178
-
ailə üzvlərinin, dost-tanışların, yaxın adamların rəy
və məsləhətləri;
-
kreditə mal satışının təşkili və onun istehlakçı üçün
əlverişli şərtləri;
-
istehlakçını həvəsləndirən rəğbətləndirici tədbirlər
sistemindən geniş faydalanması.
Yuxarıda göstərilən amillərin kompleks şəkildə, ya-
xud qismən istehlakçının gəliri və bazardakı qiymətlərlə
qarşılıqlı əlaqədə təsiri, alıcıların davranışı, habelə rəftarı-
nın formalaşmasının əsasında durur. Zaman, yaş, yeni dəb
və modalar bu prosesdə müəyyən təbii, qanunauyğun də-
yişikliklər yaratsa da, istehlakçı gəliri və qiymətlərin sə-
viyyəsi, habelə insanların zövqü, mədəni yüksəlişi mühüm
amillər kimi öz təsirini həmişə göstərir.
d)
«İnfrastruktura» sözü, XX əsrin əvvəllərindən iq-
tisad elmi və nəzəriyyənin dövriyyəsinə daxil olaraq, təd-
ricən geniş yer tutmuşdur. İlkin mənada bu ifadə, indikin-
dən fərqli şəkildə – silahlı qüvvələrin həyat fəaliyyətini
təmin edən obyekt və tikililəri əhatə edən söz kimi işlədil-
mişdir.
Müasir iqtisadi ədəbiyyatda bu anlayışın mənası xey-
li geniş olub, istehsal infrastrukturu (yollar, körpülər, elek-
trik xətləri, nəqliyyat kəmərləri); sosial infrastrukturu
(xəstəxanalar, sağlamlıq ocaqları, məktəblər, stadionlar)
kimi istiqamətlərə ayrılır. İnfrastruktura bütövlükdə həm
iqtisadiyyatın, həm də onun ayrı-ayrı sahələrinin normal
fəaliyyəti üçün əlverişli şərait yaradan və bu məqsədə xid-
mət edən sahələrin toplusu başa düşülür.
İqtisadiyyatın infrastrukturu təkrar istehsal prosesi-
nin-istehsal, bölgü, mübadilə, istehlak kimi bütün mərhə-
lələrində əhəmiyyətli rol oynayır.
179
İnfrastrukturun mühüm xüsusiyyət və cəhətlərindən
biri, onun fərdi deyil, ictimai yaxud kollektiv tələbləri
ödəməsidir.
Konkret olaraq, bazar infrastrukturu dedikdə, iqtisa-
diyyatın müstəqil qurulusu kimi fəaliyyət göstərən bir
anlayış başa düşülməlidir. Deməli, bazar infrastrukturu,
iqtisadiyyatın ümumi quruluşunun bazar sisteminə xidmət
edən və onun normal fəaliyyəti üçün zəruri şərait yaradan
bir tərkib hissəsidir.
Bazar infrastrukturunun ən vacib tərkib hissələri
kimi əmtəə, fond, valyuta və əmək birjalarını, lizinq
kompaniyalarını, bankları, aksionları, yarmarkaları
göstərmək olar.
Əmtəə birjaları – müxtəlif əmtəələrin yaxud əmtəə
qruplarının reallaşdırılması işində vasitəçilik rolunu oyna-
yır. Əmtəə birjalarında ticarət əməliyyatları, onun ümumi
yığıncağında qəbul olunmuş, razılaşdırılmış ticarət qayda-
larına uyğun aparılır.
Adətən birjalarda alqı-satqı əməliyyatları buranın
üzvü olub, vasitəçi rolunu yerinə yetirən xüsusi brokerlər
və dilerlər tərəfindən həyata keçirilir.
Broker – birjada vasitəçilik rolunu yerinə yetirən
şəxsdir. O, birjalarda ona almaq və satmaq tapşırığını
vermiş başqa bir şəxsin adından hərəkət edir. Məhz ona
tapşırıq vermiş adamın iradəsini həyata keçirən brokerin
fəaliyyətini, həmin şəxs maliyyələşdirir. Eyni zamanda
broker öz vasitəçilik fəaliyyətinə görə müəyyən gəlir
(brokerc) əldə edir.
Diler isə birjalarda şəxsən öz adından, yaxud hər
hansı bir şirkətin təmsilçisi kimi fəaliyyət göstərir. Diler
yalnız birjada alıb-satmaqla deyil, həm də aldıqlarını sax-
180
layıb, müəyyən vaxtdan sonra daha baha qiymətə satmaqla
da məşğul olur.
Qeyd edək ki, birjalarda fəaliyyət göstərmək üçün
orada yer almaq lazımdır. Bu yerlərin sayı isə məhduddur.
Məsələn, dünyanın ən nüfuzlu birjalarından sayılan Nyu-
York birjasında 1. 366 yer vardır. Ona görə də tələb və
təkliflə bağlı, bu birjadakı yerlərin qiyməti dəyişir.
Əmtəə birjasında müxtəlif əməliyyatlar, o cümlədən
ticarət sövdələşmələri bağlayanlar arasında vasitəçilik
etmək, satışa çıxarılan məhsulların keyfiyyətini yoxlamaq,
ticarət mübahisələrini həll etmək, istehsalın həcmi, məhsu-
lun qiyməti, onun xüsusiyyətləri haqqında reklam məlu-
matları yaymaq həyata keçirilir.
Fond birjaları qiymətli kağızların, müxtəlif səhmdar
cəmiyyətləri səhmlərinin, özəlləşdirmə payları çeklərinin
və sairənin alqı-satqısının sərbəst surətdə həyata keçiril-
diyi bazardır.
Müasir dünyada 200-dən artıq fond birjası fəaliyyət
göstərərək, hər gün yüz milyardlarla dollar məbləğində
alqı-satqı əməliyyatlarını həyata keçirirlər. Bu fond birja-
ları arasında Nyu-York, London, Paris, Poma, Tokio, Sin-
qapur, Frankfurt, Moskva, Sankt-Peterburq, Şanxay şəhər-
ləri bütün dünyada məşhurdur.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən
fond birjaları, qiymətli kağızların normal tədavülü, onların
məzənnəsinin (kursunun) müəyyən edilməsi, birja iştirak-
çılarının fəaliyyəti üçün əlverişli şərait yaradılması kimi
vəzifələri həyata keçirirlər.
Fond birjaları, iqtisadiyyatın müəyyən yeni və pers-
pektivli sahələrinin inkişafı üçün zəruri olan maliyyə və-
saitlərinin səhmlər vasitəsilə həmin məqsədlər üçün səfər-
181
bər olunması işində də olduqca mühüm rol oynayırlar.
Qeyd etmək lazımdır ki, fond birjalarında qiymətli
kağızların alqı-satqısı, orada hökm sürən tələb və təklifin
təsiri altında dəyişən müəyyən birja məzənnəsi (kursu)
əsasında baş verir. Bu məzənnənin səviyyəsinə isə məntiqi
və təbii surətdə, qiymətli kağızlardan götürülən gəlirin,
yaxud dividentin, habelə bankların kreditlər üzrə borc
faizinin həcmi öz təsirini göstərir.
Təsadüfü deyildir ki, müasir bazar iqtisadiyyatı
şəraitində fond birjaları iqtisadi sistemin əsas hərəkətverici
qüvvələrindən biri və onun barometri sayılır.
Əmək birjaları, dünya ölkələrinin təsərrüfat həya-
tında XIX əsrin əvvəllərindən meydana çıxaraq fəaliyyətə
başlamışdır. Bu birjaların fəaliyyətinin əsas məqsədi, iş
axtaran adamların öz ixtisas, peşə və arzusuna uyğun
müvafiq iş yeri ilə təmin etməkdən ibarətdir.
Əmək birjaları eyni zamanda obyektiv və subyektiv
səbəblər üzündən öz iş yerlərini dəyişmək istəyənlərə,
peşə və ixtisaslarını təkmilləşdirmək arzusunda olanlara,
həyatın və istehsalın tələbini ödəmək üçün yeni sənətlərə
yiyələnməyə həvəs göstərənlərə şərait yaradır, habelə on-
lara müəyyən müddətə sosial yardım göstərir.
ABŞ-da işsizlərə 26-47 həftə ərzində, Yaponiyada
12-52 həftə ərzində onun əmək haqqının 50-80 faizi həc-
mində müavinət ödənilir. Dünyanın başqa ölkələrində də
dövlət, qeyri-dövlət və bir sıra humanitar təşkilatlar işsiz-
lərə iş yeri tapmaqda, habelə maddi yardım almaqda kö-
mək göstərirlər. Azərbaycanda da əhalinin Məşğulluq
Mərkəzi və onun yerlərdəki idarələri bu istiqamətdə fəa-
liyyət göstərirlər.
Qeyd etmək lazımdır ki, müasir birjaların tarixi yar-
Dostları ilə paylaş: |