2915-“ İ a şə m ə hsullar


Dondurma . Dondurmanın hazırlanması üçün aşağıdakı 2 əmələ riayət  olunmalıdır:  a)



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə30/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   26   27   28   29   30   31   32   33   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

Dondurma
. Dondurmanın hazırlanması üçün aşağıdakı 2 əmələ riayət 
olunmalıdır: 
a)
qaymaqlı dondurma üçün süd-yumurta kütləsinin hazırlanması; 
b)
meyvə dondurması; 
c)
kütlənin dondurulması. 
Qaymaqlı dondurma hazırlamaq üçün bütöv yumurtalar yaxud onların sarısı 
şəkərlə birlikdə ciddi qarışdırılır (şəkər əriyənəcən). Sonra bunun içinə 
qaynadılmış isti süd tökülüb 80 dərəcədən yuxarı olmamaq şərtilə qarışdıra-
qarışdıra və səthindən köpüyü çəkilənədək bişirilərək birnövlü kütlə halına 
gətirilir. Sonra bunun içinə vanil tozu vurulub soyudulur. Qarışıq süzülüb 
qəliblərin yarısına qədər doldurulur, qəliblərin qapağı örtülür və bu qarışıq buz 
üstünə qoyulub soyudulur. Həmin kütlə dondurulan zaman qəlib o tərəf bu tərəfə 
fırladılır, arabir taxta kürəciklə çalınır və qəlibin divarlarından donmuş qat qaşınır. 
Bu əməliyyat bütün kütlə tamamilə bərkiyincə aparılır. 
Dondurma yüksək keyfiyyətli olsun deyə, norma-resepturaya ciddi riayət 
etməlidir. Bunu yadda saxlamalıdır ki, süd həddindən artıq olduqda lazımı 
qatılıqda lyezon əldə edilə bilməz. Belə lyezanla hazırlanan dondurma havada tez 
əriyər. 
Yumurta həddindən çox olduqda isə dondurma xoşagetməz tam və sarımtıl 
rəng kəsb edər. 
Süfrəyə veriləndə dondurma hər porsu 2-3 kürəcikdən ibarət olmaqla, krem 
qabına yaxud vazalara qoyulur. 


44
1 kq dondurma üçün burada təxminən 600 q süd, 75 q qaymaq, 250 q çəkər, 3 
ədəd yumurta, 0.1 q vanilin yaxud da 700 q süd, 225 q şəkər, 3 ədəd yumurta və 
vanilin götürülür. 
Meyvəli və giləmeyvəli dondurma hazırlananda qabaqca meyvə yaxud 
giləmeyvə çiy halda da əzilə bilər. Burada əldə edilmiş meyvə-giləmeyvə püresi 
soyudulur; eyni zamanda isti suda şəkər əridilib bişirilir, soyudulur və süzülür. 
Sonra meyvə yaxud giləmeyvə püresi həmin şərbətə tökülüb hamısı birlikdə ciddi 
qarışdırılır və qəliblərə tökülüb soyudulur. Meyvə yaxud, giləmeyvəli dondurma 
müxtəlif yeyinti boyaları ilə boyadıla bilər. 
Dondurma iri kürəciklər şəklində krem qabına yaxud vazalara qoyulub 
süfrəyə verilir. 
1 kq dondurma üçün burada təxminən 200 q çiyələk yaxud mandarin, 325 q 
şəkər və 1 q limon duzu götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə