21. yüzyılda pek çok gelişmiş ve gelişmekte olan ülkede sosyal belediyecilik anlayışıyla yerel yönetimler sosyal politikada etkin rol almaktadır


Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərə dəstəyi



Yüklə 13,01 Mb.
səhifə61/71
tarix08.04.2023
ölçüsü13,01 Mb.
#104773
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   71
diplom isi son olarn izmir belediyyesi

Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərə dəstəyi
Heydər Əliyev Fondu tərəfindən də əlilliyi olan şəxslərin şəxslərin reabilitasiyasına mühüm töhfələr verilir. Fondun dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb ki, burada sınanmış reabilitasiya metodları əsasında sağlamlıq imkanları məhdud uşaqlara bərpa xidmətləri göstərilir. (Kaynak: https://www.sosial.gov.az/2952)
Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə 5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır. Onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, onlarla mədəni-kütləvi iş aparılır, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir.
Heydər Əliyev Fondunun mühüm sosial layhələrindən biri kimi ölkəmizin müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri yaradılıb ki, bu mərkəzlər əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanlarına malik olmalarında mühüm önəm kəsb edir.
Fond tərəfindən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasına yönələn xeyirxah aksiyalar, həmin insanların cəmiyyətə inteqrasiyasına yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılmasına, onlarda özünəinam hissinin yüksəlməsinə xidmət edən ardıcıl nəcib layihələr keçirilir. (Kaynak: https://www.sosial.gov.az/2952)
Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq imkanlarının dəstəklənməsinə və cəmiyyətə tanıdılmasına Fond öz mühüm dəstəyini göstərir.
Fondun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər.
Ötən dövrdə Heydər Əliyev Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və UNİCEF-in təşkilatçılığı ilə «İmkanlara məhdudiyyət yoxdur» təbliğat-təşviqat kampaniyası da təşkil olunub.

Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə