21. yüzyılda pek çok gelişmiş ve gelişmekte olan ülkede sosyal belediyecilik anlayışıyla yerel yönetimler sosyal politikada etkin rol almaktadır


Əlilliyi olan şəxslər üçün reabilitasiya yönümlü sosial xidmətlər



Yüklə 13,01 Mb.
səhifə63/71
tarix08.04.2023
ölçüsü13,01 Mb.
#104773
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   71
diplom isi son olarn izmir belediyyesi

Əlilliyi olan şəxslər üçün reabilitasiya yönümlü sosial xidmətlər
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1300 nəfər daimi dövlət təminatında yaşayır ki, onlardan 1200-ə yaxını məhz əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Eyni zamanda, nazilriyin sifarişləri ilə icra olunan layihələr əsasında reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilən 10 minədək şəxsin 90 faizdən çoxunu məhz əliliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Evlərində sosial xidmət göstərilən 9700-dək şəxsin isə 2,1 min nəfəri əlilliyi olan şəxslərdir. (Kaynak: https://www.sosial.gov.az/2952)
Prezident cənab İlham Əliyevin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncam xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin dəfələrlə genişləndirilməsinə imkan yaradıb.
Sərəncamın icrası işləri çərçivəsində əsasən ölkəmizin bölgələrində olmaqla yeni sosial xidmət və reabilitasiya mərkəzləri yaradılıb. Nəticədə günərzi qayğı mərkəzlərinin sayı 28-dən 70-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayı 22-dən 49-a, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayı 1-dən 15-ə, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayı 2-dən 10-a, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin sayı 1-dən 15-ə, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 1-dən 3-ə çatdırılıb. Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək üzrə 10 mərkəz, əlilliyi olan şəxslər üçün 10 peşə-sosial reabilitasiya mərkəzi və s. yaradılıb.
Ümumilikdə nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb və hazırda 200-ə yaxın mərkəz tərəfindən əsasən uşaqlardan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 10 minədək şəxsə xidmətlər göstərilir. (Kaynak: https://www.sosial.gov.az/2952)

Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə