51
yətini edən və bu işi mənəvi insanlıq borcu kimi dəyər-
ləndirən şair:
Dünyaya gəlmədik zövqə, işrətə,
Borcumuz qatlaşmaq hər cür zəhmətə -
inamı ilə “kamil palançılığı yarımçıq papaqçılıqdan” üstün
tutmuş, həyatda və gündəlik dolanacaqda qənaətcil olma-
ğı, hər işdə “nisbətlərə riayət etməyi”, “haqq-hesab bilmə-
yi”, “ölçü-biçi gözləməyi” tövsiyə etmiş, ədalətsiz vergilə-
rə və rüşvətxorluğa qarşı çıxmış, “yetimlərin malına qəsd
edilməsini” və “qocaların olub-qalanının çapılıb-talanma-
sını” qəzəblə lənətləmişdir. İnsanların əsl güc-qüvvətini,
bəşəriyyətin xoşbəxtliyini elmdə, bilikdə olduğunu və cə-
miyyətin bütün səylərinin ölkənin, onun əhalisinin xeyrinə
yönəldilməsinin arzulayan mütəfəkkir sənətkar qəti bir
əminliklə yazmışdı:
Qüvvət elmdədir, ayrı cür heç kəs,
Hər kəsə üstünlük göstərə bilməz.
Ümumbəşəri dəyərlərin varisləri kimi orta əsr Azər-
baycan iqtisadi fikrinin nümayəndələri, müasir inteqrasiya
və qloballaşma proseslərini sanki öz fəhmləri ilə dərk edə-
rək bildirmişlər: “tədricən bir-birinə kömək edən insanları
birləşdirən quruluşun yaranması zəruriyyəti meydana çı-
xar, çünki insanlar öz təbiəti etibarilə inkişafa meyl edən
bir varlıq kimi yaradıldığından məhz belə birləşməyə
möhtacdırlar” (N.Tusi).
XIX əsrin əvvəllərində Azərbaycanın parçalanaraq
Rusiya tərəfindən işğalından başlayaraq, XX əsrin ilk iyir-
minci illərinə qədər olan dövrdə burda gedən ictimai-siya-
si iqtisadi-sosial, mədəni-mənəvi proseslər xalqımızın
M.F.Axundov, A.Bakıxanov, Q.B.Zakır, H.B.Zərdabi,
N.B.Vəzirov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Ə.Rə-
52
sulzadə, N.Nərimanov, Ü.Hacıbəyli, Ə.Hüseynzadə ki-
mi görkəmli simalarının yaradıcılığında tapmışdır. Onların
bədii əsərlərində, mətbuatdakı yazılarında, publisist məqa-
lələrində, müsahibələrində, çıxışlarında və əməli fəaliyyət-
lərində çar Rusiyasının müstəmləkə siyasəti, xalqın hü-
quqsuz vəziyyəti, rəsmi məmurların rüşvətxorluğu, cəmiy-
yətin sosial təbəqələşməsi, zəhmət adamı - fəhlənin, kənd-
linin, sənətkarın ağır həyati, pulun ağalığı, insanların haqq
və hüquqlarının tapdalandığı, sələmçiliyin yaratdığı bəla-
lar, ölkənin səriştəsizliklə idarə olunması, əhalinin savad-
sızlığı, dini-xürafat mühitinin formalaşdırdığı həyat tər-
zinin nəticələri, milli qeyrət, vətəndaşlıq məsuliyyəti möv-
qeyindən tənqid edilmişdir. Eyni zamanda onlar Azərbay-
canın təsərrüfat həyatındakı canlanmanı, yeni iqtisadi mü-
nasibətlərin özünə yol açmasını, ölkənin daxili-xarici iqti-
sadi əlaqələrinin genişlənməsini, xalqın iqtisadi-sosial və-
ziyyətindəki dəyişiklikləri və ümumi inkişaf, habelə milli
şüurun formalaşması istiqamətindəki obyektiv meylləri
düzgün dəyərləndirmişlər.
Bütün Şərqdə ilk parlamentli demokratik respublika
kimi tarixə daxil olmuş Azərbaycan Xalq Cümhuriyyətinin
1918-1920-ci illəri əhatə etmiş 23 aylıq hakimiyyəti dövrü,
onun M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski,
H.B.Ağayev, H.B.Usubbəyov və digər xadimlərinin iqti-
sadi-sosial görüşləri, Musavat hökumətinin hazırladığı
iqtisadi siyasət tədbirləri platforması, bu xəttin özünəməx-
sus xüsusiyyətləri, həyata keçirilən ilk uğurlu addımlar,
xalqımızın iqtisadi fikir, habelə təfəkkürünün formalaşma-
sı prosesində mühüm mərhələ olmuşdur.
Hökumətin mülkiyyət münasibətlərindəki Şərq ölkə-
lərinin xüsusiyyətlərini nəzərə alan çevik iqtisadi siyasət
53
taktikası, bir neçə variantda hazırlanmış aqrar proqramı,
sənayenin inkişaf yolları xətti, maliyyə-valyuta siyasəti,
inflyasiyaya qarşı mübarizə üsulları, xarici ticarət əlaqələ-
rinin genişləndirməsi səyləri, iqtisadiyyatın dövlət tənzim-
lənməsi istiqamətindəki addımları, əhalinin həyat səviyyə-
sini yaxınlaşdırmaq, təhsil, səhiyyə və digər sahələrdəki
dünya təcrübəsinə əsaslanan düşünülmüş tədbirlər sistemi,
Azərbaycan Xalq Cümhuriyyətinin lideri M.Ə.Rəsulza-
dənin “fikri, milli və siyasi istiqlalın kökü iqtisadi istiqlal-
dır” ideyasına söykənmişdir.
71 il (1920-1991) davam etmiş işğalçı bolşevik reji-
mi şəraitində müəyyən istisnalarla Azərbaycanda iqtisad
elmi və iqtisadi fikrin inkişafı, hakim ideologiya olmuş
marksist-leninçi nəzəriyyənin doqmatik-sxolastik ehkamçı
iqtisadi müddəalarının öyrənilib tədqiq, habelə tədris olun-
masına tabe edilmişdi. Lakin həyat sübut etdi ki, xüsusi
mülkiyyət hüququnu qadağan edən, sahibkarlıq-biznes
fəaliyyətinə yol verməyən, insanların iqtisadi maraq və
təşəbbüslərini boğan, rəqabət prinsiplərinə əməl etməyən
bir təsərrüfat sistemi məhvə məhkumdur.
Sovet hakimiyyəti illərinin obyektiv çətinlik və məh-
dudiyyətlərinə baxmayaraq, Azərbaycanda iqtisad elminin
nəzəri-praktik məsələlərinə dair Məmmədhəsən Vəlili
(Baharlı), Bəkir Həsənbəyov, Həsən Dadaşov, Əliqulu Fə-
rəcov, Bəhmən Axundov, Əlisöhbət Sumbatzadə, Əhməd
Mahmudov, Mədət Allahverdiyev, Muxtar Mustafayev,
Ələsgər Qasımov, Mahmud Tağıyev, Yusif Məmmədov,
Mirağa Musayev, Balaca Əbdürrəhmanov, Əbdülqafur
Zərgərov, Ərəstun Axundov, Fərid Fərəcov, Teymur Vəli-
yev, Ağayar Həsənov, habelə başqaları müxtəlif istiqamət-
lərdə tədqiqatlar aparmış, monoqrafiyalar, dərsliklər, ki-
tablar, məqalələr nəşr etdirmiş, iqtisadçı kadrların hazır-
Dostları ilə paylaş: |