21. yüzyılda pek çok gelişmiş ve gelişmekte olan ülkede sosyal belediyecilik anlayışıyla yerel yönetimler sosyal politikada etkin rol almaktadır


Əlilliyi olan şəxslərin sosial təminatı



Yüklə 13,01 Mb.
səhifə60/71
tarix08.04.2023
ölçüsü13,01 Mb.
#104773
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   71
diplom isi son olarn izmir belediyyesi

Əlilliyi olan şəxslərin sosial təminatı
Hazırda ölkəmizdə 600 mindən çox əlilliyi olan şəxs vardır və əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinət alırlar. Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq müavinət verilir. (Kaynak: https://www.sosial.gov.az/2952)
Müharibə əlilləri və onlara bərabər tutulanlar, eyni zamanda I dərəcə əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar.
Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin uşaqları aylıq sosial müavinətlə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslər hər il müalicə üçün birdəfəlik müavinətlə təmin edilirlər.
Cari ildə Prezident cənab İlham Əliyevin uğurlu sosial islahat paketinin tərkib hissəsi kimi, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün aylıq sosial müavinətin, müharibə əlilləri və onlara bərabər tutulanlar, I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdünün məbləği orta hesabla 100 faiz artırılıb. Eyni zamanda, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. Əmək pensiyasının minimum məbləği də cari ildə 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb və bu artımın tətbiq edildiyi pensiyaçıların bir hissəsi də məhz əlilliyi olan şəxslərdir. (Kaynak: https://www.sosial.gov.az/2952)
Mənzillə və minik avtomobilləri ilə təminat
Eyni zamanda, şəhid ailələri ilə bərabər, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı həyata keçirilir. (Kaynak: https://www.sosial.gov.az/2952)
2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, cari ildə həmin kateqoriyadan olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 511 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlər də cari ilin sonuna qədər veriləcək. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7165 mənzil və fərdi ev təqdim edilib.
Ölkəmizdə əlilliyi olan şəxslərin rifahında mühüm rol oynayan və onlara dövlətin böyük dəstəyinin təzahürü olan proqramlardan biri də ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin minik avtomobilləri təminatıdır. (Kaynak: https://www.sosial.gov.az/2952)
Həmin kateqoriyadan olan vətəndaşlara 2018-ci ildə 265 avtomobil verilibsə, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil təqdim edilib. Bununla indiyədək qeyd olunan vətəndaşlara 6400-dək minik avtomobili verilib. (Kaynak: https://www.sosial.gov.az/2952)

Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə