2915-“ İ a şə m ə hsullar


) Soyuq şirin xörəklərin hazırlanma texnologiyası



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə29/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   25   26   27   28   29   30   31   32   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

2) Soyuq şirin xörəklərin hazırlanma texnologiyası. 
Alma kiseli 
hazırlanan zaman alma nazik dilim şəklində doğranır, toxumu 
çıxarılır, qaynar suda bişirilir və hazır olduqda ələyə tökülüb əzilir. Burada əldə 
edilmiş həlim alma püresinə qatılır, içinə şəkər və limon duzu vurulub şəkəri 
əriyincə qaynadılır. Sonra bunun içinə qabaqca soyuq həlimdə açılmış kartof 
nişastası əlavə edilib tez qaynar vəziyyətə gətirilir (lakin qaynadılmır) və 
stəkanlara tökülüb soyudulur. 
Hər 1 kq kisel üçün burada 255 q təzə alma, 120 q şəkər, 40 q kartof nişastası 
və 1 q limon duzu götürülür. 
Orta qatılıqda quşüzümü kiseli 
hazırlanan zaman giləmeyvə seçilib soyuq 
suda yuyulur, pörtlədilir və əzilib ələkdən keçirilir. Əzilib ələkdən keçirilmiş 
kütlədən şirəsi sıxılıb çıxarılır, yerdə qalan cecəsinin üstünə 4-5 qat artıq isti su 
tökülüb qaynadılır və süzülür. Bu qayda ilə əldə edilmiş həlimin bir hissəsi 
soyudulur və bununla kartof nişastası çalınır. Bunun yerdə qalan hissəsinə şəkər 
qatılıb şəkər tamamilə əriyincə 3-5 dəqiqə qaynadılır. bu qayda əldə edilmiş 
şərbətə əvvəlcə həlimdə çalınmış kartof nişastası əlavə edilib qarışdırılır və tez 
qaynar vəziyyətə gətirilərək (qaynatmamaq şərtilə) qabaqca süzülmüş şirə ilə 
birlikdə ciddi qarışdırılır. Bundan sonra kisel stəkanlara tökülür və səthində pərdə 
əmələ gəlməsin deyə üstünə qənd səpilir və tez soyudulur. 
Süd kiseli 
bişirən zaman qabaqca qaynar südə şəkər və vanil salınıb qaynar 
vəziyyətə gətirilir, sonra bunun içinə qaynadılıb soyudulmuş süddə açılmış kartof 
nişastası vurulur və yenə qaynar vəziyyətə gətirilir (lakin qaynadılmır). 
Burada kartof nişastası əvəzinə qarğıdalı nişastası da götürülə bilər. Belə 
olduqda soyuq suda açılmış qarğıdalı nişastası qatıldıqdan sonra kisel zəif 
qaynatmaq şərtilə 5-7 dəqiqə bişirilir. 
İsti kisel stəkanlara yaxud fincanlara tökülüb üstünə qənd pudrası səpilir və 
soyudulur. 
Hər pay üçün burada 160 q süd, 20 q şəkər, 14 q kartof yaxud qarğıdalı 
nişastası və 0,03 q vanilin götürülür. 


42
Krem.
Kəsmik kreminin hazırlanması üçün kəsmik, kərə yağı, şəkər, duz, 
yumurta sarısı və çalınmış yumurta ağı tətbiq edilir. Burada kəsmik ovulur, ona 
yumurta sarısı, şəkər və duz ilə birlikdə əzilmiş kərə yağı vurulur. 
Yumurtanın ağı tamamilə sarısından ayrılaraq (yumurtanın ağına az da olsa, 
sarısı qatışarsa, çalınması pisləşir) dərin qalaylı qaba tökülür və süpürgəciklə buz 
üzərində, qabaqca yavaş, sonra isə tez çalınaraq yumurta ağından davamlı köpük 
yaradılır. Az miqdar yumurtanın ağı (2-3 ədəd) çəngəl ilə boşqabda da çalına bilər. 
Çalınmış həmin yumurta ağı kəsmik kütləsinə əlavə edilib ciddi qarışdırılır və 
soyudulur. 
Süfrəyə verilən zaman hazır krem kütləsi salatnikə yaxud krem qabına 
qoyulur. 
Vanil kreminin tərkibinə çalınmış qaymaq, yumurta, süd, şəkər, jelatin və 
vanil daxil olur. 
Burada krem hazırlanmasından qabaq tərkibində ən azı 20-25% yağ olan qatı 
qaymaq süpürgəcik vasitəsilə qalaylı qabda buz üzərində çalınır və süpürgəcikdən 
axmayan davamlı köpük törədilir (yağı az olan qaymaq çalınanda köpük davamsız 
çıxır). 
Sonra şəkərlə birlikdə əzilmiş yumurta sarısına qaynadılmış isti süd tökülüb 
80

-dən yuxarı olmamaq şərtilə qarışdıra-qarışdıra qızdırılır və qatılaşdırılır. Bu 
qayda əldə edilmiş süd-yumurta lyezonuna isti vəziyyətdə olaraq qabaqca süddə 
isladılmış və şişirdilmiş jelatin vurulur, jelatin əridikdə isə vanil tozu qatılır. 
Bundan sonra lyezon süzülüb 16-20

temperatura çatınca soyudulur. 
Çalınmış qaymağa arasıkəsilmədən qarışdırmaq şərtilə soyudulmuş lyezon 
əlavə edilir və krem tez qəliblərə tökülür. 
Soyumuş krem qəlibdən jele kimi çıxarılır və krem qabında yaxud vazalarda 
süfrəyə verilir. 
Süfrəyə verilən zaman kremin üstünə meyvə, giləmeyvə şərbəti yaxud üzüm 
şərabı ilə birlikdə şərbət tökülür.
1 kq krem üçün burada 500 q qaymaq, 150 q şəkər, 200 q süd, 2 ədəd 
yumurta, 20 q jelatin və 0,15 q vanilin götürülür. 


43
Şokolad kremi hazırlananda şəkər yumurta sarısı ilə birlikdə əzilən zaman 
onun içinə əzilmiş şokolad yaxud ələnmiş kakao tozu qatılır. 
Giləmeyvə kremi hazırlananda bağ çiyələyi, yaxud moruq seçilib yuyulur və 
əzilərək ələkdən keçirilir; həmin giləmeyvə püresinə şəkər, sonra isə əridilmiş 
jelatin və çalınmış qaymaq qatılır. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə