2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

24

   

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                          

TƏBRİKLƏR

sirri vətənimizin – torpağın köksündə bitirə bilib, mayasını-gücünü vətən torpaqlarının 

saf  suyundan  – havasından,  bir  sözlə,  vətən  gözəlliklərindən  ala  bilib.  Axı,  insanlar 

sosial  varlıq  kimi  formalaşmasından  öncə  bir  fərd  olaraq  bioloji  varlıq  kimi  dünyaya 

gəlirlər.  Ona  görə  də  insan  özünü  sağlam  görməsi  üçün  birinci  növbədə  bioloji  amil 

olduğunu  nəzərə  almalı,  bioloji  cəhətdən  böyüyüb  inkişaf  etməsinin  qayğısına 

qalmalıdır.  Bu  mənada,  Sədnik  müəllim  vətənimizdə  bitən  uzun  ömürlü  – çox  əsrlik 

ömrə  malik  vüqarlı  çinar  ağaclarını  xatırladır.  Bax,  Sədnik  müəllim  özünü  torpaq 

üstündə beləcə bitirib-yaşadır. Onun gümrahlığının, sağlamlığının birinci şərti budur.

İkincisi: Mən yuxarıda da qeyd etdim ki, insanın torpaq kimi inkişaf etməsi üçün 

özünü-enerjisini  istənilən  şeyə  müvafiq  qaydada  – bərabər  ölçüdə,  paralel  şəkildə 

paylamağı bacarmalıdır. İnsan  enerjisini bir şeyə az, digərinə çox dərəcədə paylayarsa-

tarazlıq münasibətlərini itirərsə, onda öz fiziki ömrünə balta çalmış olar, sağlamlıqdan 

və torpaq yolu həddinə yetməkdən məhrum olar. Bax,  bu cəhətdən də Sədnik  müəllim 

özünü istənilən sahəyə bərabər miqyasda paylaşdıra bilib. 

Mən  “Folklorumuzun  bilici  babası - Sədnik  Paşa”  adlı  bir  yazımda  yubliyarın 

həyat-fəaliyyətini    bir  neçə  bölgüdə  qruplaşdırmışdım.  Onun  şairlik,  müəllimlik, 

alimlik, folklorşünas-səyyahlıq (yəni folklor irsimizin toplayıcısı) kimi böyük sahələrdə 

mühüm  xidmətlərindən  bəhs  açmışdım,  özü  də  göstərmişdim  ki,  bu  sahələrin  hər 

birində  Sədnik  Paşayev  müstəqil  bir  insan  kimi  çıxış  edir.  Yəni  o,  gecə  şair  kimi 

bütövdürsə,  eləcə  də  folklorşünas  kimi,  müəllim  kimi,  alim  kimi  bütöv-ayrıca  bir 

şəxsdir.  Demək,  o,  ömrünü  bildiyi  sahələrə  eyni  şəkildə  paylaşdırıb-bölüşdürə  bilib. 

Bunların hamısında o, eyni adamdır-eyni dərəcədə normal mütəxəssisdir. 

Bax,  bu  gün  bizim gözümüz  qarşısında  gümrahlığı  ilə  gördüyümüz  80  yaşlı 

professor  Sədnik  Paşayevin  özünü    cavan  saxlamağının  ikinci  səbəbi  də  bu  amillərlə 

şərtlənir:  Özünü,  enerjisini  artıqdan,  ya  əskikdən  nəyəsə  sərf  etməməkdən  - bərabər 

biçimdə özünü paylaşdırmaqdan!...

Bu  gün  bizim  80  yaşlı  müdrik  kimi  görüb - tanıdığımız  professor  Sədnik 

Paşayevin  həm  fiziki  ömrü,  yaşayış,  həm  də  mənəvi  ömrü-mənəvi  dünyası  bir 

məktəbdir.  Necə  yaşaya bilməyi bir  məktəb  kimi ondan öyrənməliyik. Özünü torpaq 




25

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                    

TƏBRİKLƏR

üstündə  bitirə  bilmək, vətən  torpağına  bağlılıq  ruhunda  yaşatmaq  və  həm  də  folk-

lorumuzu, xalqımızı dərin məhəbbətlə sevməklə vətənə, xalqa gərəkli vətəndaş olmaq! 

Bu yol professor Sədnik Paşayevin özündən sonra bizlərə açdığı yoldur.

Bəli,  professor  Sədnik  Paşayev  80  illik  ömür  yolunda  həm  alim  kimi,  həm  də 

vətəndaş – insan kimi biz  gənclərə nümunə məktəbdir. Alimliyi ilə insanlığı bir-birini 

tamamlayan canlı  bir simadır. İstəyirsən onunla sadə bir insan kimi təmas qur, ünsiyyət  

et,  istəyirsən  də  bir  şair  kimi,  ya  elm  adamı  kimi  müsahib  ol.  Hər  bir  halda  bu  mü-

nasibətdən  xoşlanacaqsan,  hərarət tapacaq,  mehribanlıq  görəcəksən.  İnsanın  da 

xoşbəxtliyi  elə  budur.  Cəmiyyətin  hər  təbəqəsinin,  nümayəndəsinin  hörmət  və 

məhəbbətini qazana bilmək! Sədnik müəllim insanların məhəbbətin qazanmış ağsaqqal, 

nurani  bir  insandır.  Ömrümün  yarı  yaşının  müqəddəslik  zirvəsində  qərarlaşan  Sədnik 

müəllimə 160-a gedən yolda da sağlamlıq deyir, həmişə belə qalmağını arzulayıram!.

   

Böyük hörmət hissi ilə:

Şakir Albalıyev.

filologiya elmləri namizədi

                           

           




26

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                    

TƏBRİKLƏR

   


Görkəmli alim,  mahir  pedaqoq, istedadlı folklorşünas,

              professor  Sədnik   Paşa   Pirsultanlının 80 illik 

             yubileyi münasibətilə parlaq xatirə

Vətənpərvər, əməksevər, humanist, qayğıkeş və yaradıcı insan haqqında tarixdə yaşayan 

parlaq xatirə yazmaq çox çətin, məsuliyyətli, həm də maraqlı və gözəldir. Ona görə ki, mənalı 

ömrün tarixi səlnaməsini diqqətlə nəzərdən keçirmək, həqiqəti, acılı və şirinli, ağrılı və istəkli

mənalı və xoşbəxt günləri xatırlamaq, həm də tarixdə yaşayan parlaq xatirələrin gənc nəslin 

təlim-tərbiyəsinə,  bədii-estetik  zövqünə,  yüksək  əxlaqi  keyfiyyətlərinə  ləyaqətli  təsir 

göstərəcəyini əsas meyar tutmaq lazımdır.

Mənalı  ömrünü  vətəninə  və  xalqına  həsr  edən,  bədii  yaradıcılıqla  və  səmərəli  əmək 

fəaliyyəti  ilə  məşğul  olan,  kollektivlə,  qohum-qardaşla,  el-oba  və  qonşu  ilə,  dost-tanış, 

yoldaşla səmimi rəftar edən, mehriban və əziz münasibətini davam etdirən professor Sədnik 

Paşayev Xəlil oğlu (Pirsultanlı) haqqında xatirə yazmaq xoşbəxtlikdir, mənalı ömrün 80 illik 

parlaq zirvəsini alqışlamaq, təbrik etməkdir. 

Uzun    illərdir  ki,  Sədnik  müəllimlə  səmimi  yoldaşıq,  qəlb  sirdaşı,    könül  qardaşıyıq. 

Sədnik Paşayev Xəlil oğlunun Sədnik Paşa Pirsultanlı kimi məşhurlaşmasında, tanınmasında, 

mahir  pedaqoq,  şair,  folklorşünas,  tədqiqatçı,    istedadlı  alim  kimi  yetişməsinə  yeganə  arxa, 

bünövrə, müdrik dayaq, zəngin mənəviyyat, ismət, namus və qeyrət çələngi ömür-gün yoldaşı 

Səfurə Əli qızı Pirsultanlı (1938-1994) olmuşdur. 

Səfurə  xanım  haqqında  bir  neçə  məqalə  və  xatirənin  müəllifiyəm.  H.Zərdabi  (1837-

1907)  yazır:  “Qadın  bəşəriyyətdə  ana  və  ilk  tərbiyəçidir”.    Mustafa  Kamal  Atatürk  (1881-

1938)  demişdir:  “Türk  qadınını  elmi,  əxlaqi,  sosial,  iqtisadi  həyatda  kişinin  otağı,  yoldaşı, 

yardımçısı və qoruyucusu etmək doğru yoldur” . 

Azərbaycan  dövlətçiliyinin  qurucusu,  Yeni  Azərbaycan  partiyasının  memarı, 

ümummilli  liderimiz  Heydər  Əliyev  (1923-2004)  iftixarla  demişdir:  “Mən  dünyanın  çox 

yerini  gəzmişəm,  dünya  qadınlarını  görmüşəm.  Fikrim  belədir  ki,  Azərbaycan  qadını  bütün 

dünyadakı qadınlardan gözəldir... Qadınları qiymətləndirin, qadınları sevin, heç yerdə, heç bir 

ölkədə, heç bir millətdə Azərbaycan qadını kimi gözəl qadın tapa bilməzsiniz”.

Səfurə  xanım  müqəddəs  ana,  müdrik  gözəllik,  incəlik,  səmimilik,  zənginlik, 

qayğıkeşlik  və  tələbkarlıq  nümunəsi  olmuş,  mədəniyyət  zirvəsinin  parlaq  ölümsüzlük 

ulduzuna çevrilmişdir.

Ü lvi  ana  Səfurə  xanımın  ziyarətgaha  çevrilmiş  müqəddəs  məzarı,  “Dünya,  səndə 

nəyim qaldı?” (1994), “Ağ yağış” (1995), “Şeirim, sözüm qalar” (1995) , “ Ay Qara dənizim, 

ay qara gözlüm” (2005) kitabları, Gəncə  şəhərinin “Səbiskar” qəbiristanlığındakı məzarının 

üstündəki  mərmər  “Ehsan  bulağı”  abidəsi,  şair-publisist  Ələsgər  Əlioğlunun  “Səfurə 

Pirsultanlı dünyası” adlı monoqrafiyası, professor Sədnik Paşa Pirsultanlının  ona həsr etdiyi 

bədii əsərlər xatirə qalmışdır. Məzarı nura boyanmış, cənnətin ibadətgahı olmuşdur. 

Gözəllər  gözəli  Səfura  xanımın    oğlanları  Səyyaf,  Sabutay,  Sərvan,  qızları  Sahibə, 

Sədafət, Sərvanə onun analıq ehtimadını doğruldur, əziz və əbədiyaşar fitri istedadlı sənətkar 

anaları  Səfurə  xanıma  ümumxalq  məhəbbəti  qazandırırlar.  Mənim  qəlb  sirdaşım,  pedaqoq, 

müəllim,  alim  yoldaşım  professor  Sədnik  Paşa  Pirsultanlı  qayğıkeş  və  tələbkar  ailə  başçısı 

olmuş,    dərin    hörmət  qazanmış və  qazanır.  Ona  görə  ki,  onun  qəlbində ailə  məhəbbəti 

əbədiyaşardır.                                                       



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə