3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   79

240 
 
aşağı düşməsi ilə bağlıdır.  
Dövriyyə kapitalı – bir istehsal dövrü ərzində öz də-
yərini  bütünlüklə  məhsulun  üzərinə  keçirən  kapitaldır.  
Dövriyyə kapitalına müxtəlif əmək cismləri – xammal, ya-
nacaq, material, yarımfabrikatlar və s. daxildir. İş qüvvəsi 
də  dövriyyə  kapitalının  tərkib  hissəsi  və  mühüm  şərtidir. 
Əmək cisimləri bir istehsal dövrü ərzində tam sərf oluna-
raq, öz dəyərini hazır məhsulun üzərinə keçirir. İş qüvvəsi 
isə  istehsal  prosesi  gedişində  öz  dəyərini  məhsula  həmin 
vaxt və tədricən keçirmir, o yeni dəyər yaradır. Biz isteh-
sal dövrü ərzində təkrar istehsal edilmiş iş qüvvəsinin də-
yəri  əmtəə  satıldıqdan  sonra  müəyyən  məbləğ  pul  forma-
sında sahibkara qayıdır. Sahibkar isə növbəti istehsal döv-
ründə həmin puldan, iş qüvvəsinin cəlb olunması üçün is-
tifadə edə bilər. 
Müasir elmi-texniki yeniliklər, iqtisadi inteqrasiya və 
qloballaşma  şəraitində,  istehsal-xidmət  dairəsinin  maddi-
texniki  bazasında  köklü  mütərəqqi  dəyişikliklər  baş  ver-
məsinə  baxmayaraq  “insan  amili”  bu  gün  də  istehsalın 
həm təşkilatçısı, həm də aparıcısı rolunu oynayır. İstehsa-
lın əsas amili və son məqsədi sayılan insan bütün iqtisadi 
sistemlərin mərkəzində durmuş, həmişə də belə olacaqdır. 
 
 
 
 
 
 
 
 
 


241 
 
MÖVZU 15. 
 
ƏMƏK HAQQI, RENTA, FAİZ VƏ MƏNFƏƏT 
 
a)
 
Əmək haqqının formaları və sistemləri.  
b)
 
Aqrar münasibətlərin mahiyyəti və tarixi təkamülü. 
ç) Rentanın müxtəlif formaları və torpağın qiyməti. 
d) Xidmət dairəsi və onun xüsusiyyətləri. 
e) Faiz dərəcəsi və ona təsir edən amillər. 
ə) Sahibkarlıq fəaliyyəti və mənfəət. 
 
a)
 
"İşləməyən  dişləməz"  və  "əməyin,  zəhmətin,  iş 
qüvvəsinin  haqqı  ödənilməlidir"  -  fikirləri  hələ  qədim 
dövrlərdən  başlayaraq  bizim  günlərimizə  qədər  müxtəlif 
mənbələrdə,  ayrı-ayrı  ölkələrin  Konstitusiyalarında  bu 
yaxud digər şəkildə öz ifadəsini tapmışdır. 
Hər  gün  dünyanın  200-dən  artıq  ölkəsinin  4  milyard 
nəfərə yaxın fəhləsi, fermeri, mühəndis-texniki işçisi, alimi, 
müəllimi,  qulluqçusu,  yaradıcı  peşə  sahibləri,  elm  və 
mədəniyyət  sahəsinin  adamları  öz  peşələrinə  uyğun  işə 
yollanırlar. Həyat - iş  və fəaliyyətdir, ən mükəmməl texni-
ka  belə  insan  əməyi,  onun  iştirakı,  idarəediciliyi  olmadan 
səmərəsizdir, bəzən isə ümumiyyətlə mümkün deyildir. 
Bazar  münasibətləri  iqtisadi  sistemində,  insanın  şü-
urlu  və  məqsədyönlü  əqli-fiziki  qabiliyyətlərinin  toplusu 
sayılan əmək fəaliyyətinin konkret ifadəsi kimi iş qüvvəsi 
alınıb-satılır, onun dəyəri (qiyməti) vardır. Bu isə öz əksi-
ni  müxtəlif  ölkələrin  ümumi  inkişaf  səviyyəsi,  keçdiyi 
iqtisadi-sosial  tərəqqi  yolu,  milli  xüsusiyyətləri  ilə  bağlı 
formalaşmış fərqli əmək haqqında tapır. 
Əmək haqqı, işləyən (çalışan, fəaliyyət göstərən) hər 


242 
 
bir adamın öz fiziki, əqli, intellektual səviyyəsinə görə al-
dığı müəyyən məbləğdə puldur. Bəzi hallarda əmək haqqı 
pulla  deyil,  məhsul-xidmətlərlə  də,  yəni  natural  formada 
da  ödənilə  bilər.  Əmək  haqqına  belə  təriflər  də  verilir: 
"əmək haqqı və ya əmək haqqı dərəcəsi, əməyin istifadəsi 
üçün ödənilən qiymətdir", yaxud "əmək haqqı - vaxt vahi-
di  (saat,  gün,  həftə,  ay,  il)  ərzində  başqasının  əməyindən 
istifadə üçün ödənilən qiymətdir". 
Real həyatda və gündəlik təsərrüfatçılıq təcrübəsində 
əmək  haqqı  -  mükafat,  qonorar,  peşkeş  formalarında  da 
verilə  bilsə  də,  bunları  əmək  haqqı  kimi  yox,  "gəlir",  ya-
xud  "qazanc"  kimi  səciyyələndirmək  elmi  cəhətdən  daha 
doğrudur. Ona görə ki, əmək haqqı və onun fərqli dərəcə-
ləri  rəsmi  qayda-qanunlar,  hüquqi  aktlar  əsasında  müəy-
yənləşdiyindən,  onu  "qazanc,  gəlir"  kimi  səciyyələndir-
mək  olmaz.  Çünki,  əmək  haqqı  hər  bir  insanın  məqsəd-
yönlü  surətdə  öz  iş  qüvvəsinin  sərfi  əvəzində,  onun  əldə 
etdiyi  müəyyən  məbləğdir  (maaşdır,  məvacibdir,  zəhmət 
haqqıdır). 
Əmək haqqının səviyyəsi həm ayrı-ayrı ölkələr, həm 
ölkə  daxilindəki  müxtəlif  bölgələr  (regionlar),  həm  də 
peşə-sənətlər  üzrə  fərqlənir.  Məsələn,  ABŞ-da  istehsal-
xidmət dairəsində çalışanların orta aylıq əmək haqqı, baş-
qa  ölkələrdə  eyni  sahələrdə  çalışanlarla  müqayisədə  xeyli 
yüksəkdir. Yüksək inkişaf etmiş ölkələrdə fəhlə-qulluqçu-
ların  əmək  haqqı,  inkişaf  etməkdə  olan  və  postsosialist 
məkanındakı  ölkələrdən  əhəmiyyətli  dərəcədə  fərqlidir. 
Bunu aşağıdakı rəqəmlərdən görmək olar: 
 
 
 


243 
 
XXI əsrin əvvəllərinə dünyanın müxtəlif ölkələrində 1 
saatlıq əmək haqqının orta məbləği 
(dollarla) 
 
Ölkələr 
1 saatlıq əmək haqqının 
orta məbləği 
Almaniya 
22,5 dollar 
Danimarka 
21 dollar 
Isveçrə 
20,5 dollar 
ABŞ 
20 dollar 
Yaponiya 
18 dollar 
Isveç 
17 dollar 
İngiltərə 
16 dollar 
Fransa 
16 dollar 
Kanada 
15 dollar 
Avstraliya 
13 dollar 
Koreya 
8 dollar 
Rusiya 
7 dollar 
Tayvan 
6 dollar 
Meksika 
3 dollar 
Azərbaycan 
3 dollar 
 
Eyni  zamanda  müxtəlif  ölkələrdə  ayrı-ayrı  peşə  və 
sənət  sahiblərinin  ümumi  gəlirlərinin  konkret  bir  hissəsi 
sayılan əmək haqqı dərəcələri xeyli fərqlidir. Hətta eyni 
peşə-sənət üzrə çalışan işçilərin cinsinə, irqinə, etnik xüsu-
siyyətlərinə və digər əlamətlərinə görə də fərqləndirilməsi 
hallarına rast gəlinir. 
Ölkələrin  əmək  bazarında  tələblə  təklifin  qarşılıqlı 
əlaqəsi  əsasında  formalaşan  əmək  haqqının  səviyyəsinə 
işçinin  yüksək  peşəkarlığı,  təhsili,  əməli  təcrübəsi  böyük 
təsir  göstərir.  Təbiidir  ki,  beyində  mürəkkəb  cərrahiyə 
əməliyyatı  aparan  həkimlə  taksi  sürücüsünün,  bank  qul-
luqçusu ilə dülgərin, zərgərlə daşyonanın, aktyorla bərbə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə