3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   79

166 
 
dan  (yerli,  milli,  region,  beynəlxalq);  iqtisadi  təyinat  cə-
hətdən  (əmtəə-xidmətlər,  iş  qüvvəsi,  kapital,  qiymətli  ka-
ğızlar, reklam bazarı və s.) kimi konkret növləri də vardır. 
ç) Müasir cəmiyyətdə bazar münasibətlərinin forma-
laşması  yalnız  sırf  iqtisadi  məsələ  olmayıb,  həm  də  icti-
mai,  siyasi,  sosial,  əxlaqi  dəyərlərlə  bağlı  mürəkkəb  bir 
prosesdir. Şübhəsiz, bu çoxcəhətli və ziddiyyətli formalaş-
ma  gedişində  prosesin  müsbət  (pozitiv)  cəhətləri  inkişaf 
etdirilməli,  mənfi  (neqativ)  cəhətləri  isə  ağıllı  üsullarla 
tənzimlənərək,  hökmən  yumşaldılmalı,  imkan  və  şərait 
yarandıqca aradan qaldırılmalıdır. 
Bazar  iqtisadiyyatının  üstün  cəhətləri  kimi  onun 
xüsusi  mülkiyyətə,  azad  sahibkarlıq  fəaliyyətinə,  insanın 
təşəbbüskarlıq  və  yaradıcılıq  imkanlarına  geniş  meydan 
açdığını,  rəqabət  yaratdığını,  alıcıların  tələbinə  uyğunlaş-
dığını,  məhsul  və  xidmətlərin  keyfiyyətini  yüksəltdiyini, 
iqtisadi artım təmin etdiyini göstərmək olar. 
Bazar  iqtisadiyyatının  nöqsan  cəhətləri  kimi  aşağı-
dakıları qeyd etmək mümkündür: 
-  bazar  iqtisadiyyatı  ölkə  əhalisinin  müxtəlif    dairə-
ləri  və  ictimai  təbəqələrinin  həyat  səviyyəsində  kəskin 
fərqlər  yaradır,  işsizliyi  artırır,  sosial  ədalətsizliyi  güclən-
dirir, hər şeyi pula, alqı-satqıya yönəldir; 
- bazar münasibətləri şəraitində, xüsusilə keçid mər-
hələsində  olan  ölkələrdə,  istehsalı  və  iqtisadiyyatın  müx-
təlif  sahələrini  vaxtında,  habelə  çevik  surətdə  lazım  olan 
nağd pul kütləsi ilə təmin etmək mümkün olmur
- bazar iqtisadiyyatı çox vaxt arzuolunmaz nəticələrə 
-  ətraf  mühitin  çirklənməsinə,  ərzaq  məhsullarının  tərki-
bində  zərərli  maddələrin  (pestisidlərin)  artmasına,  narko-
maniyanın,  sərxoşluğun,  zərərli  oyunların,  əxlaq  və  milli 
mentalitetə  uyğun  olmayan  hadisələrin,  yoluxucu  xəs-


167 
 
təliklərin,  uşaq  baxımsızlığının,  cinayətkarlığın  artmasına 
gətirib çıxarır; 
-  bazar  iqtisadiyyatı  elmin  nəticələrindən  faydalansa 
da,  lakin  özü  bilavasitə  onun  inkişafına,  maliyyələşdiril-
məməsinə ciddi maraq göstərmir; 
-  bazar  iqtisadiyyatı  sistemi  ümummilli  ictimai  əhə-
miyyət  kəsb  edən  sahələrin  (müdafiə,  ictimai  nəqliyyat, 
mədəniyyət  ocaqları,  muzeylər,  kitabxanalar)  inkişafına 
lazımi qayğı göstərmir, çünki həmin sahələrdən qısa müd-
dətdə sanballı mənfəət götürmək çətindir
-  bazar  iqtisadiyyatı  sabit  olmur,  vaxtaşırı  enib-
qalxmalara,  maliyyə  sarsıntılarına,  işsizliyə  və  dünya  ba-
zarının təsirlərinə məruz qalır. 
Lakin  bütün  bu  çatışmayan  cəhətlərə  baxmayaraq, 
bazar  iqtisadiyyatı  hələlik  bəşəriyyətin  kəşf  etdiyi  və 
təcrübədə sınaqdan keçirdiyi ən optimal iqtisadi sistemdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


168 
 
MÖVZU 11. 
 
BAZAR MEXANİZMİ VƏ ONUN FƏALİYYƏTİ 
 
a)
 
Tələb-təklif  kateqoriyalarının  məzmunu  və  onların  for-
malaşmasına təsir göstərən amillər. 
b)
 
Tələb və təklifin elastikliyi. 
c)
 
Bazar qiymətinin formalaşması və tarazlıq qiyməti. 
ç) İstehlakçı davranışı. 
d)
 
Bazar infrastrukturu və onun quruluşu. 
 
a)
 
Cəmiyyətin  tarixi  inkişafı  boyunca  insanlar  hə-
mişə müxtəlif ehtiyaclar və tələblər dairəsində yaşamışlar. 
Bəzi  mütəxəssislərin  fikrincə,  insanlar  bir  növ  bu  ehtiyac 
və  tələblərin  «əsiri»  olaraq,  həmin  tələblərin  ödənilməsi 
naminə  öz  axtarış-fəaliyyət  dairəsini  genişləndirməyə  səy 
göstərmişlər. 
Aydındır  ki,  bizim  hər  birimizin  şəxs  və  fərd  kimi, 
müəyyən bir ailə, yaxud kollektiv kimi, habelə bütövlükdə 
cəmiyyət kimi ayrı-ayrılıqda, eyni zamanda ümumi (məc-
mu) tələblərimiz vardır. Həmin tələblər toplusu fiziki (ye-
mək, mənzil, paltar), sosial (iş, təhsil, sosial təminat), mə-
dəni  (tamaşa,  əyləncə),  intellektual  (elmi-nəzəri)  dairələr-
də öz ifadəsini taparaq, qismən yaxud tam şəkildə ödənil-
məyi tələb edir. 
Təsadüfü  deyildir  ki,  tələb  və  onun  mahiyyəti  barə-
sində  müxtəlif  fikirlər  vardır.  Məsələn,  bir  qrup  müəllif 
göstərir  ki,  tələb  cazibəli  və  sehrli  bir  söz  olub,  sevinc  və 
təhlükə, mənfəət və müflis olmaq, məhəbbət və nifrət, aclıq 
və toxluq kimi ziddiyyətli anlayışları özündə birləşdirir. 


169 
 
Digər müəlliflər qeyd edirlər ki, tələb istehsalın canı, 
yaxud bazar iqtisadiyyatının qanunudur. 
İqtisadi  baxımdan  tələb  -  bazar  mexanizminin  əsas 
ünsürlərindən biri olub, alıcının  müəyyən dövr ərzində hər 
hansı bir əmtəədən, xidmətdən müəyyən qiymətə və müəy-
yən miqdarda əldə etmək imkanıdır. 
Şübhəsiz,  tələblə  tələbatı  fərqləndirmək  lazımdır. 
Tələbat daha geniş və əhatəli, həm də çoxcəhətli bir anla-
yışdır.  İnsanların  və  hər  bir  şəxsin  tələbatı  geniş,  hətta 
müəyyən mənada sonsuzdur. 
Tələbə  gəldikdə  isə  o  bizim  imkanlarımızla  bağlı 
olub, pulla ifadə olunan və pulla da məhdudlaşan konkret 
tələbatdır.  Deməli,  tələb  tədavül  (alqı-satqı)  dairəsində 
tələbatın pulla ifadəsidir. Əgər tələbatı dairə kimi təsəvvür 
etsək, tələb bu dairənin yalnız müəyyən ödənilə bilən his-
səsidir.  Aydındır  ki,  tələbin  arxasında  pul,  maddi  imkan 
dayanmırsa, o xəyal və boş arzu olaraq qalır. Ona görə də 
iqtisadi  nəzəriyyədə  ödəniş  qabiliyyətli,  yaxud  tədiyyə 
qabiliyyətli tələb anlayışı vardır və bu anlayışa tez-tez rast 
gəlinir. Tədiyyə qabiliyyətli tələb, insanlar tərəfindən əm-
təələr  alınmasına  və  müxtəlif  xidmətlərdən  istifadə  edil-
məsinə sərf olunan pul məbləğidir. 
Təklif  dedikdə  müəyyən  bir  dövr  ərzində  bazarda 
olan yaxud bazara çıxarıla bilən əmtəələrin, malların, xid-
mətlərin  miqdar  (kəmiyyət),  yaxud  pul  (dəyər)  ifadəsində 
həcmi  nəzərdə  tutulur.  Təklif  həmişə  bazarın  maddi  əsası 
olmuş  və  istehsalçıların  müxtəlif  təyinatlı  tələbatlarının 
ödənilməsi mənbəyi sayılmışdır. 
Lakin  təklifin  rolu  təkcə  bununla  məhdudlaşmır. 
Təklif eyni zamanda istehsalın müxtəlif sahələrinin inkişaf 
edib  yüksəlməsinə,  texniki  tərəqqinin  geniş  yayılmasına, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə