61
göstərir. Real həyatda induksiya və deduksiya metodları-
nın birlikdə tətbiqi və qarşılıqlı əlaqədə təsiri daha səmə-
rəli nəticələr verir.
Qrafik təsvirlər metodu. İqtisadi, hadisə və pro-
sesləri daha yaxşı qavrayıb təsəvvür etmək üçün müxtəlif
cədvəl, diaqram, sxem, əyri və şəkillərdən istifadə olunur.
Məsələn, tələblə təklifin dəyişməsini, əmək haqqı ilə əha-
linin iqtisadi-sosial vəziyyətinin asılılığını, inflyasiya pro-
sesləri ilə əhalinin məşğulluğu arasındakı əlaqəni, ümumi
daxili məhsulun (ÜDM) artım dinamikasını qrafik üsul-
larla aydınlaşdırmaq mümkündür.
Riyazi modelləşdirmə metodu. Bu metod iqtisadi
prosesləri riyazi düsturlar, tənliklər, qeyri-bərabər kəmiy-
yətlər vasitəsilə ifadə etməyə imkan verir. Məsələn, hər
hansı bir ölkədə tədavüldə nə qədər pulun lazım olduğunu,
torpaq sahəsinin qiymətini, həyat səviyyəsi indeksini,
xarici ticarət əlaqələrinin səmərəliliyini məhz bu metodla
hesablayırlar. Riyazi modelləşdirmə metodu ilə aparılan
hesablamalar, iqtisadi prosesləri sadəcə qeydə almaqla
kifayətlənməyib, eyni zamanda həmin hadisələrin özünə-
məxsus xüsusiyyətlərini, habelə gələcək inkişaf meyllərini
müəyyənləşdirməyə imkan verir. Həmin metod vasitəsilə
iqtisadi modellər yaradılır.
Cəmiyyətdə baş verən mürəkkəb və çoxcəhətli iqti-
sadi proseslərin aydınlaşdırılaraq təhlil olunmasında, ha-
belə perspektiv təsərrüfat həyatı məsələlərinin həllində
mühüm vasitə olan iqtisadi metodlar, konkret şəraitə görə
tətbiq olunduqda, habelə bir-biriylə əlaqəli öyrənildikdə,
şübhəsiz daha faydalı nəticələr əldə edilir.
Qlobal və milli iqtisadiyyat çərçivəsində baş verən
ziddiyyətli proseslərin müxtəlif metodlar vasitəsilə öyrə-
62
nilməsi iqtisadi nəzəriyyənin metodologiyası adlanır. De-
məli iqtisadi nəzəriyyənin metodologiyası - təsərrüfat hə-
yatındakı hadisələri tədqiq edən metodlar haqqında elm-
dir. Metodologiya iqtisadi proseslərin öyrənilib dərk edil-
məsinə ümumi mövqe, yaxud vahid fəlsəfi yanaşma zə-
mini ilə səciyyələnir.
İqtisadi nəzəriyyənin ümumi metodologiyasında bir
neçə əsas yanaşmanı, o cümlədən: subyektiv (idealist), po-
zitiv-empirik (neopozitiv empirik və skeptizm), rasional,
dialektik (materialist) baxışları göstərmək olar.
Subyektiv yanaşma, iqtisadi proseslərin təhlilinin
çıxış nöqtəsi kimi subyekti (“mən”, homoekonomiks”)
götürür və onun fəaliyyətinin (davranışının) ətraf mühitə
münasibətini nəzərdə tutur.
Pozitiv-empirik yanaşma, iqtisadi hadisələrin kon-
kret nəticələrinin öyrənilməsinə, gələcəkdə elmi-texniki
nailiyyətlər əsasında yeni iqtisadi modellərin tətbiqinə üs-
tünlük verir.
Rasional yanaşma, bütövlükdə cəmiyyətin iqtisadi
sisteminin inkişafının hərtərəfli qiymətləndirilməsini irəli
sürür.
Dialektik yanaşma, iqtisadi prosesləri daimi hərəkət
və dəyişmə halında götürərək, onların gələcək inkişaf meyl-
lərini araşdırır.
c) İqtisadi nəzəriyyə bir elm kimi cəmiyyətin təsər-
rüfat həyatında gedən prosesləri izləyib təhlil etmək və öz
mülahizələrini bildirmək üçün həmişə iqtisadi kateqoriya-
lara, yaxud anlayışlara, terminlərə müraciət edir.
İqtisadi kateqoriyalar, iqtisadi hadisələrin və təsərrü-
fat həyatının müxtəlif proseslərinin ən mühüm tərəflərini
ifadə edən nəzəri anlayışlardır. Bu anlayış və kateqoriya-
63
lar, iqtisad elminin ayrı-ayrı cəhətlərini ümumiləşdirilmiş
şəkildə ifadə edən simvollar, rəmzlər kimi iqtisadi nəzə-
riyyənin əlifbası rolunu oynayır. İqtisadi kateqoriya və
anlayışları öyrənib dərk etmədən, onların mahiyyətini və
təzahür formalarını, dəyişilmə xüsusiyyətlərini və trans-
formasiya gedişini bilmədən, təsərrüfat həyatının mürək-
kəb proseslərindən baş çıxarıb onları izah etmək mümkün
deyildir. Müqayisə üçün qeyd etmək olar ki, bədii ədəbiy-
yatın obrazları müxtəlif insanlardısa, iqtisadi nəzəriyyə
elminin “obrazları və surətləri” məhz kateqoriyalardır.
Məsələn, mülkiyyət, torpaq, bazar, əmtəə, pul, isteh-
sal, bölgü, mübadilə, istehlak, ticarət, kapital, əmək, gəlir,
iş qüvvəsi, faiz, bank, renta, dəyər, qiymət, əmək haqqı,
ümumi daxili məhsul, həyat səviyyəsi, kapitalist, sahibkar,
istehsal xərcləri, kredit, investisiya, büdcə kəsiri, mənfəət,
rəqabət, tələb, təklif, inhisar iqtisadi kateqoriyalardır. Bu
iqtisadi anlayışlar vasitəsilə həyatda rastlaşdığımız təsər-
rüfat problemləri aydınlaşdırılır.
>
ç) İqtisadi nəzəriyyə fənnini öyrənmə gedişində
müxtəlif iqtisadi qanunların adı çəkilir və onların mahiy-
yəti, təzahür formaları, habelə fəaliyyət mexanizmi təhlil
edilir.
İqtisadi qanunlar - cəmiyyət həyatının iqtisadi hadisə
və prosesləri arasında baş verən, daimi təkrar olunan, sa-
bit, möhkəm, mahiyyəti təşkil edən ən mühüm səbəb-
nəticə əlaqələrini ifadə edir. Başqa sözlə, iqtisadi qanunlar
hadisələrin və proseslərin əsl mənasını, məntiqi ardıcıllı-
ğını, onların arasındakı zəruri daxili asılılıq əlaqələrini
ifadə edir.
İqtisadi qanunlardan tələb və təklif qanununu,
əmək məhsuldarlığının yüksəldilməsi qanununu, son
Dostları ilə paylaş: |