64
faydalılığın azalması qanununu, yığım qanununu, pul
tədavülü qanununu, dəyər qanununu, rəqabət qanunu-
nu, tələbatın artması qanununu, torpağın münbitliyi-
nin azalması qanununu göstərmək olar. Bu qanunlar
iqtisadiyyatın və bütövlükdə təsərrüfat həyatının obyektiv
inkişaf meyllərini əks etdirərək, uzun müddətli dövr ərzin-
də məntiqi ardıcıllıqla, habelə qarşılıqlı əlaqədə fəaliyyət
göstərirlər.
Eyni zamanda müxtəlif tədqiqatçıların adları ilə bağ-
lı olub, iqtisadi proseslərin mahiyyət əlaqələrini aydınlaş-
dırmağa çalışan Sey qanununu, Qossen qanununu, En-
gel qanununu, Oyken qanununu qeyd etmək lazımdır.
Təbiətdə olduğu kimi cəmiyyət həyatının da obyek-
tiv qanunları vardır. Lakin təbiətin mütləq mənada insan
şüurundan və iradəsindən asılı olmayan qanunlarından
(planetlərin hərəkəti, okeanların qabarıb-çəkilməsi, cazibə
qüvvəsi) fərqli fəaliyyət göstərən iqtisadi qanunları tən-
zimləmək mümkündür. Bu tənzimləmə prosesi insanların
şüurlu və məqsədyönlü fəaliyyəti, habelə dövlətin düşü-
nülmüş iqtisadi siyasəti ilə həyata keçirilə bilər.
İqtisadi qanunlar cəmiyyət həyatında bir-biri ilə qar-
şılıqlı əlaqə və təsir şəraitində sistem kimi fəaliyyət gös-
tərirlər. Bu qanunları dərk etməyin başlıca şərti, onların
fəaliyyət göstərdiyi konkret şəraiti, mühiti, ölkəni nəzərə
almaqdır. İqtisadi qanunların normal fəaliyyət göstərməsi
üçün müəyyən ilkin zəruri şərtlər olmalıdır. Məsələn, hər
hansı bir ölkədə, yaxud istehsal sahəsində rəqabət qanunu-
nun normal fəaliyyət göstərməsi üçün sərbəst sahibkar-
lığın, mülkiyyət və investisiya hüququnun, sərbəst bazar
qiymətlərinin mövcudluğu tələb olunur.
Dövlət ölkənin təsərrüfat həyatını özünün sərt və
65
ciddi nəzarəti altında saxlaması, şübhəsiz iqtisadi qanun-
ların fəaliyyət, habelə təsir dairəsini məhdudlaşdırır.
Müasir mərhələdə ölkənin təsərrüfat həyatını uğurla
və səmərəli idarə etmək üçün dövlət tərəfindən tənzim-
ləyici hüquqi qanunlar qəbul edilməsinə ehtiyac vardır. Bu
qanunlar isə yalnız o zaman «işləyə» bilər ki, onların
fəaliyyəti üçün əlverişli şərait yaradılsın. Aydındır ki, hü-
quqi qanunlarla iqtisadi qanunları eyniləşdirmək olmaz.
Zaman keçdikcə və zərurət yarandıqca, hüquqi qanunları
təkmilləşdirmək, yeniləşdirmək, hətta ləğv etmək müm-
kündür. Lakin tələb və təklif, rəqabət, qiymət kimi qanun-
ları ləğv etmək olmaz. Ona görə də hüquqi qanunlar, nor-
mativ aktlarla obyektiv iqtisadi qanunlar arasında hökmən
müəyyən bir uyarlıq, tarazlıq və ahəngdarlıq olmalıdır.
66
MÖVZU 4.
İQTİSADİ NƏZƏRİYYƏNİN MÜASİR ƏSAS
İSTİQAMƏTLƏRİ
a)
Neoklassik istiqamət.
b)
Keynsçilik və onun davamçıları.
c)
İnstitusional – sosioloji istiqamət.
ç) Digər elmi-nəzəri iqtisadi konsepsiyalar.
a)
Neoklassik istiqamətin əsası sayılan marjinalizm
anlayışı və nəzəriyyəsi XIX əsrin ikinci yarısında mey-
dana çıxıb formalaşdıqdan sonra iqtisadi fikrin yeni meyl-
lərinin inkişafına güclü təsir göstərmişdir.
Marjinalizm - fransız sözü olub, hədd, hüdud, miq-
dar (marqinal) mənasında işlənmişdir. Bu təlimdə, iqtisadi
sistemin qarşılıqlı təsərrüfat əlaqələrinin təhlilində müəy-
yən hədd (son kəmiyyət və hal mənasında) olması ideyası
əsas tutulurdu. Marjinalizmin əsas kateqoriyaları kimi fay-
dalılıq həddini, məhsuldarlıq həddini, məsrəflər (xərclər)
həddini, gəlirlilik həddini göstərmək olar. Bu anlayışlara
dair hələ xeyli əvvəllər müəyyən fikirlər söylənsə də, lakin
marjinalist nəzəriyyəsinin formalaşmasında K.Menger,
Y.Bem-Baverk, F.Vizer, G.Hossen, L.Valras, U.Cevons,
V.Pareto başlıca rol oynamışlar.
Klassik və marksist iqtisadi məktəblərdən fərqli ola-
raq, marjinalistlər əmtəə-xidmətlərin dəyərinin (qiymə-
tinin) onların istehsalına sərf olunmuş əməklə deyil, həmin
məhsulların alıcı (istehlakçı) üçün faydalılığı ilə ölçüldüyü
ideyasını irəli sürüb əsaslandırmışlar. Marjinalistlərin fik-
rincə, bazara çıxarılan əmtəə - xidmətlərin reallaşdırılması
67
prosesində dəyərin (qiymətin) formalaşması, son nəticə
etibarilə alıcının həmin şeylərə olan subyektiv-psixoloji
münasibəti, yaxud şəxsi istəyi və fərdi arzusu ilə ölçülür.
Deməli, özlüyündə əmtəə-xidmətlər “obyektiv iqtisadi
keyfiyyət”ə malik olmadığından, bunların dəyər-qiyməti
məhdud iqtisadi resurslar şəraitində istehlakçının tələbat-
larını ödəmək və ona nə dərəcədə rahatlıq, faydalılıq gətir-
mək mövqeyindən tədqiq edilməlidir. Bu mənada marjina-
lizm istehlaka, yəni subyektiv cəhətə, insanın ehtiyacları-
na, onun fərdi tələbatlarına üstünlük verən nəzəri konsep-
siya, yaxud elmi-nəzəri baxışlar sistemidir.
Marjinalist nəzəriyyənin əsas prinsipi - əmtəə-xid-
mətlərin faydalılığı və ilkin istehlak mərhələsindən sonra
bunların faydalılıq əmsalının (həddinin, dərəcəsinin) kon-
kret istehlakçı üçün azalmağa, yaxud aşağı düşməyə meyl
etməsidir. Bu mövqeyə görə, əmtəə-xidmətlərə olan ilkin
tələbat ödənildikcə, cəmiyyətdə və alıcılarda istehlak et-
dikləri şeylərə qarşı “aclıq hadisəsi aradan qalxdıqca,
tədricən insanlar üçün həmin məhsulların, xidmətlərin
faydalılığı, təbii olaraq zəifləyəcək, hətta bəlkə də məna-
sını itirəcəkdir. Ona görə də, əmtəə-xidmətlərin ilkin, fay-
dalılığının aşağı düşməsi, bunlardan alıcının “doyması,
tələbinin ödənilməsi, rahatlığı”, qiymət amili ilə bilavasitə
bağlı deyildir. Çünki, “faydalılıq” və “qiymət” anlayışları
arasında müəyyən əlaqə olsa da, lakin onlar arasında ey-
niyyət yoxdur. Qiymətli o şeylərdir ki, az tapılır, istehlakçı
üçün məhduddur, yaxud əlçatmazdır. Faydalılıq isə qiy-
mətlə birbaşa bağlı olmayıb, istehlakçı davranışı, insanın
fərdi istehlak xüsusiyyətləri, sağlamlığı və subyektiv-psi-
xoloji durumu ilə əlaqədardır.
Məsələn, susuzlayan adam üçün axan çayın, yaxud
Dostları ilə paylaş: |