2 m ü n d ə r I c a t gəNCƏ DÖVLƏt universiteti 70


SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix08.07.2018
ölçüsü3,02 Mb.
#53843
1   2   3   4   5   6   7   8   9   ...   20

12

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                                    

TƏBRİKLƏR

Əzizim Sədnik müəllim!

Göndərmiş olduğunuz “Pirsultan” jurnalını və mənə həsr etdiyiniz 

şeirləri  aldım.  Çox  sevinirəm  ki,  Sizin  kimi  böyük  alim  mənim 

haqqımda xoş sözlər deyir. Yaradıcılığıma stimul verəcək yazılarınıza 

görə də Sizə çox təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra bizim 

əməkdaşlığımız daha sıx və daha intensiv olacaqdır. Avropada yaşayan 

türklər, özəlliklə Almaniya türkləri sizləri sevir. Sizin yaradıcılığınızın 

ana xətti olan folklor tədqiqatlarınız Avropa və dünyada türklərin əsil 

tarixini  təbliğ  edir.  Bizim  bu  gün  diasporçu  kimi  göstərdiyimiz 

çabalarımızda  Sizlərə  böyük  ehtiyacımız  var.  Biz  inanırıq  ki, 

Azərbaycan  naminə,  Türk  dünyası  naminə  görəcəyimiz  işlərdə  hər 

zaman bizləri dəstəkləyəcəksiniz. 

Bildiyim  qədər  20  may  2009-cu  ildə  80  yaşınız  tamam  olur.  Bu 

münasibətlə  Sizi  səmimi  qəlbdən  təbrik  edirəm.  İnanıram  ki, 

ömrünüzün  bu  müdrik  çağında  enerjili  və  daha  məhsuldar 

işləyəcəksiniz. 

Siz  türk millətinin ən dəyərli şəxsiyyətisiniz. Bir türk alimi üçün 

bundan  şərəfli  məqam  ola  bilməz.  Bir  daha  Sizi  təbrik  edirəm  və 

dostluğumuzun,  elmi  əməkdaşlığımızın  daha  davamlı,  intensiv 

olacağına inanıram. 

Hörmət və sevgilərlə:

Nuridə Atəşi, 

Şairə, Almaniyada Nizami adına 

Mədəniyyət  İnstitutunun direktoru

Ç ox hörmətli Sədnik Paşa Pirsultanlı!

Sizin 80  yaşınızı  səmimi  qəlbdən  təbrik  edir,  Sizə  möhkəm  can 

sağlığı arzu edirəm. Biz Avropada yaşayan Azərbaycan türkləri Sizin 

kimi böyüklərimizlə, alimlərimizlə hər zaman fəxr etmişik. 

Bir  alim  kimi  çəkdiyiniz  zəhmətlər  bizlərin  baş  ucalığı, 

sevincimiz  və  onurumuzdur.  Sizə  daha  böyük  yaradıcılıq  uğurları  və 

möhkəm can sağlığı arzulayıram. 

Bütöv və qüdrətli Azərbaycanda görüşmək arzusu ilə.

Bülent  Gürçam, 

Belçika-Azərbaycan evinin sədri

18.05.2009



13

SƏDNİK  PAŞA   PİRSULTANLI   -  80                                     

TƏBRİKLƏR

Sədnik Paşa Pirsultanlı- 80 

Türk  dünyasının  tanınmış  folklorşünası  Sədnik  Paşa  Pirsultanlının 

mayın 20-də 80 yaşı tamam oldu.

Bütün  həyatını xalq ədəbiyyatı incilərinin toplanmasına və  tədqiqinə 

həsr  edən  qocaman  alim Sədnik  Paşa  Pirsultanlı  yazıb  yaratdığı  müddətdə 

xalqımızın  elm  xəzinəsinə  50-dən  artıq  kitab  və  yüzlərlə  məqalə bəxş 

etmişdir. Türk dünyasında sevilib-sayılan Sədnik Paşa Pirsultanlı bütün türk 

xalqının ozan-şairi olan Pir Sultan Abdalın soyundandır.

Türk  dünyasında  ağızdan  ağıza  keçib  qorunan  ədəbi  incilərimizi 

toplayan, tədqiq edən, xalqa çatdıran Sədnik Paşa Pirsultanlı yorulmaz alim 

və xalq ədəbiyyatı bilicisidir.

Çalışdığı  kollektivin  əzizi  olan,  tələbələri  tərəfindən  sevilən  Sədnik 

Paşa Pirsultanlını 80 illik yubileyi münasibəti ilə “Region-Xəbər” qəzetinin 

əməkdaşları  səmimi  qəlbdən  təbrik  edir,  dəyərli  alimimizə,  ustad 

folklorşünasımıza uzun ömür, yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, bu 

yorulmaz insan 100 yaşında da bu cür həyat eşqi ilə dolu olacaqdır.



“Region Xəbər” qəzeti, № 3, səh 16

Respublikamızın 

hör-

mətli,  çox  cəfakeş,  Azər-



baycan  folklorunun  tədqi-

qində böyük xidmətləri olan, 

Azərbaycan  folklorunu  xa-

ricdə  də  təbliğinə  çox  əmək 

sərf  eləmiş  alim,  yazıçını          

80  yaşının  tamam  olması 

münasibəti  ilə  təbrik  edir, 

can  sağlığı  və  yaradıcılı-

ğında  daha  çox  müvəfə-

qiyyətlər arzu edirəm. 



Yunis Nurməmmədov, 

GDU-nun dosenti


14

SƏDNİK  PAŞA   PİRSULTANLI   - 80                                    

TƏBRİKLƏR

Hörmətli Sədnik müəllim!

Sizi,  Azərbaycan-türk  dünyasının  böyük  folklorşünas  alimini  80  illik  yubileyiniz 

günündə  ürəkdən  təbrik  edirəm.  Siz  altmış  ilə  yaxın  bir  müddətdə  saysız-hesabsız 

folklor  nümunələrimizi  ölkə-ölkə,  diyar-diyar,  oba-oba,  kənd-kənd gəzib  ilkin 

mənbələrdən  toplamaqla,  araşdırmaqla,  kitablara  çevirib  geniş  oxucu  kütləsinə  təqdim 

etməklə,  xalqın  özünə  qaytarmaqla  Sədnik  Paşa  Pirsultanlı  imzasını  ədəbi  irs,  elm  və 

mədəniyyət tariximizdə ömürləşdirmisiniz. 

Əziz qocaman, ucaman və ustad qələm qardaşım, Siz Gəncə Dövlət Universitetinin 

professoru,  filologiya  elmləri  doktoru,  Əməkdar  Mədəniyyət İşçisi,  Əməkdar  müəllim, 

Azərbaycan  Yazıçılar  Birliyinin    və  Azərbaycan  Jurnalistlər  Birliyinin  üzvü  olanadək 

uzun,  məhsuldar,  şərəfli  həyat  və  yaradıcılıq  yolu  keçmisiniz.  Elmi-tədqiqat 

əsərlərinizin,  folklor  və  poetik  yaradıcılıq  nümunələrinizin  toplandığı  50  kitab  Sizi 

çağdaş Azərbaycan folklorşünaslığının canlı abidəsi kimi təqdim edir. 

Hörmətli  professor,  Siz  folklorşünaslıq  elminə  yenilik  gətirən  alimsiniz. 

Azərbaycan xalq əfsanələrinin, əsatir, rəvayət və söyləmələrinin ilk dəfə sistemli şəkildə 

toplanıb  tədqiqata  cəlb  olunması,  milli  epos-dastan  yaradıcılığının  başlanğıcını qədim 

qaynaqlardan  götürməsinin,  dahi  şairimiz  Nizami  Gəncəvinin  ədəbi  irsinin  əski  türk 

folkloru  ilə  sıx  bağlılığının  konkret  və  danılmaz  faktlarla  təsdiqi,  Xəstə  Qasım,  Aşıq 

Bəsti,  Yəhya  bəy  Dilqəm  və  bir  çox  başqa  el  sənətkarlarının  əsərlərinin  ayrıca  kitab 

halında  işıq  üzü  görməsi,  sazla  sözün  nəzəri  məsələlərinin,  tapmacaların,  tapmaca-

bayatıların və bayatı-bağlamaların müqayisəli şərhi məhz Sizin adınızla bağlıdır. 

Bir  neçə  gün  əvvəl,  mayın  17-də  Azərbaycan  Yazıçılar  Birliyinin  Gəncə 

bölməsində  iştirakınızla  keçirdiyimiz  unudulmaz  yubiley  məclisimizdə  qeyd  etdiyim 

kimi, indi də xüsusi vurğulamaq istəyirəm ki, Sədnik müəllim, Siz, folklorumuzla belə 

əhatəli və dərindən məşğul ola-ola artıq özünüz də əfsanələşməkdə, folklor qəhrəmanına 

çevrilməkdəsiniz.  Topladığınız xalq  lətifələri  və  təmsilləri  ilə  yanaşı  Sizin 

hazırcavablığınızın,  müdrikliyinizin  ifadəsi  olan  öz  lətifələriniz  də  dildə-ağızda  gəzir. 

Ayrı-ayrı el sənətkarlarımızla bağlı araşdırmalarınız, elmi-nəzəri və təcrübi fəaliyyətiniz 

öyrənildiyi  kimi,  orijinal  bədii  yaradıcılığınız,  o  sıradan  poeziyanız,  şairliyiniz  də 

tədqiqat  obyektidir.  Sanki Sizi  folklor  doğub,  folklor  boya-başa  çatdırıb.  Əziz  Sədnik 

müəllim,  Sizin  gözəl  ailəniz,  övladlarınız,  nəvələriniz  və  nəticəniz  var.  Siz  sözün  əsl 

mənasında həm xoşbəxt ata, həm də bəxtəvər elm adamısınız. Siz yalnız nəvələrinizin, 

nəticənizin  deyil,  eyni  zamanda  bu  gün  də,  sabah  da,  gələcəkdə  də  gənc 

folklorçularımızın ulu babası, müasir folklorşünaslıq elmimizin 80 yaşlı Paşasısınız. Sizi 

yubileyiniz  münasibəti  ilə  bir  daha  təbrik  edir,  möhkəm  cansağlığı,  yeni  yaradıcılıq 

üfüqləri arzulayıram!

Hörmətlə:

MƏMMƏD   ALİM

AYB Gəncə Bölməsinin sədri, Əməkdar İncəsənət xadimi, 

Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı

20 may 2009-cu il 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə