2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   ...   8   9   10   11   12   13   14   15   16

43

PAŞA PRIVATE BANKING 

Hər bir təbəqədən olan müştəriyə müfəssəl 

maliyyə xidmətlərini göstərmək amalına uyğun 

olaraq PAŞA Private banking bölməsi: 

•        Azərbaycanda və ölkə hüdudlarından kə-

narda müştəri yönümlü maliyyə və qeyri-maliyyə 

xidmətlərini göstərmək;

•        Mövcud xidmətlərin ən yüksək keyfiyyət 

standartları ilə təklifini təmin etmək;

•        Uzunmüddətli, qarşılıqlı fayda verən 

müştəri münasibətlərini qurmaq;

•        Müştərilər üçün uzunmüddətli maliyyə 

sabitliyini təmin etmək;

•        Private banking  xidmətlərini müştərinin 

həyatının ayrılmaz hissəsinə çevirmək;

•        Müştərilərə şəxsi sərvətlərinin artmasında 

və qorunmasında, həmçinin bu sərvətin gələcək 

nəsillərə ötürülməsinin idarə edilməsində yardım 

etmək;


•        Effektiv, müştəri yönümlü seçim yollarını 

tapmaq;


•        Özəl kapitalı idarəetmə sahəsində Azərbay-

cann aparıcı bankı olmaq məqsədinə qulluq edir.

PAŞA Private banking bölməsi fərdi (zəngin) 

müştərilərə başlıca bank və ixtisaslaşmış alter-

nativ maliyyə məhsul və xidmətlərini göstərir. 

Bu xüsusi xidmət və məhsullara aşağıdakılar 

daxildir:

•        Bank əmanət qutuları;

•        Yerli şirkətlərin qiymətli kağızları;

•        Əlvan metallar üzrə beynəlxalq bank hes-

abı;

•        Əmanət xidmətləri;



•        Mobil bankçılıq;

•        İnternet bankçılıq;

•        Kredit xətti (borclanma həddi);

•        Pul təminatlı kreditlər;

•        İpoteka məhsulları;

•        Maliyyə məsləhət xidmətləri;

•        Qeyri maliyyə xidmətləri, o cümlədən, 

daşınmaz əmlak, səhiyyə və təhsillə əlaqədar 

xidmətlər;

•        Qlobal konsyerj (müşayiət) xidmətləri.

Bütövlükdə bu sahə üzrə bazar payının 

qorunması və artırılması starteji prioritetinə 

uyğun olaraq PAŞA Private banking bölməsi 

artıq 2015-ci ildə mövcud olan tutarlı təmələ 

arxalanaraq təəssüratlandırıcı artım göstər-

icisinə nail olmuşdur. Bankın üstün müştəri 

bazası və idarəetmədə olan aktivlərinin (İOA) 

həcmi müvafiq olaraq 92% və 188% böyüməklə 

gəlirlərin daha sürətli artımına səbəb olmuşdur. 

Bu dayanıqlı nəticələr İOA-nın daha səmərəli 

təşkil və idarə edilməsindən, həmçinin əvvəlki 

illərdə brend və nüfuzun yaradılmasına yatırılmış 

vəsaitin bəhrəsindən xəbər verir.

PAŞA  Private banking bölməsi dəyərli 

müştərilərin xoş vaxt keçirmək, yeni müna-

sibətlər qurmaq və yenilikləri mənimsəmək üçün  

imkan yaradan tədbirlərin müntəzəm qaydada 

təşkil edilməsinə böyük əhəmiyyət verir.

2015-ci ilin yanvar ayında dünyanın əm-

lak məsələləri üzrə aparıcı müsətqil şirkəti 

və bankımızın çox hörmətli tərəfdaşı Knight 

Frank ilə birlikdə Private banking bölməsinin 

müştəriləri üçün üç istiqaməti araşdırmaq 

məqsədilə eksklyuziv səyahət təşkil edilmişdir. 

Hər bir istiqaməti təmsil edən məruzəçilər Karib 

adalarının gözəlliklərini, Fransa və İtaliya mət-

bəxinin təmalarını və Himalay dağlarının rahat-

landırıcı guşələrinin görünüşünü  təqdim etdilər. 

Tədbirin sonunda iştirakçılar püşkatma yolu ilə 

dəyərli mükafatlar da əldə etdilər.

Bankın Private banking  bölməsi nüfuza 

əsaslanan fəaliyyət sahəsidir. Beləliklə, “PAŞA 

Bank” ASC müştərilər arasında qazandığı 

hörmətdən yararlanaraq bu istiqamət üzrə 

böyüməyi planlaşdırır.

PAŞA Private banking bölməsi fərdi (zəngin) müştərilərə 

başlıca bank və ixtisaslaşmış alternativ maliyyə məhsul 

və xidmətlərini göstərir. Fərdi bankçılıq nüfuzdan asılı olan 

fəaliyyət sahəsidir. Beləliklə, “PAŞA Bank” ASC müştərilər 

arasında qazandığı hörmətdən yararlanaraq bu istiqamət 

üzrə böyüməyi planlaşdırır.



44

2015-ci ildə bankın əsas nailiyyətlərindən 

biri risk strategiyasının formalaşması və risk-

lər çərçivəsinin yenilənməsi olmuşdur. Riskləri 

İdarəetmə Komitəsi (RİK), Kredit Komitəsi (KK) 

və Aktiv və passivlər üzrə Komitə (APK) bankın 

risk xüsusiyyətlərinə birbaşa nəzarət edirlər. 

“PAŞA Bank” ASC-nin baş risk inzibatçısının və 

Müşahidə Şurasının səlahiyyətli üzvünün bu 

komitələrin hər birində üzv kimi təmsil olunması 

ali rəhbərliyin riskləri idarəetmə işinin möhkəm-

ləndirilməsinə və bankın institusional fərqlənmə 

səviyyəsinə çatmasına sadiq qalmasının nü-

munəsidir.

İl ərzində “PAŞA Bank” ASC kredit risklərini 

idarəetmə bölməsini yeni, daha üstün səvi-

yyəyədək yüksəltmişdir. Bu, müvafiq struktur 

vahidlərinin kreditlərin verilməsi və qiymətləndi-

rilməsi yanaşmasında öz əksini tapmışdır. “PAŞA 

Bank” ASC-də kredit risklərinin qiymətləndi-

rilməsi ilə bağlı ən vacib dəyişmə kredit riskləri 

üzrə potensial itkilərin daha səmərəli qaydada 

hesablanması olmuşdur. Kredit riskləri ilə bağlı 

daha təkmil yanaşmasının müsbət təsiri qəliz 

bazar mühitinə ramən bankın möhkəm maliyyə 

nəticələrində və bank aktivlərinin yüksək keyfi-

yyətində özünü biruzə vermişdir.

Riskləri İdarəetmə Departamenti üç 

şöbədən (kredit riskləri, bazar riskləri və əməli-

yyat riskləri) ibarətdir.

Kredit Risklərini İdarəetmə şöbəsi kred-

it portfelinin münasib artımını təmin etmək 

və müvafiq risklərdən törəyə biləcək itkilər 

baxımından müxtəlif vəzifələri icra edir. Şöbə, 

kreditlərin cəld, sağlam və effektiv qiymətləndi-

rilməsi, qərarların şəffaf, açıq və dəyər artıran 

tərzdə verilməsi məqsədinə nail olmağa çalışır, 

ölkədəki iqtisadi durumu davamlı qaydada təhlil 

edir, bankın kredit portfelini iqtisadiyyatın artım 

sahələri və ümumi strategiya ilə həmahəng hala 

gətirmək üçün daxili iqtisadi və sahəvi hesabat-

ları tərtib edir.

R

İ

SKLƏR



İ

 

İ



DARƏETMƏ

Riskləri idarəetmə sahəsində bacarıq və qabiliyyətlərini artıra-

raq “PAŞA Bank” ASC həmçinin üstün praktikaları mənimsəyən 

və yerli bazarda gerçəkləşdirən öndər kimi korporativ əhatə 

dairəsini artırmağı hədəfləyir. 


Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə