55
MÖVZU 3.
İQTİSADİ NƏZƏRİYYƏNİN PREDMETİ VƏ
METODLARI
a)
İqtisadi nəzəriyyənin predmeti.
b)
İqtisadi nəzəriyyənin metodları.
c) İqtisadi kateqoriyalar, anlayışlar.
ç) İqtisadi qanunlar və onların fəaliyyəti.
a)
Müxtəlif elm sahələri öyrəndiyi obyektinə və
predmetinə görə bir-birindən fərqlənirlər. Fizika elminin
öz predmeti, biologiyanın digər, riyaziyyatın isə tamamilə
başqa bir obyekt kimi özünəməxsus predmeti vardır.
«İqtisadi nəzəriyyə» fənninin öyrənib araşdırdığı ob-
yekt, yaxud sahə-iqtisadiyyatdır, təsərrüfat həyatıdır. İqti-
sadiyyat isə cəmiyyətin yaşayıb inkişaf etməsi üçün mü-
hüm bir sahə olmaqla yanaşı, eyni zamanda mürəkkəb, də-
yişən, yeni meyllərlə səciyyələnən geniş əhatəli obyektdir.
Qarşılıqlı əlaqəli vahid bir sistem kimi iqtisadiyyat,
insan fəaliyyətinin istehsal, xidmət, mənəvi sahələri ilə
bilavasitə, yaxud dolayı yollarla bağlıdır. Cəmiyyətin və
insanların müxtəlif təyinatlı tələbləri əsasında formalaşıb
inkişaf edən iqtisadiyyat, öz tərəqqisində ciddi uğurlarla
yanaşı, xeyli çətinliklərlə də rastlaşır. Həmin problemlərin
və qayğıların aradan qaldırılmasının səmərəli yollarının
axtarışında iqtisadi nəzəriyyə (economics) mühüm əhə-
miyyətə malikdir.
İctimai (sosial) elmlərin bir
sahəsi kimi iqtisadi nəzə-
riyyənin predmetinin müəyyənləşdirilməsi və ona tərif
verilərək, məzmununun açılması yolunda müxtəlif dövr-