3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   79

234 
 
yəyə  çatması  prosesində,  kapital,  kapital  qoyuluşları,  in-
vestisiya, kapitalın dövranı və dövriyyəsi, əsas və dövriy-
yə kapitalı anlayışları, onların istehsal – xidmət dairəsinin 
müxtəlif sahələrindəki fəaliyyət mexanizminin öyrənilmə-
si mühüm əhəmiyyətə malikdir.  
Kapital  və  onun  tarixi  formaları,  tətbiqi  xüsusiyyət-
ləri,  hərəkət  meylləri,  məqsədi,  mahiyyəti,  vəzifələri  haq-
qında  ayrı-ayrı dövrlərdə  meydana  çıxmış fikirlər  müxtə-
lifdir. 
Merkantilistlər pulu, fiziokratlar isə torpağı kapital ki-
mi  qəbul  edib,  səciyyələndirmişlər.  Klassik  iqtisadi  mək-
təbin banilərindən sayılan A.Smitin fikrincə, kapital yığıl-
mış yaxud toplanmış əməkdir. D.Rikardoya görə isə kapi-
tal istehsal vasitələri deməkdir. Marksist iqtisadi məktəbin 
yaradıcıları  və  davamçıları  kapitalı  öz-özünə  artan  dəyər, 
izafi (əlavə, artıq) dəyər yaradan amil, eyni zamanda istis-
mar  münasibəti,  yaxud  başqasının  əməyini  mənimsəmək 
aləti kimi xarakterizə etmişlər. 
Başqa müəlliflərin fikrincə, kapital “istehsal” vasitə-
lərinin alınmasına yönəldilmiş maliyyə vasitəsidir; “insan-
ların yaratdıqları bütün istehsal vasitələridir”; “sahibkarlıq 
və  biznes  fəaliyyətində  istifadə  olunan  iqtisadi  resurslar-
dır”;  “təhsil  vasitəsilə  əldə  edilən  bilik  və  bacarıqdır”; 
“insandır, vaxtdır, reklamdır”. 
Müasir  anlamda  kapital  –  istehsal  vasitələrindən 
biri  olub,  fiziki  kapitala  (binalara,  avadanlıqlara,  qurğu-
lara) və insan kapitalına (iş qüvvəsinə, peşəkar kadrlara, 
onların  ixtisaslarının  təkmilləşdirilməsinə)  yönəldilən  və-
saitlərlə həyata keçirilən istehsal fəaliyyətidir.  
Kapital qoyuluşları, iqtisadiyyat və təsərrüfat həya-
tının  hər  hansı  bir  konkret  sahəsinə  müəyyən  məbləğdə 


235 
 
vəsait qoyuluşunu nəzərdə tutur. 
Fasiləsiz davam edən fərdi təkrar istehsal prosesində 
onun maddi və şəxsi amillərinin birləşməsi hesabına isteh-
salın  həcminin  artması,  kapital  toplanması  yaxud  investi-
siya  adlanır.  İnvestisiya  –  kapitalın  hərəkət  forması  olub, 
əsas kapitalın (istehsal fondlarının) yaradılması, genişlən-
dirilməsi,  texniki  cəhətdən  yenidən  qurulması  ilə  bağlı 
xərclərdir.  Təsadüfi  deyildir  ki,  C.Keyns  investisiyanı 
“müəyyən  dövr üçün  istehsal fəaliyyəti  nəticəsində  isteh-
sal  vasitələrinin  cari  (indiki)  dəyərinə  əlavələr”  kimi  izah 
etmişdir.  Eyni  zamanda  investisiyalar  müəyyən  gəlir 
(mənfəət)  əldə  etmək  məqsədilə,  təsərrüfat  fəaliyyətinə 
yönəldilən  bütün  növ  vəsaitlərə  (aktivlərə)  deyilir.  Belə 
yanaşma maliyyə mövqeyini əks etdirirsə də, lakin iqtisadi 
məzmun  baxımından  investisiyalar  geniş  mənada  əsas 
kapitalın  (istehsal  fondlarının)  yaradılması,  genişləndiril-
məsi, texniki cəhətdən modernləşdirilməsi bazasında, həm 
də  dövriyyə  kapitalının  (xammal,  materiallar)  dəyişməsi 
yenilikləri ilə bağlı olan xərclərdir. 
Qeyd  etmək  zəruridir  ki,  fərdi  kapital  ayrı-ayrı  şir-
kətlərin,  müəssisələrin;  ictimai  kapital  isə  cəmiyyət  miq-
yasında  bütün  fərdi  kapitalların  qarşılıqlı  əlaqəsi  və 
asılılığının nəticəsidir. Bu mənada həmişə hərəkətdə olub, 
müxtəlif  formalar  (pul,  məhsuldar,  əmtəə)  alan  və  öz 
hərəkətini istər istehsal, istərsə də tədavül dairəsində fası-
ləsiz  surətdə davam etdirən kapital, təbiidir ki, yalnız “tə-
davüldə əmələ gələ bilməz və eynilə də tədavüldən kənar-
da əmələ gələ bilməz. Kapital tədavüldə və eyni zamanda 
da tədavüldən kənarda əmələ gəlməlidir”. (K.Marks)   
Müxtəlif  dövrlərdə  kapitalın  tarixi  formaları  kimi 
borc (sələm), ticarət, torpaq kapitalı fərdi təkrar istehsal 


236 
 
və tədavül dairəsində iştirak edərək, bu proseslərə xidmət 
göstərmişdir. 
Borc  kapitalı, öz  sahibinə  müəyyən şərt və  razılaş-
malar  nəticəsində  faiz  (gəlir)  gətirən  ilkin  kapital  forması 
kimi  hələ  sərbəst  sahibkarlıq  fəaliyyəti,  yəni  kapitalizm-
dən  əvvəlki  quldarlıq,  feodalizm  cəmiyyətlərində  geniş 
yayılmışdı.  O  dövrdə  borc  verənlər  müəyyən  varlı  adam-
lar,  tacirlər,  məbədlər  olmuşlar.  Borc  alanlar  isə  imkanlı 
adamlarla yanaşı, xırda istehsalçılar, kəndlilər, sənətkarlar, 
digər  yoxsul  təbəqənin  nümayəndələri  olmuşlar.  Müxtəlif 
məqsəd  və  ehtiyaclara  yönəldilmiş  borc  kapitalı,  qeyri-
məhsuldar  şəkildə  sərf  olunmaqla  yanaşı,  eyni  zamanda 
cəmiyyətin  işgüzar  mühitinin  canlanmasına,  vergilərin 
ödənilməsinə, ticarət əlaqələrinin genişləndirilməsinə xid-
mət etmişdir. 
  Tədavül (alqı-satqı) dairəsində tətbiq olunan ticarət 
kapitalı iki formada - əmtəə ticarət kapitalı və pul tica-
rət  kapitalı  kimi  fəaliyyət  göstərmişdir.  Lakin  sonralar, 
kapitalizm  mərhələsində  hər  iki  forma  öz  əvvəlki  müstə-
qilliyini tədricən itirərək, getdikcə sürətlə inkişaf edən sə-
naye  kapitalına  xidmət  edən  vahid  ticarət  (tacir)  kapitalı 
formasını almışdır. 
  Tarixən  torpaq  üzərində  xüsusi,  dövlət,  kollektiv, 
şərikli,  bələdiyyə  kimi  müxtəlif  mülkiyyət  formalarından 
sahiblik,  sərəncam  vermək,  istifadə  etmək,  icarəyə  götür-
mək  hüququnu  reallaşdırmaq  əsasında,  torpaq  sahəsindən 
gəlir (renta) əldə etmək təcrübəsindən geniş istifadə olun-
muşdur. Mülkiyyətçinin öz hüququnu müstəqil təsərrüfat-
çılıq fəaliyyəti, torpaq sahəsini icarəyə vermək, girov qoy-
maq,  nəhayət  satmaq  yolu  ilə  həyata  keçirməsi  prosesi, 
torpağı kapitalın bir forması kimi səciyyələndirir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə