun 

təkcə  nəzəriyyəni  mükəmməl  bilən  folklorçu  olmaqla  kifayətlənməyərək,  möhtəşəm 

folklorçu-praktik  səviyyəsinə  yüksəlməsi  ilə  bağlıdır.  Peşəkar  mineroloq  bir  baxışla 

mineralları  bir-birindən  asanlıqla  seçdiyi  kimi,  Sədnik  müəllimin  də  anonim  bircə 

misraya,  bircə  beytə  ötəri  baxması  yetərli  olur  ki,  onun  kimə  məxsus  olmasını  dərhal 

müəyyənləşdirsin. Orası da xüsusi vurğulanmalıdır ki, Sədnik müəllimin bu məharəti həm 

klassik  aşıqlara,  həm  də  müasir  aşıqlara  münasibətdə  demək  olar  ki,  eyni  qüvvə  ilə 

təzahür edir. Həm də bunun nəticəsidir ki, bu gün Azərbaycan Respublikasının hüdudları 

daxilində,  hansı  bölgədə,  yaxud  şəhərdə  olursa-olsun,  aşıq  poeziyası  ənənə  statusu 

qazanıb.  Bu,  dolayısı  ilə,  o  deməkdir  ki,  Sədnik  müəllim,  bəlkə  də  özü  hiss  etmədən, 

sağlığında  klassikləşən,  klassikliyi  şübhə  doğurmayan  bəxtəvərlərin  cərgəsinə  qədəm 

qoyub.  

Dünyanın  müxtəlif  ölkələrində  bənzərsiz  alimlər  olub  və  əksər  hallarda  onların 

xidmətləri  layiqincə  qeyd  olunub.  Sağlığında  unikallaşan  və  klassikləşən  Sədnik  Paşa 

Pirsultanlının da çoxsaylı pərəstişkarları var və onlar milli-mənəvi dəyərləmizin prioritet 

sahələrindən olan folklorumuzun tədqiqi və təbliği yolunda müstəsna xidmətlər göstərmiş 

bu qocaman  alimin  80  illik  yubileyinin  təntənəli  şəkildə  qeyd  olunmasının 

intizarındadırlar.  Dövlətimizin  milli-mənəvi  dəyərlərimizin  qorunmasına  və  inkişafına 

müstəsna diqqət yetirdiyi indiki  məqamda bu arzunun reallaşacağına şübhə etmirik.          



             

         ƏLVAN ƏLİYEV

          GDU-nun baş müəllimi,

          AYB-nin üzvü


23

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                          

TƏBRİKLƏR

                 

80  yaş – qırmızı  ekvator  qurşağı

Orta hesabla hər bir normal adam dünyada 160 il ömür 

sürməlidir.  Bu,  tibb  elmində  insanın  bioloji  inkişaf 

qanunauyğunluğuna  əsasən  alimlərin  hesablamasıdır. 

Amma  belə  fiziki  ömrü  yaşamaq  üçün  gərək  insan 

həyatda  necə  yaşamaq  prinsiplərinə  düzgün  əməl  eləməli,  hər 

bir  şeyi  normada  olduğu  kimi  məsrəf-məxrəc  etməlidir.  Buna  nail 

olmaqdan  ötrü  isə hər  kəsdən  təmkinlə,  ağılla  yaşamaq  və  öz  enerjisini 

lazımi miqdarda işlətmək-paylamaq tələb olunur. Bəli, normal yaşam müddəti 160 ildir. 

Bu minvalla, bu ölçüylə götürdükdə, 80 yaş ömrün yarısını yaşamaq deməkdir. Demək, 

bizim  hamımızın  sevimlisi,  folklorşünaslığımızın  ağsaqqal  siması  kimi  tanıdığımız 

Sədnik  Pirsultanlının  80  illik  yubileyi  onun  ömrünün  tənböləni- qırmızı  xətli  qalın 

ekvator zolağıdır.  Xəritədə  dünyanın  tən ortası  olan ekvator  xətti necə  aralıdan adamı 

özünə  çəkirsə,  diqqəti  cəlb  edirsə,  açıq-aydın  fərqlənirsə,  bax  eləcə  də  Sədnik  müəl-

limin cismən həyatda yaşadığı ömür yolunun yarısı - səksən illik yubileyi də hamımızın 

diqqət mərkəzində o cür dayanıb. Bəs bu diqqət mərkəzində o, necə  görünür? Əlbəttə 

ki,  çox  şən-sağlam  və  gümrah!  Belə  nikbin  bir  ovqatı  Sədnik  müəllim  necə  yaşaya

bilməyin sirlərinə vaqif olmaqla qazanıb. Bəs necə?

Sədnik  müəllim  sağlam  fiziki  ömür  sürməsi  üçün  ilk  növbədə  özünü  bir  fərd 

olaraq  təbii  şəkildə  ana  təbiətin  qoynundan  ayrılmaz  hiss  edib,  özünü  vətənimizin  bir 

parçası  kimi  torpağın  üstündə  böyüyüb,  boy  atan  nəhəng  çinar  ağacının  görkəmində 

yaşada  bilib.  Ruhunun  mayasını  vətənimizin  təbiətindən,  orqanizminin  rişələrini 

torpağa bağlılıqdan götürüb. Canlı bitki-ağac rüşeymləri öz kökünü-qidasını torpaqdan 

necə  götürüb  cücərirsə,  boy  atırsa,  yaşayırsa,  o  tərzdə  də  Sədnik  müəllim  vətən 

torpağının,  daşının,  qayasının  üstündə  bitib,  inkişaf  edib,  böyüyüb  və  bu  gün 

gördüyümüz  çinar  əzəmətli,  çinar  görkəmli,  müdriklik,  ağsaqqallıq  zirvəsinə  yetişib. 

Professor Sədnik Paşayevin bəri başdan 160 il ömür sürəcəyinə təminat qazanacağının 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə