21. yüzyılda pek çok gelişmiş ve gelişmekte olan ülkede sosyal belediyecilik anlayışıyla yerel yönetimler sosyal politikada etkin rol almaktadır



Yüklə 13,01 Mb.
səhifə62/71
tarix08.04.2023
ölçüsü13,01 Mb.
#104773
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   71
diplom isi son olarn izmir belediyyesi

Elektron təyinat sistemləri
Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, yaşa görə pensiyaların, daha sonra əlilliyə görə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Nəticədə pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir.
Sosial müavinətlərin, o cümlədən əlilliyi olan şəxslərə müavinətlərin, müvafiq kateqoriyalardan olan əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdünün, sağlamlıq imkanları məhdud uşaqlara müavinətin və həmin uşaqlara qulluq edənə Prezidentin təqaüdünün təyinatı da elektronlaşdırılıb.
Ümumən 2019-cu ilin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizminin də elektronlaşdırılması təmin ediləcək ki, bununla da ildə bir hissəsi əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olan təqribən 180 minədək vətəndaş üzrə təyinatların elektron şəkildə, proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan həyata keçiriləcəkdir.
Əliliyi olan şəxslərin reabilitasiyası
Prezident cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramı ölkəmizdə yeni reabilitasiya mərkəzlərinin yaradılmasını, bərpa mərkəzləri şəbəkəsinin genişlənməsini təmin edib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi vardır. (Kaynak: https://www.sosial.gov.az/2952)
Nazirliyin reabilitasiya müəssisələrində cari ilin 10 ayı ərzində 7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Bu müddətdə nazirliyin Protez-ortopedik Bərpa Mərkəzi tərəfindən bu kateqoriyadan olan 7463 nəfər 25023 reabilitasiya vasitəsi, o cümlədən 1145 əlil arabası ilə təmin edilib.
Respublikamızın bölgələrində yaşayan və reabilitasiya vasitələrini almaqdan ötrü özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanları olmayan şəxslər üçün bu il demək olar ölkəmizin bütün rayon və şəhərlərində səyyar xidmətlər təşkil edilib, 836 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bu xidmətdən faydalanıb və onlara ehtiyaclarına uyğun olaraq ümumilikdə 3952 reabilitasiya vasitəsi, o cümlədən 15 əlil arabası yaşadıqları rayonlarda, hətta evlərində aparılıb verilib. (Kaynak: https://www.sosial.gov.az/2952)
Dövlət başçısının göstərişi ilə son illərdə Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Ötən ay, yəni noyabr ayında Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Bakının Xəzər rayonundakı Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilməklə istifadəyə verilib.
Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müasir reabilitasiya şəraiti yaradılır.
Dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinə də başlanılıb və artıq 2020-ci ildə ayrı-ayrı bölgələrdə yeni reabilitasiya ocaqlarının tikintisi də nəzərdə tutulub.
Yeni qurulan “Reabilitasiya” altsistemi reabilitasiya müəssisələri ilə Tibbi-sosial ekspert komissiyalarının (TSEK) əlaqəli fəaliyyətinin qurulması üçün onlar arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq. Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da TSEK-lər tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq. Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin də daha təkmil qurulmasına imkan verəcək.
Sosial müdafiəyə daha çox ehtiyacı olan əlilliyi olanlara sosial-məişət problemlərinin həll edilməsinə, habelə ayrı-ayrı əlilliyi olan şəxslərə müalicəsinə dəstək mqəsədilə məqsədilə birdəfəlik maddi yardımlar da edilir. (Kaynak: https://www.sosial.gov.az/2952)

Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə