2915-“ İ a şə m ə hsullar


Milli pəhriz xörəkləri, onlar əsasında hazır məhsulların istehsalı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə39/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   35   36   37   38   39   40   41   42   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

 
Milli pəhriz xörəkləri, onlar əsasında hazır məhsulların istehsalı, 
kefiyyətə olan tələblər, saxlanma müddəti və realizə şərtləri.
Selikli düyü şorbası. 
Burada diqqətlə seçilmiş və yuyulmuş düyünün üstünə qaynar su tökülüb 
qabaqca güclü, sonra isə zəif od üzərində bişirilərək tamamilə yumşaq hala salınır. 
Sonra hazır düyü isti vəziyyətdə süzülür və selikli həlim, yəni selikli şorba əldə 
edilir. Həkimin göstərişi üzrə bişmiş düyü öz həlimi ilə əzilib ələkdən keçirilə 
bilər. Süfrəyə verilən zaman həmin şorbanın içinə kərə yağı vurulur. Vələmirdən, 
arpadan və manna yarmasından olan selikli şorbalar da belə hazırlanır. 
Selikli şorbaya lyezon vurulduqda, bundan 1№-li pəhriz üçün də istifadə edilə 
bilər. 
Hər pors üçün burada 40 q düyü, 600 q su, 10 q kərə yağı, lyezon üçün isə 50 
q qaymaq yaxud süd və 
3
1
ədəd yumurta götürülür. 
Toyuq püresi ilə selikli düyü şorbası. 
Toyuq qaynar suda bişirilib hazır vəziyyətə gətirilir və onun yumşaq əti 
(filesi) sümükdən ayrılıb xırda tikələrə doğranır və qabaqca ətçəkən maşında, sonra 
isə həvəngdə döyülüb ələkdən keçirilir. Həmin toyuq püresi hazırlanmış selikli 


62
düyü şorbasına əlavə edilib qarışdırılır və süfrəyə verilən zaman içinə kərə yağı 
vurulur. 
Bu xörək 4№-li pəhriz üçün tətbiq olunur. 
Bu şorbaya lyezon vurulduqda 1, 5 və 7№-li pəhrizlər üçün də istifadə edilə 
bilər. 
Hər pors üçün 40 q düyü, 600 q su, 120 q toyuq əti, 10 q yağ, lyezon üçün 50 
q qaymaq yaxud süd və
3
1
ədəd yumurta götürülür. 
Çiçək kələm süflesi 
 
Çiçək kələm təmizlənib ayrı-ayrı hissələrə bölünür və təmiz yuyulub qaynar 
duzlu suda bişirilərək qəlbirdən süzülür və əzilib ələkdən keçirilir. Eyni zamanda 
60-70

temperaturlu orta qatılıqda hazır süd sousuna çiy yumurta sarısı vurulub 
hamısı birlikdə qarışdırılır. Bu qayda əldə edilmiş kütləyə kələm püresi və çalınıb 
köpükləndirilmiş yumurta ağı qatılıb yuxarıdan aşağıya doğru ehmalcasına 
qarışdırılır. Həmin hazır kütlə dibinə kərə yağı sürtülmüş qəliblərə düzülüb marmit 
üzərində bişirilir. 
Süfrəyə verilən zaman bunun üstünə kərə yağı tökülür. Bu xörək 1, 2, 11 və 
15№-li pəhrizlər üçün tətbiq edilir. 
Hər pors üçün 200 q çiçək kələm, 80 q süd, 10 q un, 1 ədəd yumurta və 15 q 
kərə yağı götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə