2015-ci ilin İllik Hesabatı



Yüklə 61,32 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix31.08.2018
ölçüsü61,32 Mb.
#65767
1   ...   8   9   10   11   12   13   14   15   16

56

PASHA Bank. Annual Report.2014

“PAŞA Bank” ASC 2015-ci ildə ənənəvi 

korporativ sosial məsuliyyət modelindən 

maraqlı tərəflərin fəal cəlb edilməsindən 

ibarət daha müasir yanaşmaya keçmişdir. 

Bununla bank öz səylərini Azərbaycan 

xalqının güzəranını artırmaq məqsədilə 

sahibkarlıq, insan kapitalı, layiqli idarəçilik 

və potensialın gücləndirilməsi üzərində 

cəmləşdirəcək.




57

PASHA Bank. Annual Report.2014

KORPORATİV SOSİAL 

MƏSULİYYƏT



58

KORPORATİV SOSİAL MƏSULİYYƏT

Nümunəvi korporativ vətəndaş amalına 

sadiq qalan “PAŞA Bank” ASC sosial məsuliyyətə 

yüksək önəm verir və fəaliyyət göstərdiyi 

cəmiyyətin bir hissəsi olmağa xüsusi diqqət 

yetirir. Təsis edildiyi tarixdən “PAŞA Bank” ASC 

cəmiyyətdə vəziyyəti önləyən, əməkdaşlıq və 

birgə iş naminə vəzifələr icra edib, Azərbaycan 

xalqının rifahının təmin edilməsini və ölkənin 

yaşamaq və işgüzar fəaliyyətlə məşğul 

olmaq üçün daha yaxşı məkana çevrilməsini 

dəstəkləmək məqsədinə qulluq edib.

Bugünkü dəyişkən və sürətlə qloballaşan 

dünyada hər-hansı müəssisə və ona aid olan 

maraq dairələri uzunmüddətli artımı təmin 

etmək məqsədilə eyni yolla addımlamalıdırlar. 

Bunun üçün “PAŞA Bank” ASC 2015-ci ildə 

ənənəvi korporativ sosial məsuliyyət modelindən 

maraqlı tərəflərin fəal cəlb edilməsindən ibarət 

daha müasir yanaşmaya keçmişdir. Bununla 

bankın Azərbaycan xalqının güzəranının 

yaxşılaşdırılması dəstixəttinindən kənara 

çıxmaması təmin ediləcək.

“PAŞA Bank” ASC-nin yeni korporativ 

sosial məsuliyyət yanaşmasının hər bir cəhəti 

aşağıdakı üç istiqamətdən qaynaqlanır:

•        Sahibkarlığı səlahiyyətləndiririk.

•        İnsan kapitalını səlahiyyətləndiririk.

•        Keyfiyyətli idarəçiliyi və potensialın 

gücləndirilməsini səlahiyyətləndiririk.

Sahibkarlığı səlahiyyətləndiririk

Bu istiqamət, hazırki müştərilərə 

effektiv xidmət göstərməklə və müştəri 

bazasını genişləndirməklə KOSsektorunu 

dəstəkləməkməqsədini daşıyır. “PAŞA Bank” 

ASC iştirak haqqını ödəyə bilməyən və ya işçi 

heyət üzvlərini potensialın gücləndirilməsi və 

bacarıqların artırılması mövzusunda müxtəlif 

təlimlərə göndərə bilməyən KOS sektorundan 

olan müştəriləri üçün seminarlar təşkil edir. 

Bankın “Məsuliyyətli biznes: inkişaf üçün 

yerli potensialın yaradılması” seminarları yerli 

peşəkar təlimçilər tərəfindən Biznesə Dəstək 

Mərkəzlərində və ya “Barama” İnnovasiya və 

Sahibkarlıq Mərkəzində aparılır. Bu tədbirlər 

“PAŞA Bank” brendi üzrə bəyan edilmiş 

müştərilərlə birgə yeni zirvələri fəth etmək 

vədinə həmçinin uyğun gəlir.

Layihələr portfeli

Müəssisənin Dayanıqlı İnkişafı Proqramı 

(SEDP): 


“Azərbaycan Gənclərinin Nailiyyəti” 

ictimai birliklə əməkdaşlıq çərçivəsində 2014-

cü ildə başlamış bu proqram potensialın 

gücləndirilməsi və əlverişli mühitin yaradılması 

vasitəsilə gənc nəsil arasında kiçik və orta 

müəssisə təsis etmək mədəniyyətinə rəvac 

vermək və bu müəssisələrin səmərəliliyini 

artırmaq məqsədini daşıyır. Proqram Gəncə və 

Zaqatalada həyata keçirilib.

“Ideya Qazandi”:

 Realiti şou və ölkədə ilk 



59

belə televiziya layihəsi olan “İdeya Qazandı” 

yerli miqyasda yayımlanır. 10 seriya davam edən 

şouda gənc sahibkarlar “PAŞA Bank” ASC və 

uğurlu biznes sahibləri kimi böyük şirkətləri və 

maliyyə təsisatlarını təmsil edən investorlar 

qrupundan mənbə kapitalını təmin etmək üçün 

müvafiq ideyalarını ortaya qoyurlar. “İdeya 

Qazandı” işgüzar fəaliyyət sahəsində nou-hau 

səviyyəsini və gənclər arasında etik davranış 

mədəniyyətini artırmaqla sahibkarlıq, kiçik və 

orta müəssisələri inkişaf etdirmək məqsədinə 

qulluq edir.

“Barama” İnnovasiya və Sahibkarlıq 

Mərkəzi: 

2015-ci ildən “PAŞA Bank” ASC 

Azərbaycanda sahibkarlıq fəaliyyətinə təkan 

vermək məqsədilə “Azercell Telekom” MMC 

tərəfindən 2009-cu ildə işə başlamış biznes 

inkubator layihəsi, “Barama” İnnovasiya və 

Sahibkarlıq Mərkəzini dəstəkləyir. Layihə üzrə 

başlıca olaraq İT sahəsində fəaliyyət göstərən 

kiçik bizneslərə törəmə (start-up) dövründə 

texniki və məsləhət yardımı göstərilir.

Biznes klass layihəsi: 

 Bu layihənin əsas 

məqsədi yüksək səriştəli sahə peşəkarlarının 

apardığı maarifləndirici seminarlar vasitəsilə 

qeyri-neft sektorunda fəaliyyət göstərən kiçik 

və orta müəssisələrin işgüzarlıq qabiliyyətinin və 

bacarıqlarının artırılmasıdır.

İnsan kapitalına güc veririk

Bu istiqamətdə məqsəd ölkənin ən 

yaxşı tələbələrini banka iş praktikasına və 

ya işçi qismində cəlb etmək üçün seçmək və 

təlimləndirməkdən ibarətdir.

Layihələr portfeli

Ümumazərbaycan biznes klass müsabiqəsi 

(ABCC):

 İllik tədbir olan ABCC ölkənin əsas 



universitetlərini təmsil edən komandaları 

müxtəlif biznes sahələri üzrə biliklərini 

tətbiq etməklə həqiqətən baş vermiş biznes 

problemlərini verilmiş vaxt ərzində həll etmək 

üçün bir araya gətirir. Maliyyə, marketinq, 

mühasibatlıq, texnologiyalar və idarəetmə bilikləri 

olan iştirakçılar qənaətə gəldikləri çıxış yollarını 

Azərbaycanın müxtəlif biznes qurumlarını təmsil 

edən “hakimlər heyətinə” təqdim edirlər.

Canlı Bank: 

Bu innovativ tədbir peşəkar 

inkişaf mövzusunda təlim proqramına uyğun, 

lakin bank sektorunun əsaslarına xüsusi 

diqqət yetirməklə ərsəyə gətirilib. Bu təşəbbüs 

çərçivəsində iştirakçılar yalnız bank sənayesi 

ilə bağlı təlimlənmirlər, həmçinin daha yaxşı 

vətəndaş və daha zirək istehlakçı olmağa 

həvəsləndirilirlər.

İnşa Yazılışı Müsabiqəsi: 

Britaniya Şurası 

ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu 

layihə, yüksək pilləli təhsil verən təsisatların 

tələbələrini inşa yazılışı müsabiqəsinə cəlb 

etməklə iqtisadi artım və inkişaf məsələlərinin 

həlli məqsədilə tərtib edilib. Layihənin 

vəzifəsi tələbələri ölkənin gələcək iqtisadi 

inkişafında fəal iştirak etməyə həvəsləndirmək 

və dəstəkləməkdən ibarətdir. Müsabiqə 

qalibləri Londonun tanınmış King’s College 

universistetində yay biznes məktəbinə getmək 

kimi cəzbedici imkan qazanırlar.

Tələbə Təqaüdü proqramı: 

2012-ci ildən 

“PAŞA Bank” ASC Tələbə Gənclər Təşkilatları 

İttifaqı ilə tərəfdaşlıq çərçivəsində tələbə 

təqaüdü proqramını həyata keçirir. Proqram 

yerli universitetlərdə istedadlı və cəmiyyət 

qarşısında məsuliyyətli tələbələri, həmçinin özəl 

və dövlət sektorları üçün gələcəyin liderlərini 

yetişdirmək məqsədilə tərtib edilib. Bu təşəbbüslə 

təhsildə fərqlənən, liderlik potensialı və cəmiyyət 

qarşısında məsuliyyətini nümayiş etdirən 

tələbələr dəstəklənirlər.

Layiqli idarəçilik və işgüzarlığın artımına 

güc veririk

Bu istiqamət məlumatlılığın artırılmasına 

dair müxtəlif təşəbbüs və tədbirlər vasitəsilə 

bankın nüfuzunu dəstəkləmək məqsədini daşıyır.



PAŞA Bank 2015-ci ilin İllik Hesabatı


60

KORPORATİV SOSİAL MƏSULİYYƏT

Layihələr portfeli

Biznes jurnalistika: 

Layihənin 

məqsədi seçilmiş 11 jurnalistin ehtiyaclarını 

cavablandırmaq üçün hazırlanmış xüsusi təlim 

proqramı vasitəsilə milli KİV-lərin peşəkar səriştə 

və bacarıqlarını gücləndirməklə Azərbaycanda 

biznes xəbərlərinin yazılması standartlarını 

artırmaqdan ibarətdir. Layihə, Avropanın nəhəng 

KİV təşkilatlarından biri, Thomson Foundation 

ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və 

jurnalistlər üçün Reuters, BBC, Guardian və digər 

aparıcı KİV qurumlarından təcrübə toplamaq 

imkanının gerçəkləşməsinə qulluq edir.

Orta ümumtəhsil məktəb şagirdləri və 

universitet tələbələri üçün maliyyə savadlılığı:  

“PAŞA Bank” ASC əhalinin qiymətli kağızlar 

bazarına dair ümumi məlumatlılıq səviyyəsini 

artırmaq və cəmiyyəti kapital bazarları 

mövzusunda maarifləndirmək məqsədilə 

Azərbaycan Respublikasının Mərkəzi Bankı və 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (hazırda 

Maliyyə Bazarlarına Nəzarət Palatası və ya 

MBNP) ilə sıx əməkdaşlıq edir. Eyni zamanda 

bank tələbələrin bilik və bacarıqlarının inkişafına 

yönəlmiş təşəbbüsləri də dəstəkləyir. Bankın 

məktəblilər üçün təşkil etdiyi “Açıq qapı günü” bu 

qəbildən olan maarifləndirici tədbirdir.

“PAŞA Bank” ASC Qiymətli Kağızlar üzrə 

Dövlət Komitəsinin (hazırda Maliyyə Bazarlarına 

Nəzarət Palatası və ya MBNP) həyata keçirdiyi 

aşağıdakı layihələri həmçinin dəstəkləyir: 

Gəncədə “Breyn Rinq” yarışması, Azərbaycan 

Dövlət İqtisad Universitetində “Kapital bazarları” 

müsabiqəsi və “Üç ideya” müsabiqəsi. Bu 

tədbirlər iqtisadiyyat sahəsində savadı olan 

gəncləri və tələbələri sözügedən mövzulara 

cəlb etmək, beləliklə ölkə iqtisadiyyatında baş 

verən və nəticədə bəhrələnəcəkləri dəyişmələri 

mənimsəmək məqsədilə işlənib hazırlanır.




61

PAŞA Bank 2015-ci ilin İllik Hesabatı


62

Bazarın zəif olduğu bir dövrdə sabit 

mövqeyini qorumaqla və müştəri 

ehtiyaclarını yerinə yetirməyə davam 

etməklə “PAŞA Bank” ASC müştərilərlə 

son illər inkişaf etdirdiyi münasibətlərdən 

bəhrələnmişdir. Nəticə etibarilə, 2015-ci 

ilin sonunda bank cəlb etdiyi əmanətlərin 

cəmini 1,373,113 min manat (881,181 min 

ABŞ dolları) həcmində bildirmişdir.




63

PASHA Bank. Annual Report.2014

MALİYYƏ HESABATLARININ 

İCMALI



64

MALİYYƏ HESABATLARININ İCMALI

Bankların bağlanması nəticəsində olduqca 

qəlizləşmiş bazar şəraitində “PAŞA Bank” 

ASC sabitliyin dayağı mövqeyini itirməmişdir. 

Bank il ərzində möhkəm kapital göstəricilərini 

saxlayaraq müsbət nəticələr hasil etmişdir. 

“PAŞA Bank” ASC, onun Gürcüstandakı PAŞA 

Bank Georgia və Türkiyədəki PASHA Yatırım 

Bankası A.Ş. törəmə bankları üzrə 2014-ci ilin 31 

dekabr tarixində bitmiş il üzrə əsas göstəricilər 

və fəaliyyət nəticələrinin seçiliş hissəsi aşağıda 

verilib.

2015-ci ildə “PAŞA Bank” ASC toplam 

səhmdar kapital baxımından Azərbaycanın ən 

böyük bankı mövqeyini qorumuşdur. Həmin 

ilin sonunda bankın bildirdiyi toplam səhmdar 

kapitalın həcmi 432,489 min manat (277,343 

min ABŞ dolları

1

) təşkil etmişdir ki, 2014-cü ilin 



sonunda sözügedən göstərici 323,706 min manat 

(412,680 min ABŞ dolları

3

) olmuşdur.



2015-ci ilin 31 dekabr tarixinə olan vəziyyətə 

əsasən “PAŞA Bank” ASC aktivlərinin cəmini 

2,292,739 min manat (1,470,270 min ABŞ dolları

1



həcmində göstərmişdir ki, bu da əvvəlki ilin 

1,273,258 min manat (1,623,225 min ABŞ dolları

3



səviyyəsindən 80% yüksək idi. (Milli valyutanın 



2015-ci ildə iki dəfə devalvasiyaya uğraması 

nəticəsində xarici valyutada ifadə edilmiş 

aktivlərin dəyəri 497,081 min manat artmışdır; 

beləliklə, mütləq artım göstəricisi 41% təşkil 

etmişdir.)

2015-ci ilin sonuna dəlalət edən vəziyyətə 

əsasən “PAŞA Bank” ASC-nin aktivləri aşağıdakı 

kimi təsnif edilmişdir:

•        Nağd pul vəsaiti və onun ekvivalentləri – 

45%


•        Müştərilərə verilmiş kreditlər – 39% 

•        Qiymətli kağızlar portfeli – 6%

•        Kredit təsisatlarından alınacaqlar – 6%

•        Digər (cari və cari olmayan) aktivlər – 4%

2015-ci ildə güclü kredit artımına nail 

olunmuşdur. Bankın ümumi kredit portfeli 

əvvəlki illə müqayisədə (573,642 min manat və ya 

731,313 min ABŞ dolları

3

) 66% artaraq 949,848 min 



manat (609,111min ABŞ dolları

1

) təşkil etmişdir. 



(Milli valyutanın 2015-ci ildə devalvasiyaya 

uğraması nəticəsində xarici valyutada ifadə 

edilmiş kreditlərin dəyəri 118,250 min manat 

artmışdır; beləliklə, mütləq artım göstəricisi 45% 

təşkil etmişdir.)

Kredit portfelinin itkilərinə qarşı effektiv 

ehtiyat dərəcəsi 5.0% (2014-cü ildə isə 6.1%) idi. 

2015-ci ildə “PAŞA Bank” ASC-nin qeyri-işlək 

kredit portfelinin nisbi çəkisi BMHS və riskləri 

idarəetmə sahəsində qabaqcıl təcrübələrə 

əsasən 2014-cü ilin 10.76% səviyyəsindən 

3.82%-dək aşağı düşmüşdür. Lakin bank, Kredit 

Komitəsinin və İdarə Heyətinin dərindən izlədiyi 

qeyri-işlək kreditlər baxımından ölkədaxili 

tənzimləmə və nəzarət qaydalarına uyğun 

olan, bununla belə daha mühafizəkar daxili 

metodologiyanı və yanaşmanı tətbiq edir. 

Sözügedən daxili yanaşmaya əsasən “PAŞA 

Bank” ASC-nin qeyri-işlək kredit portfelinin 

nisbi çəkisi ölkə-daxili bazar şəraitinin gərginliyi 

nəticəsində 2014-cü ilin sonuna olan 5.84%-dən 

2015-ci ilin sonunda 8.68%-dək artmışdır.

Bazarın zəif olduğu bir dövrdə sabit 

mövqeyini qorumaqla və müştəri ehtiyaclarını 

yerinə yetirməyə davam etməklə “PAŞA Bank” 

ASC müştərilərlə son illər inkişaf etdirdiyi 

münasibətlərdən bəhrələnmişdir. Nəticə 

etibarilə, 2015-ci ilin sonunda bank cəlb 

etdiyi əmanətlərin cəmini 1,373,113 min manat 

(881,181 min ABŞ dolları) həcmində bildirmişdir. 

Müştərilərdən cəlb edilmiş müddətli və 

müddətsiz əmanətlərin nisbi çəkisi müvafiq 

olaraq 66% və 34% (2014-cü ildə isə 79% və 21%) 

təşkil etmişdir.




65

2014-cü ildə 2,796 min manat (3,565 min 

ABŞ dolları

4

) itkiyə məruz qalmış “PAŞA Bank” 



ASC 2015-ci ilin yekunlarına əsasən 14,383 min 

manat (13,984 min ABŞ dolları

2

) həcmində xalis 



mənfəət əldə etdiyini bildirmişdir. 2015-ci ilin 

yekunlarına əsasən cəmi əməliyyat gəliri əvvəlki 

illə müqayisədə (60,205 min manat və ya 76,753 

min ABŞ dolları

4

) 93% artaraq 116,253 min manat 



(113,032 min ABŞ dolları

2

) təşkil etmişdir.



“PAŞA Bank” ASC 2015-ci ildə faiz gəlirini 

100,280 min manat (97,501 min ABŞ dolları

2

), 


qeyri-faiz gəlirini isə 40,308 min manat (39,191 

min ABŞ dolları

2

) həcmində bildirmişdir. Qeyri-



faiz gəlirinin əməliyyat gəlirinin cəminə nisbəti 

35% olmuşdur.

2015-ci ildə “PAŞA Bank” ASC korporativ 

müştərilərini effektiv maliyyə alətləri (məsələn 

törəmə valyuta alətləri) ilə təmin edirdi. 

Genişlənən korporativ müştəri bazası və artan 

mədaxil 2015-ci ilin ticari mənfəətinə müsbət 

töhfə vermişdir. Xarici valyuta alışı və satışı 

üzrə gəlirin əldə edilməsi “PAŞA Bank” ASC-ə 

müxtəlif müştəri tələblərini qarşılamaq üçün 

törəmə alətləri təklif etməklə mənfəət artımına 

nail olmaq şəraitini yaratmışdır. Həmin il bankın 

ticari mənfəəti 5,467 min manat (5,316 min ABŞ 

dolları) həcmində bildirilmişdir.

“PAŞA Bank” ASC 1-ci dərəcəli kapital üzrə 

çatarlılıq əmsalını Azərbaycan Respublikasının 

Mərkəzi Bankının müvafiq kapital tələbini xeyli 

üstələyən 17% (2014-cü ildə isə 33%) səviyəsində 

bildirmişdir. Bazel II və Bazel III sazişləri ölkədə 

tətbiq olunduqda tələb edilən kapital çatarlılığı 

səviyyələrinə uyğun gəlmək öhdəliyinə sadiq 

qalırıq. Həmçinin səhmdarlarımız üçün kapitalları 

müqabilində möhkəm gəlir normasını hasil 

etməyə sadiq qalırıq.



PAŞA Bank 2015-ci ilin İllik Hesabatı

*Bütün göstəricilər digər tarix bildirilmədikdə 2015-ci ilin 

31 dekabrına təsadüf edir və audit edilmiş məcmu maliyyə 

hesabatlarına əsaslanır.

* Məbləğləri manatdan ABŞ dollarına çevirmək üçün aşağıdakı 

məzənnələrdən istifadə edilir:

1

 

2015-ci il üzrə balans cədvəlinin müvafiq bəndləri: 1.5594 



(2015-ci ilin 31 dekabr tarixinə olan valyuta məzənnəsi)

2

 2015-ci il üzrə M/Z hesabatının müvafiq bəndləri: 1.0285 



(2015-ci il üzrə orta valyuta məzənnəsi)

2 014-cü il üzrə balans cədvəlinin müvafiq bəndləri: 0.7844 



(2014-cü ilin 31 dekabr tarixinə olan valyuta məzənnəsi)

4

 2014-cü il üzrə M/Z hesabatının müvafiq bəndləri: 0.7844 



(2014-cü il üzrə orta valyuta məzənnəsi)


66

PASHA Bank. Annual Report.2014

PASHA Bank.Annual Report.2015


PASHA Bank. Annual Report.2014

67



PAŞA Bank 

 

13, Yusif Məmmədəliyev küç.



Bakı, AZ1005, Azərbaycan

T: (+994 12) 496 50 00

F: (+994 12) 496 50 10

E: office@pashabank.az 



www.pashabank.az

Yüklə 61,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə